Icma.az
close
up
RU
Tarixi Zəfər xalqımızın qürur mənbəyidir

Tarixi Zəfər xalqımızın qürur mənbəyidir

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan xalqı əlamətdar hadisənin – Vətən müharibəsində qazandığımız Zəfərin 5-ci ildönümü ərəfəsindədir. Prezident İlham Əliyevin qətiyyətli siyasi kursunun təntənəsinə, xalqımızın milli iradəsinin təcəssümünə və dövlətimizin qüdrətinin ifadəsinə çevrilən bu şanlı Zəfər haqqında bütün zamanlarda söz açmağa ehtiyac duyulacaq. Çünki Vətən müharibəsindəki Zəfər yalnız bu günümüzü deyil, həm də gələcəyimizi işıqlandıran mühüm hərbi-siyasi hadisəsdir.

Torpaqlarımızın işğal altında olması çağdaş beynəlxalq münasibətlər sisteminin ən böyük ədalətsizliklərindən biri idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən Azərbaycan ərazilərinin işğaldan dərhal və qeyd şərtsiz azad edilməsi ilə bağlı 4 qətnamə qəbul edilmişdi. Qarabağ probleminin nizama salınması məqsədilə ATƏT-in Minsk qrupu yaradılmışdı. Lakin beynəlxalq təşkilatlar və Minsk qrupu Azərbaycanın maraqlarını müdafiə edən hüquqi tələblərə tamamilə laqeyd yanaşdılar. İşğal siyasətinə son qoyulması və BMT TŞ-nin məlum 4 qətnaməsinin yerinə yetirilməsi üçün bir dəfə də olsun Ermənistana təzyiq göstərilmədi. Bu baxımdan Vətən müharibəsindən sonra ortaya çıxan həqiqətlərdən biri odur ki, problemin nizamlanması ilə məşğul olanlar əslində bu məsələnin dondurulmuş vəziyyətdə qalmasına çalışıblar və düşünüblər ki, zaman keçdikcə, nəsillər dəyişdikcə, Azərbaycan xalqı reallıqla barışacaq.

Lakin yanılırdılar. Qarabağ probleminin həlli istiqamətində xalqımızın Ulu Öndəri Heydər Əliyevin müəyyən etdiyi qətiyyətli siyasi kurs sonrakı dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə və uğurla davam etdirildi. Azərbaycanın inkişafı, beynəlxalq mövqelərini gücləndirməsi, hərbi qüdrətini artırması ölkəmizə mühüm üstünlüklə qazandırdı. Hələ Vətən müharibəsinə qədər baş verən hadisələrin, 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşlərinin cəmiyyətimizdə doğurduğu reaksiya göstərirdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq və istənilən an torpaqlarının azadlığı uğrunda döyüşə hazırdır. Ermənistanın növbəti hərbi təxribatlarından sonra başlanan İkinci Qarabağ müharibəsi ilk gündən bunu təsdiq etdi.

Qeyd etmək lazımdır ki, hələ 2020-ci ilin sentyabr ayına qədər Ermənistan tərəfindən törədilən siyasi və hərbi təxribatlar artıq danışıqlar prosesinin nəticəsiz olduğunu göstərmiş və cəbhə xəttində hərbi toqquşmaların yenidən alovlanmasını qaçılmaz etmişdi. Nikol Paşiynanın 2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” deməsi, 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri, Ermənistanın ərazilərimizə təxribat-diversiya qrupu göndərməyə cəhd etməsi, cəbhə xəttinə hərbi qüvvələr toplaması, könüllü hərbi birliklər yaratması, Azərbaycana qarşı 7 şərtin irəli sürməsi İrəvanın hərbi aqressiyasından və yeni işğalçılıq planlarından xəbər verir, hərbi əməliyyatların başlanmasını qaçılmaz edirdi.

Prezident İlham Əliyev həmin dövrdə dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistanın yeni işğalçılıq planları barədə məlumatlandırmışdı. Eyni zamanda dövlətimizin başçısı “Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”, deyərək Ermənistan rəhbərliyini də xəbərdar etmişdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatından sonra başlanan Vətən müharibəsinin ilk günündən Azərbaycan Ordusu Prezident İlham Əliyevin dediyi kimi, işğalçını sözün bütün mənalarında peşman etdi.

44 günlük Vətən müharibəsinin xronikasını bir neçə aspektdən dəyərləndirə bilərik. Birincisi, bu savaş Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığının, hərbçilərimizin peşəkarlığının praktik müstəvidə təsdiqi oldu. İlk gündən düşmənin keçilməz hesab etdiyi dayaq nöqtələrinin və müdafiə qurğularının ələ keçirilməsi, “Ohanyan səddi”nin yarılması Azərbaycan Ordusunun ən ektsremal şəraitdə döyüş aparmaq imkanlarını ortaya qoydu. Eyni zamanda, Azərbaycan Ordusunun yüksək peşəkarlıqla hazırlanmış əməliyyatları müasir hərbi çağırışlara əsaslandı və düşmən bunun qarşısında duruş gətirə bilmədi. Bir sözlə, Azərbaycan XXI əsrin savaşını apardı və bütün bunlar Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hərbi islahatların effektivliyini nümayiş etdirdi.

Vətən müharibəsi yalnız cəbhədə qoşunların döyüşməsi ilə yekunlaşmadı. Bu savaş həm də siyasi-diplomatik cəbhəbə aparıldı. Bildiyimiz kimi, müharibənin ilk günlərindən respublikamıza Qərb ölkələrindən siyasi-diplomatik təzyiqlər edildi. Yaxşı xatirimizdədir ki, Azərbaycana təzyiq üçün dəridən qabıqdan çıxan Fransa rəhbərliyi 2020-ci ilin oktyabr ayında BMT səviyyəsində respublikamıza qarşı sənədin qəbuluna cəhd etdi. Lakin Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasi diplomatiyası həmin cəhdin qarşısını aldı. Məhz Prezident İlham Əliyevin sayəsində o dövrdə erməni təəssübünü çəkən Qərb siyasi mərkəzlərinin Azərbaycana qarşı diplomatik koalisiya yaratmalarının qarşısı alındı. Eyni zamanda Prezident İlham Əliyev informasiya savaşında Ermənistana və dünya erməniliyinə qalib gəldi. Tanınmış xarici kütləvi-informasiya vasitələrinə verdiyi müsahibələrdə dövlətimizin başçısı tutarlı arqumentlərlə respublikamıza qarşı söylənən ittihamların saxta və qondarma olduğunu bildirdi, erməni yalanlarını ifşa etdi, əsil həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Vətən müharibəsi eyni zamanda Azərbaycan xalqının milli və siyasi həmrəyliyini, hər zaman öz rəhbəri ətrafında sıx birləşdiyinin dünyaya nümayiş etdirdi. Bu savaş xalqımızın öz torpaqları uğrunda mübarizə aparmaq əzminin rəmzi kimi tarixə düşdü.

Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycanın hərbi gücünün, xalqımızın həmrəyliyinin təntənəsinə çevrilən Vətən müharibəsi torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Azərbaycan Ordusu tariximizin şərəfli səhifəsini yazdı.

Zəfərdən sonra ötən 5 il də tariximizə möhtəşəm uğurlar dövrü kimi daxil olub. Bu dövrün ən böyük hadisəsi 2023-cü ildə keçirilən antiterror tədbirləri ilə ərazilərimizdə erməni separatizminə son qoyulmasıdır. Bununla bütün ərazilərimiz üzərində Azərbaycanın milli suverenliyi bərqərar edildi.

Ötən 5 ilin əsas hadisələrindən biri də Rusiya sülhməramlılarının vaxtından əvvəl Azərbaycan ərazilərini tərk etməsidir. Bu, Vətən müharibəsindəki qələbəmizə kölgə salmaq istəyən sapı özümüzdən olan qaragüruhçulara verilən ən layiqli cavab oldu. Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda söylədiyi nitqində cənab Prezident İlham Əliyev bu məsələlərə diqqət çəkərək demişdir: “Əsas vəzifə - torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərpası layiqincə təmin edilmişdir. Bu gün Azərbaycan bütün suveren torpaqlara sahibdir. Bizim ərazimizdə işğalçı qüvvələr yoxdur. Bizim ərazimizdə xarici hərbi birləşmələr yoxdur”.

Vətən müharibəsindəki Zəfərlə Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bütün dünya bu reallıqları qəbul edir, xalqımızın zəfərinə ehtiramla yanaşır. Bu ilin avqustunda Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin mətninin paraflanması da ölkəmizin yaratdığı reallıqların beynəlxalq səviyyədə qəbul edilməsinin göstəricisidir. Sülh sazişi layihəsinin mətninin paraflanması həm də ondan xəbər verir ki, Prezident İlham Əliyev yeni reallıqlar fonunda regionda sülhü bərqərar edir.

Beləliklə, 5 ilin zirvəsindən baxanda Azərbaycanın Vətən müharibəsindəki Zəfərinin nə qədər möhtəşəm və əzəmətli olduğu aydın görünür.

Mübariz Qurbanlı

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Noyabr 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri