Icma.az
close
up
RU
Tarixi “qızıl” və medallar uğrunda inamlı mübarizə: III MDB Oyunlarının nəticələri in TƏQDİMATINDA

Tarixi “qızıl” və medallar uğrunda inamlı mübarizə: III MDB Oyunlarının nəticələri in TƏQDİMATINDA

Icma.az, Idman.biz saytına istinadən bildirir.

III MDB Oyunları artıq yarı mərhələni geridə qoyub. Azərbaycan yığması isə medal sıralamasında ikinci yerdə qərarlaşıb və uğurlu çıxışını davam etdirir.

İdman.biz xəbər verir ki, yarışlar ölkənin yeddi şəhərində keçirilir. Bu günə olan nəticələrə əsasən, Azərbaycan yalnız Rusiya komandasından geri qalaraq ikinci pillədədir.

Turnirin birinci yarısında ən böyük hadisə üzgüçülükdə baş verib. Azərbaycan tarixdə ilk dəfə MDB Oyunlarında üzgüçülük üzrə qızıl medal qazanıb. 400 metr sərbəst üzmə yarışında Süleyman İsmayılzadə birinci yeri tutaraq tarixi uğura imza atıb. Bu, üzgüçülüyün ölkəmizə medal qazandıran əsas idman növlərindən birinə çevrildiyini göstərir.

Taekvondoçular (Mingəçevirdə keçirilən yarışda) və samboçular (Göygöldə keçirilən yarışda) da komandanın uğurlarına ciddi töhfə veriblər. Azərbaycanın bu yarışlardakı ilk qızıl medalı da məhz Gəncədən gəlib - 53 kiloqram çəki dərəcəsində finalda qalib gələn Abdullətif Musayev bu nailiyyətə imza atıb.

Gimnastika yarışları da bizə sevinc yaşadıb. Şəkidə batut gimnastikası üzrə yarışda idmançılarımız finala yüksəlməklə yanaşı, kişilər də fərdi yarışlarda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İdmançılarımızın çıxışları həm texniki, həm də emosional baxımdan yüksək qiymətləndirilib. Bundan əlavə, bu gün Azərbaycan ilk dəfə qılıncoynatmada da medal əldə edib.

Təmsilçilərimiz bir çox idman növündə zirvəyə çox yaxın olublar. Üzgüçülükdə gümüş və bürünc medallar, atıcılıqda və batut gimnastikasında isə komandamız gümüş medal qazanılıb. Bu nəticələr yığmamızın potensialının böyük olduğunu göstərir.

Qeyd edək ki, bu MDB Oyunları Azərbaycan tarixində ilk dəfə tam şəkildə regionlarda keçirilən çoxnövlü idman tədbiridir. Yarışlar 7 şəhərdə, 12 arenada təşkil olunub və 23 idman növü üzrə qaliblər müəyyənləşir. Bu addım regionlarda idman infrastrukturunun inkişafına və gələcək yarışların təşkilinə təkan verir.

Yeni və yenilənmiş idman obyektləri beynəlxalq yarışlara ev sahibliyi edir, yerli təşkilatçılar və hakimlər dünya səviyyəsində təcrübə qazanır, könüllülər və xidmət komandalarının peşəkarlığı artır, bölgələrə turist marağı yüksəlir. Yarışların təşkili yüksək səviyyədədir və qonaqlar Oyunların ab-havasından razıdırlar.

Xüsusi diqqət Xankəndinə ayrılıb. Burada oxatma yarışları keçirilir. Xankəndinin yarışlar xəritəsinə daxil edilməsi ölkənin idman coğrafiyasının genişlənməsi və logistikanın güclənməsi baxımından önəmli addımdır. Bu, həm böyük məsuliyyət, həm də simvolik məna daşıyır. Eyni zamanda bölgənin infrastruktur və kadr potensialının inkişafına ciddi təkan verir.

Yarışların finiş mərhələsi yaxınlaşır. Bağlanış mərasimi 8 oktyabrda keçiriləcək. Azərbaycan yığması ikinci hissəyə həm sabitlik, həm də qələbə əzmi ilə daxil olur. Məqsəd aydındır - tempin qorunması, qızıl medallara yaxın imkanların reallaşdırılması və ev oyunlarının yüksək səviyyədə tamamlanması.

Teymur Tuşiyev

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 03 Oktyabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see239

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see202

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see196

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see187

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see154

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see146

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see144

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see141

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see141

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see139

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see137

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see136

Ötən il Ukraynada müharibə nəticəsində 12 azərbaycanlı həlak olub

01 Yanvar 2026 17:28see134

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see132

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri