Icma.az
close
up
RU
Milli kimliyin dirçəlişi və tarixi yaddaşın bərpası ŞƏRH

Milli kimliyin dirçəlişi və tarixi yaddaşın bərpası ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 9 noyabr, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycan xalqı bu gün tarixinin ən şərəfli və məsuliyyətli mərhələsini yaşayır. Vətən müharibəsində qazanılan Böyük Zəfər Azərbaycanın hərbi və siyasi qələbəsi olmaqla yanaşı, həm də tarixi ədalətin bərpası, milli kimliyin dirçəlişi və mənəvi bütövlüyün qələbəsi idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Siyasi elmlər üzrə fəlsəfə doktoru Bahar Muradova bildirib.

Bahar Muradova qeyd edib ki, azad edilmiş torpaqlarda aparılan bərpa və yenidənqurma prosesi də yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmayaraq, tarixi yaddaşın, mədəni irsin və milli ruhun dirçəlişini də əks etdirməkdədir. Prezident İlham Əliyevin təbirincə desək - “Biz tariximizi faktlarla, sənədlərlə, elmi əsaslarla müdafiə etməliyik. Həqiqəti dünyaya çatdırmaq hər birimizin borcudur”.

Bu çağırış, əslində, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli özünüdərk və dövlətçilik fəlsəfəsinin bu gün İlham Əliyev tərəfindən yeni reallıqlar fonunda həyata keçirilən davamıdır”, - deyə B.Muradova vurğulayıb.

Komitə sədri qeyd edib ki, işğaldan azad edilmiş torpaqlar bu baxımdan təkcə bərpa edilən ərazilər deyil, həm də xalqın yaddaşının yenidən dirildiyi müqəddəs məkandır.

“Kəlbəcərin qayaları, Füzulinin dağıdılmış evləri, Ağdamın xarabalıqları – bunların hər biri Azərbaycan tarixinin səssiz şahidləridir. İndi bu torpaqlarda aparılan elmi tədqiqatlar, arxeoloji qazıntılar və sənədləşmə işləri yalnız akademik məqsədlər daşımır, onlar milli yaddaşın bərpası, etnik və mədəni soyqırımın sənədlərlə sübut edilməsi və gələcək nəsillərə ötürülməsi missiyasını da daşıyır.

Elm adamlarının, tarixçilərin və mədəni irsin qorunmasına cavabdeh qurumların üzərinə düşən əsas vəzifə bu həqiqətləri faktlarla təsdiqləmək, tarixi saxtalaşdırma cəhdlərinə qarşı elmi əsaslı cavab vermək və milli yaddaşın davamlılığını təmin etməkdir”, - deyə Bahar Muradova əlavə edib.

B.Muradova vurğulayıb ki, Qərbi Azərbaycan mövzusu bu mənada xüsusi əhəmiyyət daşıyır. “Bu torpaqlar, yəni indiki Ermənistan ərazisindəki qədim yurdlarımız, yüzilliklər boyu Azərbaycan xalqının mədəniyyət və sivilizasiya məkanlarından biri olmuşdur. Lakin XX əsr boyu orada yüzlərlə türk mənşəli toponimlər dəyişdirilmiş, tarixi izlər silinmiş, yaddaşın özünə yönəlmiş planlı təzyiqlər həyata keçirilib.

Prezident İlham Əliyev haqlı olaraq qeyd edir: “Müasir Ermənistan xəritəsinə baxsanız, görərsiniz ki, oradakı toponimlərin böyük əksəriyyəti Azərbaycan mənşəlidir”. Bu faktlar yalnız tarixçilər üçün deyil, bütün cəmiyyət üçün bir çağırışdır – çünki toponimlərin bərpası, arxiv sənədlərinin elmi dövriyyəyə daxil edilməsi, tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması milli kimliyimizin ayrılmaz tərkib hissəsidir. Bu istiqamətdə görülən işlər, əslində, Ulu Öndərin “tarixini bilməyən xalq gələcəyini qura bilməz” prinsipinin bu gün yeni mərhələdə reallaşdırılmasıdır.

Bu baxımdan milli kimliyimizin əsas dayaqlarından biri, bəlkə də ən güclüsü, dilimizdir. Unutmaq olmaz ki, dil təkcə ünsiyyət vasitəsi deyil – o, xalqın ruhudur, onun varlığının və dövlətçiliyinin simvoludur.

Prezident İlham Əliyevin 2015-ci ildə AMEA nın 70 illik yubileyindəki nitqində söylədiyi “Dilini qoruyan xalq öz varlığını qoruyur” fikri bu gün də strateji mənaya malikdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və dövlət siyasətinin mərkəzinə çevirdiyi ana dilinə qayğı prinsipi bu gün İlham Əliyev tərəfindən qlobal informasiya axınının, yad təsirlərin artdığı bir dövrdə daha da aktuallaşdırılıb.

Azərbaycan dilinin saflığının qorunması, yeni terminoloji sistemin elmi əsaslarla inkişafı, ədəbi dil normalarının möhkəmləndirilməsi artıq təkcə mədəniyyət deyil, milli təhlükəsizlik məsələsidir. Çünki dilini itirən millət kimliyini də itirir, dilini qoruyan xalq isə əbədi var olur.

Bu prosesdə dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızın da rolu çox böyükdür. Müasir Azərbaycanın və bütün dünya azərbaycanlılarının şəriksiz Lideri İlham Əliyevin təbirincə desək: Azərbaycanın bütün sərhədlərinin o üzündə öz tarixi torpaqlarında yaşayan və bu dildə danışan milyonlarla soydaşlarımız var. Onların öz dilində danışmaq, təhsil almaq, öz milli kimliyini və mədəni dəyərlərini qorumaq imkanlarının olması vacib əhəmiyyət kəsb edir.

Xaricdə doğulmuş azərbaycanlı uşaqların ana dilini öyrənməsi, Azərbaycan mədəniyyətinə və dəyərlərinə bağlı böyüməsi diaspor fəaliyyətinin də strateji istiqamətlərindən biridir. Bu mənada dilimiz onların Vətənlə ruhani körpüsü rolunu oynayır.

Bu baxımdan soydaşlarımızın daha sıx yaşadığı ölkələrdə fəaliyyət göstərən hər bir diaspor məktəbi, mədəniyyət mərkəzi və ya onlayn dərs platforması Azərbaycan dilinin yaşadılmasına, milli kimliyin qorunmasına xidmət edir. Bu, Vətəndən uzaqda mənəvi birliyimizi qoruyan əsas amil kimi diqqət altında saxlanmalıdır.

Bütün bu istiqamətlərdə qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsində üç əsas qüvvə – elm, media və ictimai sektor birgə fəaliyyət göstərməlidir. Alimlər faktları toplayıb elmi əsaslarla təqdim etməli, media milli dəyərləri və dilin saflığını təbliğ etməli, ictimai fəallar isə gənclərdə milli kimliyə bağlılıq hissini gücləndirmək imkanlarını genişləndirməlidir.

Dövlət orqanlarının da yaxından iştirakı ilə bu sinerjinin davamlı və əlaqələndirilmiş fəaliyyəti nəticəsində cəmiyyətin mədəni immunitetinin möhkəmləndirilməsi, milli yaddaşın dirçəlişi məsələləri üzrə müvafiq proqramlar reallaşdırılmalıdır.

Çünki Möhtərəm Prezidentimizin son çağırış və mesajlarının qarşımıza qoyduğu əsas vəzifələr bu sahədə bizə qarşı yönəldilən məqsədli "plan və təxribatlar"ın qarşısının alınması üçün bütün qüvvələrin səfərbər olunmasını tələb edir.

Bu, əslində, Heydər Əliyevin yaratdığı “milli həmrəylik ideyasının” bugünkü reallıqların nəzərə alınması ilə yeni hədəflərə doğru vahid platformada ifadəsi deməkdir

Azərbaycan bu gün yalnız ərazi bütövlüyünü deyil, həm də mənəvi bütövlüyünü bərpa edir. Tarixi adlarımızın, toponimlərimizin, dilimizin və mədəniyyətimizin qorunması dövlət siyasətinin əsas prioritetinə çevrilmişdir. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqların azadlığı ilə yanaşı, milli ruhun, tarixi yaddaşın və milli kimliyimizn də azadlığının təmin edilməsidir.

Ölkə başçısının AMEA nın 80 illik yubileyində bir daha qeyd etdiyi kimi “Biz tariximizi, dilimizi, mədəniyyətimizi qorumalı və gələcək nəsillərə ötürməliyik. Bu, bizim ən böyük vəzifəmizdir”.

Amma unutmaq olmaz ki, bu təkcə dövlətin deyil, hər bir vətəndaşın qarşısında duran və yerinə yetirməli olduğu mənəvi borcu və vəzifəsidir. Müəllim sinifdə, jurnalist efirdə, alim araşdırmada, vətəndaş gündəlik fəaliyyətində bu missiyanın daşıyıcısı olmalıdır. Çünki dilini qoruyan millət, adını yaşadan xalq hər zaman var olur, unudulmur.

Bu gün hamılıqla Müzəffər Prezidentimizin liderliyi, Ordumuzun gücü, xalqımızın yaxından iştirakı və iradəsi ilə azad edilən torpaqlarda yüksələn hər bina, hər məktəb, hər mədəniyyət ocağı kimi, Azərbaycan dili, tarixi və kimliyi də yenidən ucalmaqdadır.

Bu ucalıq – Heydər Əliyevin əsasını qoyduğu və İlham Əliyevin zirvəyə çatdırdığı milli dirçəliş strategiyasının davamı, Azərbaycanın gələcəyə yönəlmiş hədəflərinə nail olması üçün bütün qüvvələrin bir yumruqda birləşməsinin doğurduğu mənəvi, siyasi və hərbi gücün nəticəsində mümkün olub”, - deyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Noyabr 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri