Icma.az
close
up
RU
Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı

Tarixi kəşf: Müqəddəs Nikolay kilsəsində Sarkofaq tapıldı

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Türkiyənin Antalyanın Demre rayonundakı Müqəddəs Nikolay kilsəsində Sarkofaq aşkar edilib.
Newscenter.az xəbər verir ki, “Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Gələcəyə Miras Layihəsi çərçivəsində 20 metr uzunluğunda, iki mərtəbəli bina kilsənin cənubundakı həyətlə məhdudlaşır” – bu fikirləri qazıntının rəhbəri olan Hatay Mustafa Kamal Universiteti Sənət Tarixi Bölümü müəllimlərindən Dos. Dr. Ebru Fatma Fındık bildirib.
Qazıntılara rəhbərlik edən alim bildirib ki, Bina daxilində qazma işləri apararkən gözlənilmədən bir sarkofaqla qarşılaşdıq.
“Bu, bəzəksiz sarkofaqlar qrupuna aid olan yerli daşdan hazırlanmış və bir qədər hündür tağlı damı olan bir nümunədir. Qapağın üst tərəfində, dar tərəfdə, yarım dairəvi bir çıxıntı və tutacaq mövcuddur. Təxminən 2 metr uzunluğunda olan sarkofağın yeraltı hissəsinin 1,5-2 metr hündürlüyündə olduğu təxmin edilir. İlkin araşdırmalara əsasən, bu sarkofaq, bölgədə tapılan digər sarkofaqlarla oxşar xüsusiyyətlərə malikdir.”-deyə Ebru Fatma Fındık bildirib.
“İlk dəfə olaraq, bir sarkofaqın orijinal yerində aşkar edildiyinə inanırıq. Müqəddəs Nikolayın məzarının yerləşdiyi ehtimal edilən kilsənin bu qədər yaxınlığında bir sarkofaqın üzə çıxarılması bizi həyəcanlandırdı. Layihə çərçivəsində sarkofaqın yerləşdiyi ərazinin qazıntı və bərpa işlərini tamamlayaraq ölkəmizin turizminə töhfə verməkdən qürur duyacağıq.”-deyə arxeoloq bildirib.
Müqəddəs Nikolay haqqında
Santa Klausun tez-tez maralların çəkdiyi xizəklə dünyanı gəzdiyi təsvir edilsə də, Müqəddəs Nikolayın doğulduğu və yaşadığı yerlər Anadolunun günəşlə isidilmiş Aralıq dənizi sahilləridir. Uşaqlara qarşı dərin mərhəmət duyan, onlara hədiyyələr gətirən mehriban bir qoca kimi təsəvvür edilir. Müqəddəs Nikolay təxminən eramızın 300-cü ilində Likiya şəhəri Patarada varlı bir buğda tacirinin yeganə övladı olaraq dünyaya gəlib.
Nikolayın həyatı haqqında çox az şey məlum olsa da, onunla bağlı çoxlu əfsanələr mövcuddur. Onun kiçik yaşlarından möcüzələr göstərdiyinə inanılır. Bir əfsanəyə görə, gənc yaşlarında kilsə dağıntıları altında qalıb və sağ qalmağı bacarıb. Onun möcüzələri böyüklük dövründə də davam edib. Əfsanələrdən birində deyilir ki, o, üç gənc qız üçün cehiz alsınlar deyə gecələr pəncərələrindən və ya bacalarından pul atıb. Digər hekayələrdə bir gəmini batmaqdan xilas etdiyi və hətta üç ölmüş uşağı həyata qaytardığı iddia olunur.
Uşaqların və dənizçilərin himayədarı kimi məşhur olan Müqəddəs Nikolay, bir müddət sonra doğulduğu Patara şəhərini tərk edərək yaxınlıqdakı Myra şəhərinə köçüb. Bu günkü Demre adlanan Myra, bir vaxtlar Likya sivilizasiyasının paytaxtı və yepiskop mərkəzi olub. Müqəddəs Nikolay uzun illər Myrada möcüzələr yaradan yepiskop kimi xidmət edib və mərhəmət və iman dolu bir irs buraxıb.
Bu gün Myra, Likya dövrünə aid qaya məzarları və bütöv qalan Roma dövrü teatrı ilə ziyarətçiləri qarşılayır. Müqəddəs Nikolayın 6 dekabr 365-cü ildə Myrada 65 yaşında vəfat etdiyi güman edilir. Yas içində olan Myralılar onun xatirəsini əbədiləşdirmək üçün bir kilsə inşa edərək onun cənazəsini bir sarkofaqda dəfn ediblər. Müqəddəs Nikolayın möcüzələrinin təsvir edildiyi bu kilsə daha sonra zəlzələlər və basqınlar nəticəsində dağılıb və 9-cu əsrdə günbəzli kilsə kimi yenidən tikilib.
Kilsənin daha genişmiqyaslı bərpası isə 1042-ci ildə Şərqi Roma imperatoru IX Konstantin və həyat yoldaşı Zoya tərəfindən həyata keçirilib. Bu səylər sayəsində Müqəddəs Nikolay Kilsəsi bu gün Orta Şərq Roma memarlığının ən gözəl nümunələrindən biridir. 2000-ci ildən bəri UNESCO-nun Dünya İrsi Mirasının Müvəqqəti Siyahısında yer alan bu kilsə, həm də Türkiyədə Xristianlığın ən əhəmiyyətli məkanlarından biri hesab olunur və hər il minlərlə insan tərəfindən ziyarət edilir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 Dekabr 2024 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri