Icma.az
close
up
RU
Tarixi yaddaşın və milli həmrəyliyin möhkəmləndirilməsi ŞƏRH

Tarixi yaddaşın və milli həmrəyliyin möhkəmləndirilməsi ŞƏRH

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xocalı Soyqırımı Memorialının açılışı təkcə bir anım mərasimi deyil, eyni zamanda tarixi həqiqətlərin sistemli və ardıcıl şəkildə gələcək nəsillərə çatdırılması məqsədilə yaradılmış mühüm ictimai və mədəni platformadır. Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin fevral ayında imzalanmış Sərəncama əsasən inşa edilən bu Memorial, Xocalı faciəsi qurbanlarının xatirəsini əbədiləşdirmək və milli yaddaşın qorunmasını təmin etmək missiyasını daşıyır.

Memorialın ekspozisiya zalları yalnız emosional təsir yaratmaq üçün deyil, həm də tarixi və hüquqi faktlara əsaslanan məlumatların sistemli təqdimatı üçün nəzərdə tutulmuşdur. Burada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və arxiv materialları əsasında nümayiş olunur.

“Xocalı – qədim sivilizasiyanın izləri” bölməsi şəhərin zəngin tarixini və qədim köklərini göstərərək, faciənin yalnız hərbi bir epizod olmadığını, həm də tarixi-mədəni irsə qarşı törədilmiş cinayət olduğunu vurğulayır. “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir” , “Xocalını unutma!” ekspozisiyaları isə beynəlxalq hüququn pozulmasını və insanlıq əleyhinə həyata keçirilmiş cinayət faktlarını diqqətə çatdırır.

Ekspozisiya zalında yerləşdirilmiş interaktiv Xocalı maketi ziyarətçilərə faciə günü baş verən hadisələri daha real və təsirli şəkildə təqdim edir. Bu, xüsusilə gənc nəslin tarixi hadisələri daha dərindən anlamağı üçün nəzərdə tutulmuşdur.

İkinci zalda təqdim olunan “Bir gecənin içində səssiz qalan evlər” instalyasiyası tamamilə məhv edilmiş səkkiz ailənin taleyini əks etdirir. Süni intellekt vasitəsilə hazırlanmış video materiallar faciənin miqyasını və insan talelərində yaratdığı dərin izləri əyani şəkildə göstərir.

Memorial həmçinin Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində apardığı siyasəti, Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyəti və Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş “Xocalıya ədalət!” kampaniyasını da əhatəli şəkildə təqdim edir.

Beləliklə, Xocalı Soyqırımı Memorialı yalnız keçmişi xatırladan bir məkan olmaqla kifayətlənmir; o, həm də gələcək nəsillərin maariflənməsi, milli yaddaşın qorunması və tarixi həqiqətlərin təhrif olunmasının qarşısının alınması baxımından strateji əhəmiyyət kəsb edir.

İlahə Qurbanova

YAP Samux rayon təşkilatının əməkdaşı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Mart 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see376

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see288

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see278

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see266

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see266

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see263

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see255

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see243

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see241

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see236

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see228

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see227

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see226

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see219

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see214

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see205

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri