Icma.az
close
up
RU
Tarixi sənədlər və xəritələr sübut edir ki, uzun illər boyu həmin torpaqlarda azərbaycanlılar yaşayıb

Tarixi sənədlər və xəritələr sübut edir ki, uzun illər boyu həmin torpaqlarda azərbaycanlılar yaşayıb

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zaman qeyd edib ki, azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. “Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür”-deyə ölkə başçısı qeyd edib.

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasında çıxışında səsləndirdiyi “Azərbaycanlılar öz ata-baba yurdlarına qayıtmalıdırlar. İndiki Ermənistan torpaqlarında onların tarixi, dini abidələri mövcuddur və bu torpaqlar Azərbaycanlıların torpaqlarıdır” fikri tarixi faktlara reallıqlara əsaslanır: “İrəvan tarixi, Azərbaycan torpağıdır və hər birimizə yaxşı məlumdur ki, ermənilər 19-cu əsrin əvvəllərindən həmin ərazilərə göndərilmiş və orada məskunlaşaraq özlərinə saxta bir dövlət qurmuşlar. Sonrakı dövrlərdə mərhələli şəkildə düşünülərək azərbaycanlılar öz ata-baba torpaqlarından çıxarılmış, onlara təzyiq göstərilmiş və həmin torpaqlar erməniləşdirilmişdir”.

Tahir Rzayev

Tahir Rzayev vurğulayıb ki, bu gün tarixi faktlar, mövcud sənədlər və xəritələr bir daha sübut edir ki, uzun illər boyu həmin torpaqlarda azərbaycanlılar yaşamışlar. Deputatın fikrincə, bu gün onların həmin torpaqlara qayıtması da beynəlxalq hüquq normalarına tamamilə uyğundur, çünkü həmin azərbaycanlılar şüurlu şəkildə və ya könüllü şəkildə öz torpaqlarından çıxmamışdılar, həmin torpaqlardan deportasiya olunmuş, qovulmuş, incidilmiş, ölümlə üz-üzə gəlmişdilər, hətta orada öldürülənlər də var: “Həmin kəndlərin, həmin dini mədəni abidələrin adları dəyişdirilmişdir. Bu səbəbdən də ölkəmizin rəhbəri tarixi qələbə qazanmağımızı dilə gətirməklə yanaşı, həm də bildirmişdi ki, biz həmin torpaqlara qayıtmalıyıq. “Tarixi torpaqlarımıza tanklarla yox, avtomobillərlə qayıtmalıyıq” ifadəsini ölkə rəhbəri dediyi zaman öz siyasətinə, xalqın birliyinə və gücünə arxalanır. Sözsüz ki, bu da çox çətin və məsuliyyətli bir vəzifədir və bu vəzifənin həyata keçirilməsi bilavasitə rəhbərin, dövlətin üzərinə düşür. Bu istiqamətdə artıq bir neçə ildir ki, müəyyən tədbirlər həyata keçirilir. Qərbi Azərbaycan icmasının yaradılması, bu icma ətarfında öz ata-baba yurdlarından qovulmuş insanların, onların övladlarının toplanması və güclü təbliğatın faktlar əsasında ortaya qoyulması belə bir inam, ümid yaradır ki, Qərbi azərbaycanlılar mütləq vaxt gələcək öz torpaqlarına qayıdacaqlar. Ancaq bu, uzun müddətə yayılan bir prosesdir. Çünki beynəlxalq hüquq bu prosesə dəstək verməlidir. Beynəlxalq hüququn normaları, tələbləri və prinsipləri var. Bunlar dəstəklənməlidir. Ermənistan rəhbərliyi sülh müqaviləsinə imza atmalıdır. Əlaqələr genişlənməlidir. Mehriban qonşuluq şəraitində yaşayış təmin olunmalıdır, cəmiyyətlər arasında anlaşma üçün sağlam mühit yaradılmalıdır. Bundan sonra bu məsələlər tədricən həyata keçirilməlidir”.

“Bu yaxınlarda qeyri-hökumət təşkilatlarının İrəvana səfəri, eləcə də nəzərdə tutulur ki, onların qeyri hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri Azərbaycana səfər eləsinlər. Bu səfərlər müntəzəm olaraq, davam etdirilsin. Bir ictimai rəy yaradılsın və əhatə genişləndirilsin. Belə olmadan bu mümkün deyil”-deyə deputat qeyd edib.

Tahir Rzayev hesab edir ki, bu gün Ermənistanda sağlam qüvvələrlə bərabər, həm də şovinist qüvvələr meydandadır və onlar yenidən revanş götürmək, müharibəyə hazırlaşmaq, Qarabağ torpaqlarına sahib olmaq, ora qayıtmaq fikrindədirlər: “Bu məsələnin tez bir zamanda həlli gözlənilən deyil. Ancaq mütləq zəfər çaldığımız kimi, Qarabağ torpaqlarından terrorçuların ayağını kəsdiyimiz kimi, separatçılığa son qoyduğumuz kimi Qərbi azərbaycanlılar da öz ata-baba yurdlarına qayıdacağı gün gəlib çatacaq. Hər bir azərbaycanlı bunu arzulayır”.

İradə Cəlil,Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 Noyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see251

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see159

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see153

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see131

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri