Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Təhsildə özünüdərk və dəyərlər Yeni Çağ Media

Təhsildə özünüdərk və dəyərlər Yeni Çağ Media

Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil siyasəti nəticəsində, ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi, müəllim peşəsinin nüfuzunun artırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılmışdır. Dövlətimizin başçısı çıxışlarında vurğulamışdır ki, təhsil cəmiyyətin gələcəyini formalaşdıran əsas sütundur. Onun fikrincə, Azərbaycanın inkişafı üçün milli dəyərlərə bağlı, lakin qlobal düşüncə tərzinə sahib bir nəsil yetişdirmək vacibdir. Bu yanaşma təhsilin yalnız bilik ötürməkdən ibarət olmadığını, həm də insanın şəxsiyyətini və kimliyini formalaşdırma funksiyasını daşıdığını göstərir. Prezident İlham Əliyev bildirib ki, “gənclərimiz milli kimliyinə sahib çıxaraq, bəşəri dəyərlərə açıq olmalı və dünya səviyyəsində rəqabət apara biləcək bacarıqlara yiyələnməlidirlər.”  

Müasir dünyada sürətlə dəyişən sosial, iqtisadi və texnoloji münasibətlər cəmiyyətin bütün sahələrində, xüsusilə təhsildə yeni yanaşmaların tətbiqinə ehtiyac yaratmışdır. Artıq ənənəvi pedaqoji metodlar qlobal çağırışların təzyiqi altında yenilənməli, müxtəlif elmi sahələrin inteqrasiyası, fərqli mədəniyyətlər və yenilikçi texnologiyalar ilə vəhdətə gətirilməlidir. Bu şəraitdə, yalnız biliklərin ötürülməsi deyil, həm də mənəvi, əxlaqi, sosial və emosional bacarıqların formalaşdırılması təhsil prosesinin əsas məqsədinə çevrilir. Milli və bəşəri dəyərlərə əsaslanaraq, müasir dövrün tələblərinə cavab verən çevik zəkalı, yaradıcı və bacarıqlı insanlar yetişdirməyi hədəfləyən bir təhsil modeli həmişə diqqət mərkəzində dayanır. Dəyərlər təhsil prosesinin fəlsəfi əsasını və təhsil siyasətini müəyyən edən mühüm faktordur. Dəyərləri yalnız bir ölkənin təhsil sisteminin məqsədini deyil, eyni zamanda həmin ölkənin gələcəkdəki sosial və mədəni inkişafını müəyyən edir.

Artıq 10 ildir ki, təcrübədən keçirdiyimiz “Hədəf Konsepti” beş əsas prinsipə (özünüdərk, sağlamlıq, bacarıq, yaradıcılıq və bilik) əsaslanır ki, onlardan biri də özünüdərkdir. Bu prinsiplər birgə insanın daxili dünyasını və onun sosial mühitlə əlaqəsini hərtərəfli inkişaf etdirməyi nəzərdə tutur. Müasir tədqiqatlar (P.Gardner, 2010; M.Asad, 2015)   göstərir ki, əgər təhsil yalnız biliklərlə məhdudlaşırsa, bu, uşaqların psixoloji və sosial tələbatlarını yetərincə ödəyə bilmir. Nəticədə, innovasiya, komanda işi, tənqidi düşüncə və ən əsası mənəvi bütövlük kimi keyfiyyətlər arxa planda qalır. Bu sahədə biz zəruri olan bilik və texniki bacarıqları, milli, mənəvi və bəşəri dəyərlər kontekstində formalaşdıran bir yanaşma təklif edirik. Həmçinin  “Təhsildə Beşlik” konsepti adlandırdığımız bu yanaşma məhz bu çağırışlara cavab olaraq, təhsil prosesində özünüdərk anlayışını milli və bəşəri dəyərlərin inteqrasiyası əsasında daha geniş şəkildə təqdim edir.

Özünüdərk insanın kimliyini anlama və dərk etmə prosesidir. Bu proses, tarixi, psixoloji və mədəni kontekstlərdə araşdırılaraq, şəxsin həm özünə, həm də ətrafına qarşı daha sağlam və məsuliyyətli mövqe tutmasına kömək edir. Özünüdərk prosesi, ilkin olaraq milli və bəşəri dəyərlərdən başlayır, çünki dəyərlər bizim düşüncə və davranışlarımızın etik çərçivəsini formalaşdırır. Bizə görə, özünüdərk edən insan vicdanlı, ədalətli, humanist və öz hüquqlarını bilən, daim özünü təkmilləşdirən fərddir. Bu xüsusiyyətlər insanın mənəvi sütunlarını gücləndirir və cəmiyyətin inkişafına zəmin yaradır.

Elmi araşdırmalar ( Toker-Gökçe, 2021: Öngider, 2013: Yüksel,2009 ) göstərir ki, insanların dəyərlər sistemi erkən uşaqlıq dövründə formalaşır. Uşaqların ətraf mühitdən, ailə və məktəb mühitindən aldıqları mənəvi mesajlar, sosial qaydalar və mədəni örnəklər onların şəxsiyyət quruluşunu müəyyən edir.  Azadlıq, cəsarət, güc, novatorluq və özünəinam kimi dəyərlər insanın özünüdərk səviyyəsini formalaşdırır. Beləliklə, özünüdərk yalnız şəxsi inkişafın deyil, eyni zamanda mədəniyyətə və tarixi mirasa bağlılıqdan törəyən kompleks bir prosesdir.

Milli kimlik və bəşərilik

Özünüdərk prosesi, bir qanadı milliliyə, digər qanadı isə bəşəri dəyərlərə bağlı olan şəxsiyyətin möhkəm və tarazlı şəkildə yetişməsinə kömək edir. İnsan milli olduğu qədər bəşəri də ola bilər və olmalıdır. Milliliyi olmayanın bəşəriliyi də möhkəm təməl üzərində dayana bilməz. Məsələn, Hallın (1992) “Mədəniyyət və Kimlik Nəzəriyyəsi” insan kimliyinin formalaşmasında qlobal dəyərlər qədər milli dəyərlərin də həlledici rol oynadığını vurğulayır. Müxtəlif ölkələrdə aparılan sorğular (PISA, TIMSS və s.)  göstərir ki, öz mədəni və tarixi köklərinə sahib çıxan, lakin qlobal dəyərlərə də açıq olan şagirdlər, tənqidi düşünmə və yaradıcı tətbiq kimi bacarıqlarda daha yüksək nəticələr əldə edirlər. Sosioloji araşdırmalar da (Hofstede 2009) sübut edir ki, milli kimlik və bəşəri dəyərləri bir arada yaşadan toplumlar daha dayanıqlı sosial inkişafa nail olur.

Bir gəncin özü haqqında “Mən kiməm?” sualına aydın cavab tapa bilməsi üçün, ona həm milli köklərini, həm də dünya mədəniyyətinin universal dəyərlərini tanıdacaq mühit qurmaq lazımdır. Bu sual daima mütəfəkkirləri düşündürmüş, bunula bağlı məqalə və kitablar yazmış, hər bir insanın öz kimliyini dərk etməsinin önəmini vurğulamışdır. Təsadüfi deyil ki, Əhməd bəy Ağaoğlunun “Mən kiməm?” kitabı, Əhməd Cavadın “Mən kiməm?” şeiri,  Cəlil Məmmdəquluzadə Azərbaycan məqaləsində “Mənim anam kimdir?” sualını verir və ürək yanğısı ilə insanın özünüdərkin vacibliyindən danışır.

Bununla bağlı təhsil müəssisələri müxtəlif mədəniyyətlərə dair layihələr həyata keçirməli, şagirdləri həm yerli, həm də qlobal kontekstdə fəal iştirakçı olmalarına təşviq etməlidir. Bu, şagirdlərdə ətraf mühitə qarşı empati, tolerantlıq və sosial məsuliyyət hissini gücləndirir.

Milli kökləri tanımaq üçün nə edilməlidir? Ailəsini, məhəlləsini, kəndini, şəhərini, rayonunu, ölkəsini sevmək və tanımaq üçün uşaqlara doğma mühitlərinin tarixi, mədəniyyəti, folkloru öyrədilməlidir.

“Hədəf konsepti”nin ana xəttində qeyd olunur ki, insan məhsuldar bir özünüdərk üçün millətinin tarixini, elm adamlarının uğurlarını, sərkərdələrinin cəsarətini, rəvayət və nağıllarını, ədəbi irsini dərindən öyrənməlidir. Tarixi araşdırmalar (Təhlükəsizlik nəzəriyyəsi, Kimlik Nəzəriyyəsi və s.) sübut edir ki, xronoloji faktlar və tarixi şəxsiyyətlərlə tanışlıq, gənclərin şəxsiyyət kimi inkişafına iki şəkildə təsir edir. Birincisi gənclərdə özünəinam yaradır. Öz tarixi qəhrəmanlarını, məşhur alimlərini, ixtiraçılarını, sənətkarlarını tanıyan gənc, “Mənim millətim bunları bacarıb!” duyğusu ilə böyüyür. Bu “Millətin bir parçası olmaq” hissi insanın ruhunda mənlik dəyərini artırır, öz imkanlarına inamı qüvvətləndirir. İkincisi isə gəncləri əzilmişlik kompleksindən xilas edir. Tarixdə parlaq şəxsiyyətlər, uğurlar və nailiyyətlər görməyən cəmiyyətlərdə “özünə güvənsizlik” sindromu yaranır. Bu sindrom zamanla həm fərdi, həm də sosial həyatda passivliyə, fatalizmə gətirib çıxarır. Şagirdlər Tonyukukdan, Bilgə Kağandan, Orxon-Yenisey kitabələrindən, Nəsirəddin Tusidən, Əl-Fərabidən, Əl-Xarəzmidən, Piri Rəis və Həzərfan Əhməd Çələbidən, Yusif Məmmədəliyevdən, Lütfi Zadə və Əziz Sancardan xəbərdar olduqca, onların elmi və mədəni fəaliyyətinə dərin maraq göstərdikcə, onlarda “mən də bacararam” düşüncəsi formalaşır.

UNESCO-nun müəyyən etdiyi təhsil istiqamətləri (Learning to Know, Learning to Do, Learning to Live Together, Learning to Be) çərçivəsində mədəni kimliyin və tarixi informasiya bazasının zəngin olduğu məktəblərdə şagirdlərin özünə inam səviyyəsi daha yüksək ölçüldüyünü müşahidə edilir.  Bu da tarixi bilgilərin, milli fəxr hissinin və özünüdərk prosesinin qarşılıqlı əlaqəsini aydın şəkildə sübut edir.

Özünüdərk və psixoloji inkişaf

Özünüdərk, həmçinin psixoloji bir prosesdir. İnsan özünü tanıdıqca daxili motivasiya, emosional idarəetmə və mənəvi dəyərlərlə bağlı daha sağlam mövqe qazanır. Erik Eriksonun psixososial inkişaf mərhələlərinə əsasən, yeniyetməlikdə formalaşan kimlik qazanma prosesi yetkinlik dövründə özünüdərk səviyyəsini müəyyən edir. Yəni gənc nəyə inandığını, kimə dəyər verdiyini və öz rolunu dəqiq müəyyən edir. Maslovun “özünü-gerçəkləşdirmə” nəzəriyyəsi də göstərir ki, şəxsin özünə dəyər verməsi, bacarıqlarını tanıması və məqsədlərini formalaşdırması onun tam şəkildə inkişaf etməsi üçün vacibdir.

Bu mərhələdə məktəbin rolu əvəzsizdir. Divarlardakı plakatlardan tutmuş, zənglər üçün seçilmiş musiqilərə qədər, şagirdin cəlb olunduğu hər bir nüans onun emosional fonuna və özünüdərk səviyyəsinə təsir edir.

Məktəbin dizaynından dərs prosesi sonuna qədər: sistemli yanaşma

Hədəf konseptində deyildiyi kimi, özünüdərk sadəcə ayrıca bir dərs prosesi kimi qəbul edilməməlidir. Bu, şaquli (vertikal) və üfüqi (horizontal) inteqrasiya yolu ilə bütövlükdə məktəb həyatına yerləşdirilməlidir. Bu, məktəbin bütün strukturlarına, tədris metodlarına, məktəbin dizaynına və valideyn-müəllim münasibətlərinə inteqrasiya olunmalıdır

Bununla bağlı məktəb divarlarında milli mədəniyyəti, tarixi, qəhrəmanları və elm adamlarını əks etdirən portretlər, motivasiyaedici sözlər yerləşdirilməlidir. Məktəbin girişində “Vətən xatirəsi guşəsi”, “Tarixi nailiyyətlər stendi” kimi xüsusi məkanlar yaratmaq lazımdır ki, uşaqlar gündəlik ora baxıb qürur hissi duysunlar. Bununla yanaşı ədəbiyyat dərslərində milli qəhrəmanların həyatına psixoloji yanaşma, tarix fənnində milli dövlətçilik ənənələrinin öyrənilməsi, biologiya dərsində dövlətə məxsus fauna və floraya xüsusi önəm, riyaziyyatda tarixi türk-İslam alimlərinin kəşflərinin praktiki tətbiqi kimi inteqrasiya olunmuş “özünüdərk tapşırıqları”na geniş yer verilməlidir. Layihə əsaslı öyrənmə vasitəsilə isə şagirdlər qrup şəklində yerli kənd təsərrüfatının inkişafı, tarixi abidələrin qorunması kimi yerli problemlər  üzərində işləyə, həm özlərinə, həm də ətraf mühitə fayda yaratmağın sevincini yaşaya bilərlər.

Hər bazar ertəsi himnin, hər cümə günü “balabilgə andı”nın səslənməsi ilə birlikdə, dəyərlər mövzulu qısa çıxışlar (“Bu həftə nələr öyrəndik, milli ruhumuz nə dedi?”) şagirdlərdə özünüdərk prosesinin daim fəal qalmasına kömək edir:

Balabilgə andı

Mən fəxr edirəm ki, azərbaycanlıyam!

Bir balabilgə olaraq and içirəm:

Milli duyğularımı itirmədən,

Təbiəti, insanlığı sevən,

Dəyərlərə hörmət edən,

Vicdanlı, ədalətli,

Millətimə və dövlətimə sədaqətli,

Bilgə İNSAN olmaq üçün

Hədəfimdən yayınmayacaq,

Həqiqət yolundan dönməyəcəyəm!

And içirəm, and içirəm, and içirəm!

“Müəllim geyinsin ki, balabilgə görsün” prinsipindən irəli gələrək, Milli Geyim Günləri və digər tədbirlər mütləq ilk olaraq müəllimlər tərəfindən ən parlaq şəkildə həyata keçirilməlidir.

Unutmaq olmaz ki, uşaq yalnız məktəbdə deyil, evdə də öz dəyərlərinə sahib çıxan bir model görməlidir. Bu səbəbdən, məktəb müntəzəm olaraq valideyn seminarları, birgə layihələr təşkil etməli, ailələrlə kommunikasiya zəncirini gücləndirməlidir. Milli bayramlarda, mədəniyyət günlərində valideynləri də prosesə cəlb edərək, övladın damarlarında axan milli köklərin real həyatla necə vəhdətdə olduğunu göstərmək mümkündür.

Özünü dərk edən insan, öncə özünə dəyər verir, sonra başqalarını dərk edir və onlara hörmət bəsləyir. Bu, hər bir millətin gəncliyinə lazım olan ən vacib amildir. Şəxsi keyfiyyətlərlə yanaşı, elmi, mədəni və tarixi biliklərə sahib olmaq, insanı passiv izləyici olmaqdan daha çox fəal iştirakçı statusuna yüksəldir.

Təhsil, yalnız bilik verən bir vasitə olmaqla qalmır, həm də şəxsiyyətin inkişafına, milli kimliyin qorunmasına və bəşəri dəyərlərin təbliğinə xidmət edir. Ölkənin təhsil siyasətində əsas məqsəd, gələcək nəsillərin yalnız akademik deyil, həm də mənəvi və sosial baxımdan güclü şəxsiyyətlər olaraq yetişməsidir. Bu yolda özünüdərk prosesi mühüm rol oynayır. Şagirdlərin öz daxili dünyalarını kəşf etməsi, öz kimliklərini formalaşdırması və müstəqil düşünən fərdlər kimi yetişməsi ölkənin gələcək uğurları üçün əvəzsiz əhəmiyyət kəsb edir. Özünüdərk prosesi insanın dəyərlərdən qaynaqlanan, tarixi şüur və milli kimliklə qüvvətlənən, psixoloji və bəşəri səviyyədə formalaşan mürəkkəb bir inkişaf xəttidir. Bu proses həm məktəbin, həm ailənin, həm də ümumilikdə cəmiyyətin sistemi içində davam etməli və şəxsiyyətin hərtərəfli yetişməsinə xidmət göstərməlidir. Qeyd etdiyimiz bu fikirlər, elmi əsaslar və faktlarla yanaşı, tarixdən gələn örnəklər və müasir psixoloji yanaşmalarla birləşdikdə, gələcəyin ağıllı, savadlı, humanist və özünə dəyər verən gənclərini yetişdirməyə zəmin yaradır.

Şəmil SADİQ, 

filologiya üzrə fəlsəfə doktoru, dosent

www.yenicag.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 10 Yanvar 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see204

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see182

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see163

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see161

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see159

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see147

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see131

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri