Icma.az
close
up
RU
Tarixi nailiyyətlər, strateji hədəflər

Tarixi nailiyyətlər, strateji hədəflər

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Prezident İlham Əliyev Çin Xalq Respublikasına rəsmi dövlət səfəri ərəfəsində Azərbaycan Çinin Sinxua agentliyinə verdiyi müsahibədə mühüm məqamlara toxunub, iki dost dövlət arasında münasibətlərdən geniş bəhs edib. Dövlət başçısı ötən il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunduğunu bildirib. 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra iki ölkə arasındakı əməkdaşlığın bir çox səmərəli nəticə verdiyinin Bəyannamədə xüsusi olaraq qeyd edildiyini vurğulayıb. Dövlətimizin başçısı ötən ilin iyul ayında Astanada keçirilən görüş və onun yekunlarına dair qəbul edilən Birgə Bəyannamənin tarixi hadisə olduğunu və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açdığını bildirib.

Dövlət başçısı dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biri olan Çin Respublikanın Sədri Si Cinpinin qətiyyətli və müdrik rəhbərliyi altında bütün sahələrdə mühüm uğurlar, nailiyyətlər qazandığını bildirib. Azərbaycan Prezidenti qeyd edib ki, məhz bu uğurlar Çini dünyanın ən güclü və qabaqcıl ölkələri sırasına çıxarib, ölkənin beynəlxalq arenada mövqelərini daha da möhkəmlənib. Prezident İlham Əliyev Çinin inkişafının təkcə Çin xalqının deyil, həm də dünyanın maraqlarına cavab verdiyini qeyd edib.
Müsahibəsində iki ölkə arasındakı ticari əlaqələrə toxunan Dövlətimizin başçısı Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcminin 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artdığını və 3,744 milyard dollar təşkil etdiyini diqqətə çatdırıb. “Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır” - deyə dövlət başçısı əlavə edib.
Azərbaycan və Çin arasında mövcud olan təhsil sahəsində əməkdaşlıqdan bəhs edən Prezident İlham Əliyev iki ölkənin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə bakalavr, magistratura və doktorantura səviyyələrində təhsil almaq imkanı əldə edən vətəndaşların sayının ildən-ilə durmadan artdığını bildirib. Konfutsi İnstitutunun tərəfdaşları olan Azərbaycanın bir sıra ali təhsil müəssisələrində Çin dilinin tədris olunduğunu, son illərdə Çində də Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsi mərkəzlərinin fəaliyyətə başlaması, müvafiq kafedranın yaradılmasının sevindirici hal olduğunu qeyd edib.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olduğunu, sədrliyi dövründə Qlobal Cənub ölkələrini birləşdirən bu vacib platformanın rolunun və statusunun artırılması istiqamətində bir sıra ardıcıl səylər göstərdiyini bildirib. Qlobal Cənub ilə Qlobal Şimal arasında daha möhkəm körpülərin qurulması Azərbaycanın COP29-da sədrliyi çərçivəsindəki ideyalardan biri olduğunu söyləyib.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Aprel 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri