Tarixi qala 400 il sonra ziyarətçilərin üzünə açılır Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İngiltərədə turistlər 400 ildən sonra ilk dəfə İngiltərənin cənubundakı ən mənzərəli tarixi abidələrdən biri olan Korfe qalasının qülləsinə qalxa biləcəklər.
BAKU.WS İndependent-ə istinadən xəbər verir ki, Dorsetdəki Korfe qalası ilk olaraq 11-ci əsrdə Fateh Uilyam üçün tikilib, qala və ya kral qülləsi isə 1107-ci ildə oğlu I Henri üçün tikilib.
Ağ əhəngdaşı ilə tikilmiş 23 m hündürlüyündəki qüllə 1646-cı ildə vətəndaş müharibəsi zamanı dağıdılıb.
Bununla belə, dekabrın 2-dən turistlər qüllədəki müşahidə göyərtəsinə qalxa və ətrafı "kral nöqteyi-nəzərindən" görə biləcəklər.
Qalada bərpa işlərinə 2023-cü ildə başlanılıb, daş işlərinin bərpası üçün orijinal inşaatçıların təxminən 1000 il əvvəl istifadə etdikləri eyni üsul və materiallardan istifadə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 03 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















