Icma.az
close
up
RU
Tarixi missiya, strateji hədəflər

Tarixi missiya, strateji hədəflər

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır. ABŞ-da aparılan müzakirələr bu məsələlərin hüquqi və texniki aspektlərini əhatə etdi. Dövlət başçısı İlham Əliyev Ağ Evdə mətbuata bəyanatında, həmçinin Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibəsində də ölkəmizin tranzit imkanlarına diqqəti yönəltdi. “O ki qaldı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinə, bilirsiniz ki, bu mövzu ətrafında biz son beş ildə nə qədər şayiələr, nə qədər təxribatlar ilə üzləşmişik. Müxtəlif ölkələrin rəhbərləri Azərbaycanın guya ermənilərə hücum etməyi planlaşdırdığı barədə şayiələr yayırdılar, ölkəmizin bu ərazini guya güc yolu ilə ələ keçirməyi planlaşdırdığını deyirdilər. Bunun yalan məlumat olduğu barədə bütün cavablarımız nəticə vermirdi, çünki bu yanlış təsəvvür Vaşinqton da daxil olmaqla, artıq yaranmışdı. Bu azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası idi və biz bunu dəqiq bilirik” fikirlərinin davamı olaraq cənab İlham Əliyev vurğuladı ki, çünki bir çox hallarda avropalı tərəfdaşlarımızla söhbətlərdə onlar bizə bu məlumatın Baydenin komandasından gəldiyini deyirdilər. Onlar Azərbaycanın guya aqressiv niyyətləri barədə qəsdən şayiələr yayırdılar. Hətta Prezident Trampın administrasiyasının ilk aylarında bəzi dövlət qurumlarında köhnə komandanın hələ də çalışan nümayəndələrindən gələn belə yalanlar olub. Onların fəaliyyətinə əsas təsiri Azərbaycana nifrət edən “Human Rights Watch”, “Freedom House” kimi QHT-lər və ya USAID, “Azadlıq” radiosu göstərib. Prezident Tramp dünyanı USAID adlanan bu fəlakətdən məharətlə xilas etdi. Beləliklə, bu, bizim üçün bu məlumatların yanlış olduğunu izah etmək bir növ çağırış idi. Ona görə də izah etməli idik ki, bizim belə bir niyyətimiz yoxdur.

Prezident İlham Əliyev vurğulayıb ki, bu gün baş verənlərin nəticəsində isə Prezident Trampın şahidliyi ilə Ermənistanın Baş nazirinin şəxsən imzaladığı Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidlə bağlı mövqeyimizi dəqiq əks etdirən müddəa var. Sənəddə bu, Ermənistanın suverenliynə hörmət prinsipi ilə qeyd olunub. Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz giriş əldə etmək istəyirik. Bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imza atdığı öhdəlik idi: “Lakin beş il ərzində heç bir irəliləyiş olmamışdı. Ərazidə heç bir iş aparılmırdı. Bu illər ərzində biz dəmir yolunu az qala Ermənistan sərhədinə çatdırmışıq. Təxminən bir ildən az vaxt lazımdır, sürətlə işləsək, bəlkə də altı aya onu tamamilə Ermənistan sərhədinə çatdırarıq. Eyni zamanda, biz Naxçıvan Muxtar Respublikasında dəmir yolunun bərpasına başlayırıq. Deməli, bizə bu 40 kilometrlik dəmir yolu lazımdır ki, Azərbaycanın iki hissəsini birləşdirə bilək. Bu, təkcə dəmir yolu ilə bitmir. Biz elektrik ötürücü xətləri, fiber-optik xətlər, potensial olaraq Azərbaycanın və Xəzərin digər tayından qonşularımızın enerji resurslarını daşıya biləcək enerji infrastrukturları haqqında düşünürük. Beləliklə, bu, hər şeydən əvvəl, Bayden administrasiyasının yetişdirdiyi bütün anti-Azərbaycan rəvayətlər və sərəncamında olan siyasi infrastruktura - media, QHT-lər, USAID və bəzi korrupsioner siyasətçilərə cavab idi”.
Prezident İlham Əliyev müsahibəsində “Mən Ermənistanın Baş naziri ilə görüşlərin birində demişdim ki, Ermənistanın tranzit ölkə olmaq şansı yaranacaq. Dedim ki, siz tranzit ölkə olmağın mənasını bilmirsiniz. Siz tranzit ölkə deyilsiniz və yalnız Azərbaycan sayəsində tranzit ölkə ola bilərsiniz” reallığını da diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycansız tranzit ölkə olmaq mümkün deyil. Biz daha güclü tranzit ölkə olmağa çalışırıq. Biz istəyirik ki, ərazimizdən keçən dəhlizlər daha çox yükdaşıma qabiliyyətinə malik olsun. Bu, pul gətirir, iş yerləri açır və siyasi imkanlar vəd edir. Söhbət Ermənistanın uzun illər özünü məhrum etdiyi imkanlardan gedir: “Beləliklə, bu nəqliyyat marşrutu - qısaltması TRIPP kimi səslənən “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” daha bir tarixi nailiyyət olacaq. Amma yenə də, daha əvvəl qeyd etdiyim kimi, vaxt itirməməliyik. Biz bu işlərlə mümkün qədər tez məşğul olmalıyıq. Birləşmiş Ştatlar bu marşrutu idarə edəcək və ümidvaram ki, regiondakı bütün xalqların xeyrinə bu əlaqə xətlərini qurmaq üçün həmin mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq”.
Sözügedən səfər Azərbaycan diplomatiyasının yeni zirvəyə yüksəldiyi bir məqam kimi tarixə düşdü. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörən siyasəti bir daha sübut edir ki, Azərbaycan təkcə regionun deyil, daha geniş beynəlxalq sistemin etibarlı və nüfuzlu aktoruna çevrilib. Bu səfər Azərbaycanın qazandığı hərbi və siyasi qələbələrin beynəlxalq hüququn normaları çərçivəsində rəsmiləşdirilməsi üçün yeni bir mərhələnin başlanğıcı oldu. Sülhdən inkişafadək uzanan strateji yolun əsası qoyuldu. Cənab İlham Əliyev liderlərin Vaşinqton görüşündən sonra mətbuata bəyanatında da Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin uğurlarından danışdı. Bir daha bildirdi ki, ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər yeni pilləyə qalxır və bizim strateji tərəfdaşlığımız artıq başlayır. Liderlər diplomatiyası vasitəsilə ölkələr arasında strateji tərəfdaşlıq daha möhkəm, dayanıqlı və çevik xarakter daşıyır. Əlbəttə ki, şəxsi təmaslar bizim münasibətlərimizdə önəmli rol oynayacaq. Bu nöqteyi-nəzərdən səfərin çox böyük əhəmiyyəti var. Azərbaycanın önəmini, onun geosiyasi əhəmiyyətini, Azərbaycanın Amerika Birləşmiş Ştatlarına həmişə dost ölkə olmasını cənab Donald Tramp çox yaxşı bilir. Təbii ki, 907-ci düzəlişin ləğv olunması tarixi hadisədir. Artıq strateji əməkdaşlıq formatına başlamağımız da tarixi hadisədir: “Ona görə mən səfərin nəticələrindən çox məmnunam və əminəm ki, bu səfərin konkret nəticələri yaxın gələcəkdə özünü büruzə verəcək”.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, ABŞ səfəri çərçivəsində keçirilən danışıqlar yalnız Azərbaycan-Ermənistan münasibətləri üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu və beynəlxalq diplomatiya üçün model xarakteri daşıyır. Bu, sülhün zorla deyil, ədalətli hüquqi prinsiplərlə, beynəlxalq legitimlik əsasında qurulmasının mümkünlüyünü göstərən nümunədir.

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Avqust 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see406

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see308

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see251

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see237

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see226

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see223

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see211

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see210

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see199

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see186

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see183

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see170

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see169

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri