Icma.az
close
up
RU
Zəfər tariximiz xalqımızın qürur mənbəyidir

Zəfər tariximiz xalqımızın qürur mənbəyidir

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin yad edildiyi tarixdir. Bu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını itirən bütün şəhidlərə dərin ehtiramı ifadə edir. Anım Günü həm böyük itkilərin ağrısını, həm də şəhidlərin canı bahasına qazanılmış tarixi Zəfərin qürurunu özündə birləşdirir.

Azərbaycan xalqının Qarabağ həsrəti və işğalın doğurduğu ağrı uzun illər davam etdi. Ermənistanın hərbi təcavüzü nəticəsində ərazilərimizin bir hissəsi işğal olundu, 1 milyondan çox insan doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlər dağıdıldı, tarixi-mədəni irsə ciddi ziyan vuruldu. Azərbaycan uzun müddət münaqişənin beynəlxalq hüquq əsasında, danışıqlar yolu ilə həllinə çalışdı. Lakin illərlə davam edən danışıqlar işğalın aradan qaldırılmasına gətirib çıxarmadı. Azərbaycan xalqı isə öz torpaqlarının işğalı ilə heç vaxt barışmadı. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin Tovuz hadisələri də bu mövqenin mühüm göstəricilərindən oldu.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatı Vətən müharibəsinin başlanmasına səbəb oldu. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və 44 gün davam edən müharibə nəticəsində ərazilərimizin böyük hissəsi işğaldan azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması Vətən müharibəsinin taleyində mühüm mərhələ oldu. Ardınca imzalanan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində həmin müharibənin tam Qələbə ilə başa çatdığını qeyd etmişdi. Beləliklə, Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin və şanlı ordumuzun döyüş qabiliyyətinin nümayişinə çevrildi. Qələbənin əsasını isə ön cəbhədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin fədakarlığı təşkil etdi. Vətən müharibəsində Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusu şəhidlik zirvəsinə ucaldı, qazilərimiz sağlamlıqlarını itirdi. Onların hər birinin həyat yolu Azərbaycan tarixinin mühüm səhifəsidir.
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib. Sərəncamda Vətən müharibəsində qəhrəmancasına döyüşən və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən hərbçilərimizə və bütün şəhidlərimizə dərin ehtiram göstərilməsi xüsusi qeyd olunur. Anım Gününün əsas rəmzlərindən biri də həmin tarixdə ölkə ərazisində saat 12:00-da şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsidir. Bu sükut əslində milyonlarla insanın şəhidlər qarşısında ifadə etdiyi ümumi ehtiramın rəmzidir. Prezident, Ali Baş Komandan İlham Əliyev vurğulayıb: “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.
Şəhidlərin və Vətən müharibəsinin tarixinin gələcək nəsillərə çatdırılması məqsədilə Bakıda mühüm yaddaş məkanları yaradılıb. Hərbi Qənimətlər Parkı müharibənin gedişini və Azərbaycan Ordusunun əldə etdiyi nəticələri əks etdirən məkanlardan biridir. Zəfər parkı və Zəfər muzeyi isə milli yaddaşın daha geniş şəkildə təqdim olunduğu ünvanlardır. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla yaradılması nəzərdə tutulan Zəfər muzeyi 2025-ci il noyabrın 8-də açılıb. Muzeydə səkkiz ekspozisiya zalında Qarabağın tarixi, Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Şuşanın azad olunması, qəhrəmanların yolu, dövlət suverenliyinin bərpası və Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi kimi mövzular təqdim edilir. Bu məkanların hər biri bir həqiqəti gələcək nəsillərə çatdırır: Zəfər yalnız hərbi nəticə deyil, həm də böyük insan fədakarlığının nəticəsidir.
Şəhidlərin xatirəsinə ehtiram onların ailələrinə və qazilərə göstərilən qayğı ilə də tamamlanır. Vətən müharibəsindən sonra şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, qazilərin müalicəsi və reabilitasiyası, mənzil və məşğulluq imkanlarının artırılması istiqamətində müxtəlif proqramlar həyata keçirilib. “YAŞAT” Fondunun fəaliyyəti də bu siyasətin mühüm istiqamətlərindən biridir. Fond şəhid ailələrinin və müharibə nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin ehtiyaclarının qarşılanmasına dəstək göstərir. Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, Vətən uğrunda canından keçənlərin ailələri və sağlamlığını itirən qazilər postmüharibə dövründə də dövlətin diqqətindən kənarda qalmır.
Şəhidlərin uğrunda canlarından keçdiyi torpaqlarda bu gün yeni həyat qurulur. Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər bərpa edilir, müasir infrastruktur yaradılır, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa olunur. Ən mühüm proseslərdən biri isə keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışıdır. Bu mənada şəhidlərin əmanəti yalnız qorunan xatirə deyil, həm də qurulan gələcəkdir. Azad edilmiş ərazilərdə yaradılan yeni yaşayış məkanları, qayıdan insanların doğma torpaqlarında məskunlaşması Zəfərin quruculuq mərhələsinin ifadəsidir.
27 Sentyabr – Anım Günü Azərbaycan xalqına bir daha xatırladır ki, əldə olunan Zəfərin arxasında böyük fədakarlıq dayanır. Bu tarix şəhidlərimizin qarşısında ehtiram, onların ailələrinə mənəvi borc və Vətənin gələcəyinə məsuliyyət hissini daha da gücləndirir. Şəhidlərimizin adları Azərbaycanın tarixində, xalqımızın yaddaşında və azad edilmiş torpaqlarımızda əbədi yaşayacaq. Onların qəhrəmanlığı gələcək nəsillər üçün Vətən sevgisinin, milli iradənin və fədakarlığın ən uca nümunələrindən biri olaraq qalacaqdır.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri