Icma.az
close
up
RU
Tarixi Qələbə: müasir dövlətçilik yolunda yeni mərhələ

Tarixi Qələbə: müasir dövlətçilik yolunda yeni mərhələ

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

2020-ci il sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq başlamış Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. 44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan öz tarixi torpaqlarını 30 illik işğaldan azad etmiş və ərazi bütövlüyünün bərpasına nail olmuşdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu özü BMT Təhlükəsizlik Şurasının 30 il kağız üzərində qalmış qətnamələrini yerinə yetirmişdir.

Tarixi Zəfərdən sonra Azərbaycan sülh çağrışları edir, dəfələrlə Ermənistanı sülhə dəvət edirdi. Lakin işğalçı dövlət hər dəfə müəyyən bəhanələrlə danışıqlardan boyun qaçırır, eyni zamanda suveren ərazilərimizdə terrorçu dəstələri ilə silahlı təxribatlarını davam etdirirdi.
2023-cü il sentyabrın 19-da Ermənistana aid silahlı dəstələr tərəfindən işgaldan azad edilmiş ərazilərimizdə növbəti dəfə terror aktları törətmiş, bunun nəticəsində mülkü vətəndaşlarımız, hərbi qulluqçularımız həlak olmuşdur. Elə həmin gün Azərbaycan Silahlı qüvvələri azad edilmiş ərazilərimizdə antiterror əməliyyatına başlamışdır. Məqsəd törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi idi.
Cəmi 23 saat ərzində Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirərək öz məqsədinə nail oldu. Antiterror əməliyyatı nəticəsində separatizmə son qoyuldu, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olundu. Ölkəmiz öz gücünü bir daha düşmənə, onların havadarlarına, eləcə də bütün dünyaya göstərdi.
2024-cü il sentyabrın 19-da Prezident İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”-deyən xalqımızın Ümummilli lideri Heydər Əliyevin bütün arzuları bu gün reallığa çevrilib, vəsiyyəti yerinə yetirilib. Ulu öndərin Azərbaycan xalqına bəxş etdiyi qətiyyətli Lider, böyük sərkərdə İlham Əliyevin iradəsinin nəticəsidir ki, bu gün Azərbaycan bir bütündür, suverendir. Müstəqilliyimiz heç zaman olmadığı qədər möhkəm və sarsılmazdır. Məhz prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sayəsində müstəqil, suveren Azərbaycan Ulu Öndərin görmək istədiyi, arzuladığı kimi heç kimdən, heç bir ölkədən asılı deyil, güclü və qüdrətlidir. Bu gün artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır.
2025-ci il Prezident İlham Əliyevin sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilməsi mühüm hadisə kimi yaddaşlara yazıldı. Bu dövlət başçımızın müstəqilliyimizə, süverenliyimizə, Ana qanunumuza, xalqımızın birliyinə nə qədər dəyər verməsinin göstəricisidir.
Bu gün üçrəngli ay ulduzlu, bayrağımız suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə qürurla, əzəmətlə dalğalanmaqdadır və əbədi olaraq dalğalanacaq.

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see743

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see307

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see287

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see280

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see276

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see263

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see252

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see249

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see246

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see242

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see230

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see218

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see210

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see206

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see206

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see205

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see201

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see199

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see197

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri