Icma.az
close
up
RU
Şanlı Zəfər Ordusu xalqımızın qürur mənbəyidir

Şanlı Zəfər Ordusu xalqımızın qürur mənbəyidir

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan mürəkkəb və təhlükəli geosiyasi şəraitdə çoxsaylı çağırışlarla üzləşmişdi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal altına düşdü, eyni zamanda idarəetmədə xaos hökm sürür, silahlı dəstələr vahid mərkəzdən idarə olunmurdu. Nizami ordusu mövcud olmayan dövlətin ərazi bütövlüyü daim təhlükədə idi. Belə bir ağır tarixi məqamda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətçilik sistemini yenidən qurmaqla yanaşı, ordu quruculuğunu da milli təhlükəsizlik məsələsi kimi prioritetə çevirdi. İlk olaraq qeyri-rəsmi silahlı dəstələr ləğv olundu, hərbi strukturun vahid komanda altında formalaşdırılmasına start verildi. Bu mərhələ müasir Azərbaycan Ordusunun təməlini təşkil etdi.

1994-cü il mayın 12-də Ermənistanla imzalanan atəşkəs sazişindən sonra Azərbaycan Silahlı Qüvvələrinin formalaşması sistemli və planlı şəkildə davam etdirildi. Hərbi sahədə strateji proqramlar hazırlanmağa və tətbiq olunmağa başlandı. Maddi-texniki baza möhkəmləndirildi, silah və texnika ilə təchizatda tərəfdaşlarla əməkdaşlığa start verildi. Şəxsi heyətin döyüş hazırlığı, mənəvi-psixoloji durumu və vətənpərvərlik tərbiyəsi dövlət siyasətinin mühüm istiqamətinə çevrildi. Bu illərdə təkcə ordunun silahlı qüvvə kimi deyil, milli ruhun daşıyıcısı kimi formalaşmasına xüsusi diqqət ayrıldı. Əsgər və zabitlər arasında Vətən sevgisinin, döyüş ruhunun gücləndirilməsi, zabit korpusunun intellektual və əməli bacarıqlarının artırılması təşviq olundu.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Həmin qərar milli ordu quruculuğuna verilən yüksək qiymətin və dövlətçilik iradəsinin təzahürü idi.
Ordu quruculuğunda əsas faktor yalnız silah-sursat deyil, eyni zamanda intellektual və komandanlıq potensialıdır. Ümummilli Lider Heydər Əliyevin 20 fevral 1999-cu il tarixli Fərmanı ilə Azərbaycan Hərbi Akademiyası yaradıldı. Bu müəssisənin fəaliyyəti ölkəmizin hərbi kadr ehtiyatının elmi əsaslarla və vətənpərvərlik ruhunda hazırlanmasına xidmət edirdi. 2001-ci il 20 avqust tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər müvafiq olaraq Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdı.
Ulu Öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev ordu quruculuğunu milli inkişaf strategiyası çərçivəsində uğurla inkişaf etdirdi. Onun rəhbərliyi ilə ordumuz müasir döyüş taktikası, informasiya texnologiyaları və yeni nəsil silahlarla təchiz olunmaqla yanaşı, əsgər və zabitlərin sosial rifahı da əhəmiyyətli şəkildə yaxşılaşdırıldı. Komanda və döyüş hazırlığına dair təlimlər və beynəlxalq əməkdaşlıq proqramları genişləndirildi. Bu siyasətin uğurlu nəticəsi olaraq Azərbaycan Ordusu regionun ən güclü və ən hazırlıqlı ordusu kimi tanındı. Təsadüfi deyil ki, “Global Fire Power” beynəlxalq reytinq təşkilatının hesabatına əsasən Azərbaycan Ordusu dünyada ən 50 güclü ordu sırasında yer almaqdadır. Bu faktor ölkəmizin hərbi potensialının və döyüş hazırlığının göstəricisidir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda müstəqil hərbi sənaye formalaşdırıldı. Artıq minlərlə adda hərbi təyinatlı məhsul ölkədaxili müəssisələrdə istehsal olunur. Bu, təkcə iqtisadi əhəmiyyət daşımır, strateji baxımdan da ölkənin təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Yerli istehsal sayəsində silah idxalına olan asılılıq azalır, eyni zamanda Azərbaycanın hərbi məhsulları beynəlxalq sərgilərdə nümayiş olunur.
2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan tarixində qürur səhifəsinə çevrildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu əzm, iradə və güclü hərbi hazırlıq sayəsində düşmənin 30 ilə yaxın müddətdə işğalda saxladığı torpaqları azad etdi. 5 şəhər, 4 qəsəbə və 300-dən artıq kəndin azad olunması Azərbaycan hərb tarixinin ən parlaq səhifələri kimi tarixə yazıldı. Bu müharibə təkcə torpaqların azad olunması ilə nəticələnmədi, eyni zamanda Azərbaycan xalqının və dövlətinin iradəsini, gücünü və birliyini bütün dünyaya nümayiş etdirdi. Döyüşlər zamanı şanlı ordumuzun peşəkarlığı, yüksək texnoloji silahlarla təchizatı, eləcə də komanda strukturunun çevikliyi özünü tam şəkildə doğrultdu.
19 sentyabr 2023-cü il tarixində Qarabağ bölgəsində erməni silahlı birləşmələrinin həyata keçirdiyi genişmiqyaslı təxribatlara cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu tədbir nəticəsində separatçı qüvvələrin hərbi infrastrukturu məhv edildi və 23 saat 43 dəqiqə sonra onlar təslim olmağa məcbur oldular. Beləliklə, Azərbaycanın suverenliyi tam təmin olundu. Bu əməliyyatın uğurla icrası bir daha göstərdi ki, ordumuz hücum əməliyyatlarını effektiv və qısa müddətdə yerinə yetirmək qabiliyyətinə malikdir.
Prezident İlham Əliyevin tapşırığı ilə Quru Qoşunlar tərkibində Komando hərbi hissələri yaradıldı. Bu yeni birliklər müasir taktiki və texniki imkanlara, yüksək döyüş hazırlığına malik olmaqla ordunun çevikliyini və operativliyini artırdı.
Silahlı Qüvvələrimizin gücü xalqın birliyindən, dövlətin siyasi iradəsindən və müasir ordu quruculuğu strategiyasından qaynaqlanır. Qazanılan hərbi uğurlar Azərbaycanın suverenliyinin təminatçısıdır. 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü isə ordumuzun şərəfli yoluna, gücünə və tarixi zəfərlərinə verilən ən ali dəyərdir.

Heydər Əsədov
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 İyun 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri