Icma.az
close
up
RU
Milli həmrəyliyin Zəfər zirvəsi: müstəqil dövlətçilik yolunda tarixi mərhələ

Milli həmrəyliyin Zəfər zirvəsi: müstəqil dövlətçilik yolunda tarixi mərhələ

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli birlik xalqın varlığını qoruyan və onu tarixin sınaqlarından keçirən əsas dəyərdir. Bu dəyəri formalaşdırmaq isə təsadüfi proses deyil. Xalqı ortaq ideya ətrafında səfərbər edən, ona inam və məqsəd verən liderlik iradəsi olmadan birlik mümkün deyil. Tarixi təcrübə göstərir ki, güclü dövlətlər məhz möhkəm milli həmrəylik üzərində qurulur. Azərbaycanın bu gün əldə etdiyi siyasi sabitlik və beynəlxalq nüfuz milli birliyin real nəticəsidir. Dövlətimizin müstəqilliyinin möhkəmlənməsi və suverenliyinin tam təmin olunması bu birliyin gücünü açıq şəkildə ortaya qoyur. Xalqın dövlətinə olan inamı və lider ətrafında sıx birləşməsi ölkənin qarşısında açılan yeni imkanların əsasını təşkil edir. Bu həmrəylik bugünkü uğurların və gələcək qələbələrin də təminatçısıdır. Milli birlik Azərbaycanın sarsılmaz gücü və dəyişməz strateji üstünlüyüdür.

Biz milli həmrəyliyə necə nail olduq? Bu, Azərbaycanın müstəqilliyini itirmək ərəfəsində olduğu, separatçılıq meyllərinin həddini aşdığı, ölkənin milli ədavət və vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı illərə təsadüf edirdi. Belə mürəkkəb dövrdə xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanı qorumaqla yanaşı uzaqgörən və qətiyyətli lider kimi milli həmrəyliyimizin təmin olunmasına nail oldu, qardaş qırğınının və vətəndaş müharibəsinin qarşısını aldı. Onun liderliyi ilə bir daha əmin olduq ki, güclü dövlətin təməlində xalq–Lider birliyi dayanır. Məhz bu birlik Azərbaycan dövlətçiliyinin qorunub möhkəmlənməsində və milli həmrəyliyimizin formalaşmasında həlledici rol oynadı.
Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da keçirilən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qəbul edilən qərar milli birliyimizin parlaq təcəssümünə çevrildi.
Heydər Əliyev böyük strateq və uzaqgörən lider kimi yanlış dövlət siyasətinin, lidersizliyin və başsızlığın doğurduğu parçalanma təhlükəsi fonunda bir-birinə nifrətlə baxan Azərbaycan cəmiyyətini vahid məqsəd ətrafında birləşdirərək xalqını gələcəyə aparan yolun memarı oldu. Prezident kimi Heydər Əliyev əvvəlcə milli birliyimizi təmin etdi, daha sonra isə dünya azərbaycanlılarını bir yerə toplamağı, onları təşkilatlanmağa və Azərbaycan uğrunda birləşməyə səfərbər etməyi bacardı. Dünya Azərbaycanlılarının qurultayını keçirərək böyük Heydər Əliyev xalqımızın həmrəyliyini möhkəmləndirdi, diasporamızın gücünü və rolunu dünya arenasında önə çıxardı. Bu da milli həmrəyliyimiz dövlət siyasətinin əsas dayaqlarından birinə çevrildi. Prezident İlham Əliyev bu müqəddəs dəyəri qorudu, onu möhkəmləndirdi və dövrün tələblərinə uyğun şəkildə formalaşdırdı. Onun liderliyi sayəsində dünya azərbaycanlılarının birliyi yeni məzmun qazandı, diaspora işi məqsədyönlü və sistemli şəkildə inkişaf etdi.
“Biz birlikdə güclüyük” çağırışı xalqın iradəsini, inamını və gücünü ifadə edən milli ruhun parlaq təcəssümünə çevrildi. Məhz bu birlik Prezident İlham Əliyevin rəhbərliyi altında xalqımıza tarixi qürur hissi yaşatdı. Milli həmrəyliyin simvolu olan “Dəmir yumruq” sarsılmaz əzmimizi bütün dünyaya nümayiş etdirdi. Milli birliyin yaratdığı güc sayəsində düşmən məğlubiyyətə uğradıldı, Vətənimizin illərlə davam edən ən ağrılı problemi aradan qalxdı, tarixi torpaqlarımız azadlığa qovuşdu. Bu tarixi Qələbə Azərbaycanda mövcud olan Xalq–Lider vəhdətinin nə qədər sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirdi və bu birliyin gücü hər kəsdə heyranlıq doğurdu.
Beləliklə, xalq–lider birliyindən doğan milli həmrəylik tarix yazdı və Azərbaycanın taleyini dəyişən sarsılmaz gücə çevrildi. Milli sərvətimiz olan birliyimiz sübut etdi ki, həmrəyliyimiz ən böyük gücümüzdür və heç kimin bu birliyə meydan oxumağa həddi yoxdur. Böyük Heydər Əliyevin milli birliyimizə nail olmaqla qarşıya qoyduğu ali və müqəddəs məqsəd də xalqı öz taleyinin sahibi etmək idi. Xalqını birləşdirərək müqəddəsləşən Ulu öndər bizə elə bir irs bəxş etdi ki, milli dərdlərimizi özgələrə deyil, öz iradəmizə söykənərək həll edək.
Bu gün dünyanın dörd bir yanına səpələnmiş 50 milyonluq Azərbaycan xalqı Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük qürur hissi ilə qeyd edir. Prezident İlham Əliyevin liderliyi sayəsində azərbaycanlı olmaq sadəcə mənsubiyyət deyil, xoşbəxtlikdir. Çünki xalqlar xoşbəxt doğulmur, onları xoşbəxt edən inandıqları liderdir. Məhz bu əzm, bu iradə və bu sarsılmaz həmrəylik isə Azərbaycan xalqına məxsus nadir və qürurverici nümunədir.

Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Dekabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see226

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see189

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see188

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see187

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see158

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see155

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see150

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see146

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see144

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see143

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see134

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri