Icma.az
close
up
RU
Tarixi həqiqətlər və milli yaddaşın bərpası ŞƏRH

Tarixi həqiqətlər və milli yaddaşın bərpası ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Zəngin tarixə və çox qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycanın müstəqil, qüdrətli bir dövlət kimi mövcud olması hər zaman müəyyən dairələri, xüsusilə də erməniləri narahat etmişdir. Odur ki, fürsət düşən kimi Azərbaycana qarşı təcavüzlər edilmiş, xalqımıza qarşı olmazın cinayətlər törədilmişdir. Tarixə nəzər saldıqda bu cür halların dəfələrlə təkrar olunduğunu aydın görmək mümkündür. Azərbaycan xalqı belə bir faciəvi tarixi 1918-ci ildə də yaşamışdır. Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən, bir sözlə o dövrkü ictimai-siyasi vəziyyətdən məharətlə istifadə edən ermənilər və onları dəstəkləyən mənfur qüvvələr 1918-ci ildə xalqımıza qarşı irimiqyaslı bir soyqırımı törətmişlər. Bolşevik-daşnak birləşmələri Bakıda, eləcə də Azərbaycanın Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Hacıqabul, Kürdəmir, Qarabağ, Zəngəzur və bir çox başqa yerlərində də soyqırımı davam etdirərək 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Bolşevik-daşnak birləşmələrinin törətmiş olduqları 1918-ci ilin mart soyqırımı həmin ilin sentyabr ayının ortalarınadək davam etmişdi.

1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını ilə başlayan və Azərbaycanın müxtəlif bölgələrini əhatə edən soyqırımında “Daşnaksutyun” partiyasının iştirakı xüsusilə fərqlənmişdir. Belə ki, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri ilə bərabər “Daşnaksutyun” partiyasının da 4 minlik silahlı dəstəsi iştirak etmişdir. 1918-ci ilin soyqırımı Şamaxı və Qubada xüsusi amansızlıqla törədilmiş, çoxlu sayda uşaq, qadın və qocalar qəddarlıqla qətlə yetirilmişdir. Qubada aşkarlanmış kütləvi məzarlıq erməni vəhşiliyinin əyani sübutdur.

Azərbaycanın tarixinə qanlı bir səhifə kimi yazılan bu faciəni uzun illər xalqımıza unutdurmağa çalışmışlar. Bu faciəvi hadisəyə yalnız Ümummilli Liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasına Prezidentliyi dövründə tarixi-siyasi qiymət verilmişdir. Ölkədə hər bir sahəyə, eyni zamanda milli mənəvi dəyərlərimizə və tariximizə hər zaman həssaslıqla yanaşaraq böyük önəm verən Ulu Öndər Heydər Əliyev 1918-ci ilin martında xalqımıza qarşı törədilmiş bu hadisəyə də çox böyük həssaslıqla yanaşmışdır.

Belə ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı faciələrini qeyd etmək məqsədi ilə Fərman imzalamış və bu Fərmanla 31 mart “Azərbaycanlıların Soyqırım Günü” elan edilmişdir. Ulu Öndər imzalamış olduğu bu Fərmanla xalqımıza qarşı törədilmiş 1918-ci il soyqırımına hərtərəfli və dolğun münasibət bildirərək siyasi qiymət vermiş, eyni zamanda bu soyqırımın xalqımızın yaddaşından silinməməsi üçün 31 martı “Azərbaycanlıların Soyqırımı Günü” elan etməklə tarixi bir addım atmışdır.

Ulu Öndərin əsasını qoyduğu dövlətçilik ənənələrini davam etdirən cənab Prezidentimiz İlham Əliyev də bu hadisəyə yüksək həssaslıqla yanaşmış və dəfələrlə xarici ölkələrdə səfərdə olarkən, eyni zamanda beynəlxalq təşkilatlarda çıxış edərkən 1918-ci ildə Azərbaycan xalqına qarşı törədilmiş olan soyqırımı haqqında məlumat vermiş və Azərbaycanın tarixi həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.

Bütün bunlardan əlavə, 1918-ci il həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu ildə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də rəsmi açılmışı qeyd olunmuşdur.

Azərbaycanlılara qarşı törədilən bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə cənab Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam da imzalamışdır. Həmin Sərəncamdan irəli gələrək Azərbaycan Respublikasının Milli Məclisində azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi dinləmələr də keçirmişdir. Bir sözlə, dövlətimiz 1918-ci ildə törədilmiş soyqırımı da daxil olmaqla, digər tarixlərdə xalqımıza qarşı törədilmiş faciə və haqsızlıqları bütün dünya ictimaiyyətinə bəyan etməkdədir. Ümumiyyətlə, bu sahədə davamlı olaraq hərtərəfli işlər görülür. Qubada aşkarlanmış olan və 1918-ci ildə xalqımıza qarşı törədilmiş soyqırımının vəhşiliklərini bariz şəkildə sübut edən kütləvi insan məzarlığının hər zaman diqqət mərkəzində saxlanılması, xaricdən ölkəmizə gələn siyasət, mədəniyyət və incəsənət xadimlərinin, bir sözlə tanınmış şəxslərin Quba Soyqırımı Memorial Kompleksinə səfərlərinin təşkil olunaraq 1918-ci ildə xalqımıza qarşı törədilimiş cinayətlərin əyani formada göstərilməsi bu sahədə görülən işlərə bariz nümunədir.

1918-ci ildə xalqımıza qarşı ermənilər və onların havadarları tərəfindən törədilmiş olan soyqırımının bütün dünyaya bəyan edilərək tanıdılmasında dövlətimizlə yanaşı adi vətəndaşlarımız, ən əsas da gənclərimiz fəal olmalıdırlar. Belə ki, hər bir Azərbaycan gənci ölkəmizin tarixini mükəmməl öyrənməli və Azərbaycan həqiqətlərini yorulmadan dünyaya bəyan etməlidir.

Anar Şahmuradov

YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 31 Mart 2026 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri