Icma.az
close
up
RU
Tarixi türk yeməyinə görə qətlə yetirilən erməni: “O kitabda yazılıb ki…” KONKRET

Tarixi türk yeməyinə görə qətlə yetirilən erməni: “O kitabda yazılıb ki…” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

“Bu gün sosial mediada ermənilər yeni bir iddia ortaya atıblar. Guya Qafqaz xalqları arasında orta əsrlərdən etibarən məhşur olan xaş onların mətbəxinə aiddir”.

KONKRET.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev deyib.

O bildirib ki, hər zaman tarixi, mədəniyyəti və mətbəxi olmayan kiçik xalqlar böyük xalqlardan oğurluq edir, onları özününiləşdirirlər:

“Böyük xalqlar isə mərhəmətli davranır, onların vaxtında cavabını vermir. Tam əminliklə deyirəm, istənilən zamanda sübut edərəm ki, Anadoludan tutmuş Çin səddinə qədər bütün mədəniyyət məhz Azərbaycandan yayılıb və bu gün də İrandan  Turana qədər hər şey bizdən oğurlananlardır. Gürcü və ermənilər də bu coğrafiyaya köçürüldükdən sonra ilk işləri bizə aid olanları öyrənmək, istifadə etmək və özünüküləşdirmək olub”.

Z.Əliyev xaşın yaranma tarixi ilə bağlı müxtəlif versiyaların olduğunu qeyd edib:

“Ermənilərin iddiasına görə, xaş, erməni və gürcü mətbəxinin elementlərini təqdim etməklə ölkəsinin mətbəxini daha da rəngarəngləşdirməyə çalışan I Şah Abbasın dövründə icad edilib. Başqa bir versiyaya görə, xaş Səfəvilər sülaləsi dövründə hazırlanırdı və I Şah Abbas bu yeməyi sadəcə məşhurlaşdırıb. Guya Şah Abbasa xaşı bişirən “erməni aşbaz” olub.

Gəlin,  “xaş” sözünün lingivstik anlayışına nəzər salaq. Bu söz oğuz türkcəsində olan xaşlamaq (bişirmək, yeməyi qaynatmaq) feilindən gəlir. Türkiyə türkcəsində “haşlama”, Azərbaycan türkcəsində “xaşlama”, başqırd türkcəsində “bişkən” (bişirilgən), qazax türkcəsində “pisirilgen et” (pisken) , qırğız türkcəsində “bışkan et”, “kaynatkan et”, özbək türkcəsində “dimləmə”, tatar türkcəsində “pişkən it” (pişirilgən), türkmən türkcəsində “qaynatma”, uyğur türkcəsində “pişirilgən qoş” şəkillərində işlənir. Anadoludan Çin səddinə qədər bütün türk xalqlarında xaş, xaşlama sözü olduğu halda, XVII əsrdə Hindistanın Kəlküttə ərazisindən İrana və oradan da Qafqaza köçürülən qaraçı boşa tayfası (indiki ermənilər) bu sözləri nəinki oğurlayıblar, hətta hazırda türk sözü kimi istifadə edirlər”.


Zaur Əliyev

Alim vurğulayıb ki, xaş mal-qaranın əhliləşdirildiyi müddətdən bəri maldarlar və türklər tərəfindən hazırlanmış, Monqolustandan Türkiyəyə qədər Asiyada geniş yayılmış yeməkdir:

“Bunun, Kulinariya tarixi haqqında – Antuan Kareme, Kaufman, Trakiyalı Dionysius tərəfindən ərsəyə gətirilən “Qrammatika sənəti” və digərlərinin əsərində təsdiqini tapa bilərik. Onlar bu yeməyin yaradıclarının türk xalqlarının olduğunu yazırlar. Ermənilər isə öz iddialarını doğrulmaq üçün mənbə kimi Poxlebkinin kitabını təqdim edirlər. Maraqlıdır ki, Poxlebkin kitabında məhz bu səhvini  düzəltmək üçün ikinci nəşrə təqdim edir, qısa müddət sonra isə 2000-ci ilin 13 aprelində evində qətlə yetirilir.

Türk xalqları kəsdikləri heyvanların əti ilə yanaşı, başı və ayaqlarını xüsusi sup formasında bişirmək üçün xaşlayırdılar. O ad yeməyə bu formada verilib, yəni xaşlanmaqdan yaranan yemək mənasına gəlir. Yeganə ölkə də Azərbaycandır ki, xaş qonaqlığı haqqında film çəkilib. Vaqif Mustafayevin “Musiqili Xaş” filmi bu yemək barədə dünyada yeganə ekran işi sayılır”.//Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Fevral 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri