Icma.az
close
up
RU
Zəngilan tarixi ədalətin bərpası və Böyük Qayıdışın simvolu

Zəngilan tarixi ədalətin bərpası və Böyük Qayıdışın simvolu

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycan Respublikasının müasir tarixində 20 oktyabr tarixi xüsusi əhəmiyyət daşıyır. Vətən müharibəsinin 24-cü günü - 2020-ci il oktyabrın 20-si hərb tariximizə Zəngilan şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi həkk olunub. Bu hadisə təkcə hərbi-siyasi Zəfər deyil, həm də tarixi ədalətin bərpası, xalqımızın milli iradəsinin, birliyinin və əzminin parlaq təcəssümü kimi Azərbaycanın dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmışdır.

Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, şəhərin işğaldan azad edildiyi 20 oktyabr tarixi “Zəngilan Şəhəri Günü” kimi qeyd olunur. Həmin Sərəncam işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi ilə Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsi və bu möhtəşəm Zəfərin gələcək nəsillərə ötürülməsi məqsədini daşıyır.
Zəngilan rayonu Azərbaycanın qədim bölgələrindən biri olan tarixi Zəngəzur qəzasının tərkib hissəsi olmuşdur. Ərazisi zəngin təbiətə, münbit torpaqlara, sıx meşələrə, çoxsaylı çaylara və nadir flora-faunaya malikdir. Həkəri çayı boyunca uzanan bu qədim diyar həm coğrafi mövqeyinə, həm də strateji əhəmiyyətinə görə ölkəmizin mühüm bölgələrindən biri hesab olunur.
Zəngilanın coğrafi mövqeyi həm də onu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək mühüm strateji xəttin - Zəngəzur dəhlizinin başlanğıc nöqtəsinə çevirir. Bu dəhlizin reallaşması Naxçıvana birbaşa quru əlaqənin bərpası, eləcə də ölkəmizin geosiyasi, iqtisadi və mədəni birliyinin möhkəmlənməsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir.
Eyni zamanda, Zəngilan ərazisində çoxsaylı arxeoloji, memarlıq, dini və mədəni abidələr mövcuddur. Qədim yaşayış məskənləri, məscidlər, körpülər, türbələr və qəbiristanlıqlar bu torpağın Azərbaycan mədəniyyətinin, islam irsinin və dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olduğunu sübut edir.
1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən Zəngilan rayonunun işğalı nəticəsində rayonun 83 kəndi, şəhər mərkəzi və bütün sosial infrastruktur tamamilə dağıdılmış, 35 mindən çox sakin doğma yurd-yuvasından didərgin düşmüşdür. İşğal illərində çoxsaylı tarixi, dini və mədəni abidələr vandalizmə məruz qalmışdır. Zəngilan məscidi, İmamzadə türbəsi, Bartaz və Mincivan körpüləri, Daşkəsən və Məmmədbəy türbələri, yüzlərlə tarixi qəbiristanlıq və memarlıq nümunələri məqsədyönlü şəkildə məhv edilmişdir. Düşmən təkcə torpaqları deyil, həm də milli-mənəvi irsimizi, xalqımızın kimliyini silməyə cəhd göstərmişdir.
Zəngilanın azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam bərpa olunmuş, Zəngəzur dəhlizinin reallaşması üçün real zəmin formalaşmışdır. Bu qələbə həm də Cəbrayıl və Qubadlı istiqamətlərində ordumuzun strateji irəliləyişini möhkəmləndirmişdir. Zəngəzur dəhlizinin açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın uzun illərdən sonra birbaşa quru nəqliyyat əlaqəsinin bərpasına, iqtisadi, sosial və logistik inkişafına, eləcə də türk dünyasının inteqrasiya proseslərinin dərinləşməsinə mühüm töhfə verəcəkdir.
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı bu möhtəşəm Zəfər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi, xalqımızın sarsılmaz birliyi və rəşadətli əsgərlərimizin igidliyi nəticəsində mümkün olmuşdur.
Hazırda Azərbaycan dövləti tərəfindən həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Zəngilan rayonu dirçəlişin və yenidənqurmanın avanqard bölgələrindən birinə çevrilmişdir. Azad edilmiş ilk yaşayış məntəqələrindən biri olan Ağalı “ağıllı kəndi” bu gün dünyanın ən müasir kənd məkanlarından biri kimi tanınır. Burada “ağıllı evlər”, alternativ enerji mənbələri, rəqəmsal idarəetmə sistemləri, “yaşıl iqtisadiyyat” və dayanıqlı kənd təsərrüfatı modelləri tətbiq edilir.
Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə Zəngilan rayonuna səfər edərək bərpa və quruculuq işlərinin gedişi ilə tanış olmuşlar. Bu səfərlər çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının, “ağıllı kənd təsərrüfatı” layihələrinin, bərpa olunan enerji mənbələri zonalarının, eləcə də Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Zəngilan şəhər məscidinin açılışları həyata keçirilmişdir.
Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci beynəlxalq hava limanı məhz Zəngilanda istifadəyə verilmişdir. Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan bu mühüm nəqliyyat obyektinin 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı Zəngilanın strateji əhəmiyyətini daha da artırmışdır.
Zəngilan Zəngəzur dəhlizi üzərində yerləşdiyindən, regionun mühüm logistika və nəqliyyat mərkəzinə çevrilməkdədir. Bu, təkcə ölkədaxili deyil, həm də beynəlxalq iqtisadi inteqrasiyanın inkişafına mühüm töhfə verir.
Rayonun turizm potensialı da mərhələli şəkildə bərpa olunur. Füsunkar təbiət, meşəliklər, dağ çayları və tarixi abidələr Zəngilanı gələcəyin ekoturizm mərkəzinə çevirir. Həyata keçirilən pilot kənd təsərrüfatı layihələri və aqrar innovasiyalar isə bölgədə məşğulluğun artımına və dayanıqlı inkişafın təmininə xidmət edir.
Bu gün Zəngilan rayonunda aparılan bərpa və quruculuq işləri, həyata keçirilən sosial, iqtisadi və ekoloji layihələr Azərbaycan dövlətinin gücünü, xalqımızın milli həmrəyliyini və qayıdış iradəsini nümayiş etdirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti Zəngilanı və bütün Qarabağı yenidən qurur - hər qarış torpaq, hər tikili, hər ağac yenidən canlanır, milli qürurumuzun və əzəli Vətən sevgimizin rəmzinə çevrilir.

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:630
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri