Tarixi və mədəni irs hər bir xalq üçün özünüdərk məktəbidir
Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Zəngin və çoxəsrlik bir mədəni irsə sahib olan Azərbaycan xalqı minillərlə davam edən inkişaf yolu keçərək elmə, incəsənətə və mədəniyyətin rəngarəng qaynaqlarına yiyələnib. Bu günə kimi qorunub saxlanılan maddi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri xalqımızın bu sahədə keçdiyi uzun yolun canlı sübutudur. Dünyanın qədim sivilizasiya ocaqlarından biri sayılan Azərbaycan torpağında hər addımda tarixə işıq tutan izlərə rast gəlmək mümkündür. Bu izlər təkcə xalqımızın deyil, bəşər mədəniyyətinin də formalaşmasında mühüm rol oynayıb. Tarixi yaddaşımızı, milli-mənəvi dəyərlərimizi əks etdirən maddi və mənəvi abidələrə ölkəmizin hər bir guşəsində rast gəlinir.
Bunu “Xalq Cəbhəsi”nə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2025-ci il üzrə qeyri-hökumət təşkilatları üçün elan etdiyi qrant müsabiqələrində qalib olan Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Cavid Şahverdiyev deyib.
O, qeyd edib ki, QHT Mədənuiyyət Nazirliyinin maliyyə dəstəyi ilə “Yerli mədəni irs nümunələrinin toplanması, foto və video arxivin yaradılması” layihəsini həyata keçirəcək. QHT sədri qeyd edib ki, qloballaşan dünyada xalqların öz mədəni-mənəvi varlığını qoruması prioritet məsələdir. Çünki xalqın dili, adət-ənənələri, mədəni irsi onun milli identikliyinin əsas göstəricisidir. Dünyanın qədim sivilizasiya ocaqlarından biri sayılan Azərbaycan torpağında hər addımda tarixə işıq tutan izlərə rast gəlmək mümkündür. Bu izlər təkcə xalqımızın deyil, bəşər mədəniyyətinin də formalaşmasında mühüm rol oynayıb.
Hər bir tarixi-memarlıq abidəsi yalnız onun inşa olunduğu dövrü deyil, eyni zamanda həmin dövrün ictimai, mədəni və intellektual mühitini də özündə yaşadan canlı tarix yadigarıdır. Bu abidələr xalqın təfəkkür tərzini, estetik zövqünü və dünya görüşünü nəsildən-nəslə ötürən unikal irs nümunələridir. Məhz buna görə onların mühafizəsi həm milli kimliyimizin qorunması, həm də gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Müstəqil Azərbaycanın memarlıq və tarix-abidələrinin qorunması məsələsi Ümummilli Lider Heydər Əliyevin dövlətçilik siyasətində prioritet istiqamətlərdən biri olub. Ulu Öndərin təşəbbüsü ilə qəbul edilən 1998-ci il 10 aprel tarixli “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu bu sahədə hüquqi bazanın formalaşmasında mühüm mərhələ oldu. Qanunda abidələrin əhəmiyyət dərəcələri, toxunulmazlığı, istifadə və mühafizə qaydaları, tədqiqat prinsipləri və qanunvericiliyin pozulmasına görə məsuliyyət məsələləri aydın şəkildə təsbit olunub. Qürurvericidir ki, bu gün də ölkəmizdə tarixi və mədəni irsə göstərilən yüksək diqqət və qayğı davam etdirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində bir sıra tarixi abidələr bərpa olunub, beynəlxalq səviyyədə təbliğ edilib və onların bir neçəsi YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısında öz yerini alıb. Prezidentin imzaladığı müvafiq fərman və sərəncamlar bu sahədə həm hüquqi-normativ çərçivənin formalaşmasında, həm də praktiki tədbirlərin icrasında xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının təşəbbüsü ilə qəbul olunan strateji sənədlər sırasında "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası", "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyası və "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı" vacib yer tutur. Bu sənədlər milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində uzunmüddətli və kompleks tədbirlərin həyata keçirilməsinə zəmin yaradıb.
Azərbaycanın mədəni irsin qorunması sahəsində qazandığı uğurlar, heç şübhəsiz, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da parlaq fəaliyyətinin nəticəsidir. Onun mühüm təşəbbüsləri nəticəsində milli mədəniyyətimizin nadir nümunələri dünya ictimaiyyətinə təqdim olunub, Azərbaycan irsinin ümumbəşəri dəyər kimi qəbul olunmasına mühüm töhfə verilib. Məhz onun təşəbbüsü və fəal təşkilatçılığı ilə Azərbaycan muğam sənəti, tar ifaçılığı sənəti, aşıq sənəti, Novruz bayramı, Kəlağayı (Buta simvolizmi), İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və Qobustan Dövlət Tarixi-Bədii Qoruğu kimi unikal mədəniyyət nümunələri YUNESKO-nun qeyri-maddi və maddi mədəni irs siyahısına daxil edilib. Mehriban xanım Əliyevanın təşəbbüsləri sayəsində mədəni irsə münasibət cəmiyyətin bütün təbəqələrində fərqli müstəviyə keçib, maarifləndirmə, mədəni diplomatiya və irsə sahib çıxmaq ənənəsi daha da güclənib: “Abidələrin yalnız qorunması deyil, həm də danışdırılması, tanıdılması və öyrədilməsi də əsas məqsədlərdən biri olmalıdır. Tarixi abidələrin təbliği və onlara olan yanaşma cəmiyyətin öz mədəni kimliyinə münasibətini müəyyənləşdirir.
Mədəniyyət naziri Adil Kərimli 07.07.2025-ci ildə parlamentin Mədəniyyət komitəsində keçirilən ictimai dinləməsi zamanı söyləyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində mədəniyyət sahəsi xüsusi yer tutur: “Tarixi abidələrin, maddi-mədəni irs nümunələrinin qorunması və gələcək nəsillərə ötürülməsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Onun bu istiqamətdə verdiyi tapşırıqlar əsasında qarşıya yeni strateji vəzifələr qoyulub və prioritet istiqamətlər müəyyən edilib”.
“Mədəni irs Azərbaycanın milli kimliyinin ayrılmaz hissəsidir və bu sahəyə yanaşma da dövrün tələblərinə uyğun olaraq yenilənib. Mədəniyyət Nazirliyi olaraq qarşıya qoyulan strateji məqsəd milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, bu irsin beynəlxalq miqyasda tanıdılması və UNESCO kimi qurumlarla əməkdaşlığın daha da gücləndirilməsidir”- deyib nazir”.
Tarixi və mədəni irs hər bir xalq üçün özünüdərk məktəbidir. Mədəni irs mülkdür, öncəki nəsillərdən bizlərə gəlib çıxan qiymətli xəzinədir, keçmişlə bu gün arasında əlaqədir. Xalqa aid olan dəyərlərin məcmusudur. Mədəni irs təkcə gözlə gördüyümüz, toxuna bildiyimiz abidələrdən ibarət deyil. O, həm də keçmişimizin, kimliyimizin və mənəviyyatımızın güzgüsüdür. Vətən torpağının hər bir qarışında əcdadlarımızın izi var. Bu, mədəni irsimizin bir parçasıdır. Ona sahib çıxmaq, mühafizə etmək və gələcəyə ötürmək vacibdir. Mədəni irsin qorunması təkcə dövlət qurumlarının deyil, cəmiyyətin hər bir üzvünün borcudur: “Azərbaycanın yerli mədəni irs nümunələrin, xüsusən dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət, arxeoloji abidələrin qorunması, tanıdılması və bu irsin gələcək nəsillərə ötürülməsi istiqamətində maarifləndirmə, praktiki, tədqiqat və sənədləşdirmə formatında layihənin həyata keçirmək niyyətindəyik. Bunun üçün mədəni irs nümunələrin foto və video arxivini yaratmağı düşünürük.
Bu gün Azərbaycan Respublikasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olan mədəni inişafı siyasəti, milli-mənəvi dəyərlərin təbliği, tarixi mədəni zənginliyin qorunması vətəndaşların tərbiyəsində xüsusi yer tutur.
Hər bir dövlətin və cəmiyyətin formalaşmasında, inkişafında ölkədə mövcud olan mədəni və milli-mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir. Bu dəyərlər sisteminin mövcudsuzluğu şəraitində cəmiyyətin və dövlətin inkişafını iddiasında olmaq əbəsdir. Göstərilən səbəbdən də mədəni irs nümunələrinin qorunması və gələcək nəsillərə ötürülməsidir. Bu istiqamətdə vətəndaş cəmiyyətinin aparıcı inistutlarından olan QHT-lərin də üzərinə məsuliyyət, öhdəlik düşür. Dövlətlə bərabər QHT-lərin də əsas vəzifələrindən biri, həm ölkə vətəndaşları arasında, həm də beynəlxalq aləmdə mədəni irs nümunələrinin təbliğinə kömək etməkdən ibarət olmalıdır.
Öncə ölkəmizin tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədi ilə fəaliyyətləri gücləndirmək və daha da təkiminləşdirmək lazımdır. Bu gün bu istiqamətdə fəaliyyət göstərən hər birimizin üzrərinə Azərbaycanın zəngin mədəni irsinin təbliği və onun gənclərimiz tərəfindən qorunması kimi məsuliyyətli bir öhdəlik düşür. Hər kəsə məlumdur ki, gənc nəsil həm də xalqın əsrlər boyu yaradıb yaşatdığı ənənələri, milli mədəniyyəti yaşadır və gələcək nəsillərə ötürür. Bu gün inkişaf etməkdə olan Azərbaycan gəncinin də amalı, ideyası vətəni, xalqı düşünmək, ölkəmizin beynəlxalq aləmdə tanınması üçün öz bacarığından maksimum istifadə etməkdən ibarət olmalıdır”.
C.Şahverdiyev onu da vurğulayıb ki, Azərbaycanın mədəni irsin qorunması üçün rəqəmsallaşdırma və yeni texnologiyaların tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu yanaşmalar vasitəsilə tarixi abidələr, sənət əsərləri və mədəni dəyərlər həm mühafizə olunur, həm də dünya səviyyəsində tanıdılır. Gələcəkdə texnologiyanın daha da inkişafı ilə Azərbaycanın mədəni irsin qorunması və tanıdılması daha da effektiv olacaqdır.
Azərbaycan dünya əhəmiyyətli zəngin mədəni irs nümunələrinə, obyektlərinə malikdir. Onların qorunub saxlanması və gənc nəsillərə ötürülməsi, təbliğatı, yerli və dünya ictimaiyyətinə məlumatlandırılması vacib amillərdən biridir. Bu məqsədlə QHT tədqiqat və sənədləşdirmə formatında Azərbaycanın dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət, arxeoloji abidələrin foto və video arxivinin yaradılması layihəsini həyata kermək niyyətindədir. Bu həm mədəni irs nümunələrinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsinə xidmət edəcək, həm də yerli və xarici ictimaiyyət internet üzərindən Azərbaycanın mədəni irs nümunələri ilə tanılışq üçün canlı geniş imkanlar əldə edə biləcəklər.
Yerli dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət, arxeoloji abidələrin toplanması, foto və video arxivin yaradılması üçün Azerbaijan-irs.az adlı internet resursu və eyniadlı yutub kanalı yaradılmalıdır. Sayt üzərindən həm fotolar, həm də videolar ictimailəşdiriləcək.
Bu formatla layihənin geniş auditoriyanın marağına səbəb ola biləcəyinə, eyni zamanda mədəni irs nümunələrinin əhəmiyyəti, qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi üçün fundamental məlumatlandırıcı elektron bazanın qurulacağına əminik. Bu həm də xarici turistlərin ölkəmizə marağənən artmasına gətirib çıxaracaq”.
Cavid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 24 Dekabr 2025 23:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















