Tarixi qayıdışın ünvanı Zəngilan! ŞƏRH
Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Zəngilan – Araz çayının sahilində yerləşən qədim tarixi, zəngin təbiəti və mədəni irsi ilə seçilən yurd yerlərimizdəndir. Dağları, çay vadiləri, meşələri və tarixi abidələri ilə tanınan bu diyar əsrlər boyu insanların yaşayış məskəni olub. Zəngilanın adı bölgənin tarixi ilə yanaşı, doğma torpağa bağlılıq, dözüm və yurd həsrəti anlayışları ilə də sıx bağlıdır.
Zəngilanın tarixi yalnız abidələr və coğrafi xüsusiyyətlərlə məhdudlaşmır. Burada yaşayan insanların tarixi adət-ənənələri, sənətkarlıq və təsərrüfat bacarıqları, torpağa bağlılığı zəngin irsin ayrılmaz tərkib hissəsidir. Buna görə Zəngilanın bərpası həm də tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi deməkdir.
Zəngilan rayonu uzun illər düşmənlərimiz tərəfindən işğala məruz qaldı. Əhali doğma evlərini tərk etməyə məcbur oldu, minlərlə insan ölkəmizin müxtəlif bölgələrində məskunlaşdı. Uzun illər davam edən məcburi köçkünlük dövrü ailələrin həyatına ağır təsir göstərdi. Lakin insanlar Zəngilana qayıtmaq ümidini itirmədilər. Müqəddəs torpağın həsrəti nəsildən-nəslə ötürülən bir duyğuya çevrildi.
2020-ci ilin payızında başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu. 44 günlük müddət ərzində Müzəffər Ali Baş Komandanın başçılığı ilə Şanlı Ordumuz tarixi torpaqlarımızı düşmənlərin işğalından azad etdi. Bu möhtəşəm müjdəni, Zəngilanın azadlıq xəbərini cənab Prezident İlham Əliyev xalqa çatdırdı. Bu hadisə Zəngilan sakinləri və bütün Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyət kəsb etdi və şəhərin azad olunması uzun illər davam edən həsrətin sona çatacağına, doğma yurdun yenidən dirçələcəyinə inamı gücləndirdi.
Zəngilanın azadlığından sonra qarşıda genişmiqyaslı bərpa işləri dayandı. Yaşayış evlərinin, yolların, elektrik və su təchizatı sistemlərinin, sosial obyektlərin yenidən qurulması bölgənin gələcək inkişafı üçün əsas şərtlərdəndir. Məqsəd yalnız dağıdılmış infrastrukturu bərpa etmək deyil, sakinlərin təhlükəsiz, rahat və davamlı həyat sürə biləcəyi müasir yaşayış mühiti yaratmaqdır.
Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi bu istiqamətdə diqqət çəkən nümunələrdəndir. 2022-ci ildə kəndə yurd-yuvalarından didərgin düşmüş sakinlərin köçürülməsinə başlanması doğma torpağa qayıdış prosesində mühüm addım oldu. Müasir evlər, sosial xidmətlər və infrastruktur insanların öz yurdlarında yeni həyat qurması üçün imkanlar yaradır.
Eyni zamanda Zəngilanın strateji mövqeyi, mühüm nəqliyyat qovşağının üzərində yerləşməsi bu rayonu Azərbaycanın regional inkişafı baxımından da vacib məkana çevirir.
20 oktyabr Zəngilanın keçmişini, bu gününü və gələcəyini birləşdirən əlamətdar tarixdir. Bu günün qeyd olunması Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini yad etmək, qazilərin fədakarlığını qiymətləndirmək və uzun illər qayıdış ümidi ilə yaşayan insanların sevincini bölüşmək deməkdir. Zəngilan Şəhəri Günü eyni zamanda gənc nəslə tariximizi tanıtmaq, azadlığın və sülhün dəyərini anlatmaq baxımından böyük əhəmiyyət daşıyır.
Zəngilanın hekayəsi qədim köklərdən, ağır sınaqlardan, azadlıq sevincindən və quruculuq əzmindən ibarətdir. 20 oktyabr tarixi yaddaşlarda əbədi yaşayacaq səhifələrdən biridir. Zəngilan Şəhəri Günü münasibətilə arzumuz budur ki, bu qədim diyarın hər guşəsində həyat çiçəklənsin, tarixi irs qorunsun, təbiəti yaşadılsın və doğma yurduna qayıdan hər bir ailə burada firavan gələcək qursun.
Yeni Zəngilanın qurulması tarixdən nəticə çıxararaq daha dayanıqlı gələcək yaratmaqdır.
Bu gün Zəngilan azad edilmiş ərazilərdə bərpa və qayıdış prosesinin rəmzi məkanlarından biri kimi diqqət çəkir. Qarşıda görüləcək işlər çoxdur, lakin hər yeni yol, bərpa olunan abidə, açılan məktəb və doğma evinə qayıdan ailə şəhərin həyatına yeni nəfəs verir.
Nemət Məmmədov
“Ayna Sultanova küç. 5” ərazi partiya təşkilatının sədr müavini.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 20 Oktyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















