Icma.az
close
up
RU
Tarixi Zəfərlə başlayan davamlı inkişaf dövrü

Tarixi Zəfərlə başlayan davamlı inkişaf dövrü

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan geniş maili düzənliklərdə yerləşir. Ərazinin ümumi sahəsi 1386 km²-dir, rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları ilə həmsərhəddir, həmçinin Araz çayı boyunca İranla sərhəd təşkil edir. Quruçay, Köndələnçay və Çərəkən çayları bu ərazinin təbii su mənbələrini formalaşdırır. Füzulinin əlverişli coğrafi mövqeyi onun həm strateji, həm də iqtisadi baxımdan mühüm əraziyə çevrilməsində xüsusi rol oynayıb.

Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Bu qərar həm ədəbiyyat tariximizə, həm də milli-mədəni kimliyimizə dərin hörmətin ifadəsi idi.
Füzuli ərazisi əsrlər boyu dini və memarlıq abidələrinin qorunduğu bir mədəniyyət mərkəzi kimi tanınıb. Burada yerləşən Şeyx Babi Yaqub türbəsi (XIII əsr), Aşağı Veysəllidəki Mirəli türbəsi (XIV əsr), Əhmədalılar kəndindəki orta əsr qəbiristanlığında yerləşən sənduqə formalı qəbirdaşı, eləcə də Cəlil türbəsi (XIX əsr) bu torpağın zəngin tarixi irsindən xəbər verir. Bu abidələr həm dini-mənəvi, həm də memarlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal nəticəsində 663 nəfər şəhid olmuş, 400 nəfər müharibə əlili yaranmış, 181 nəfər isə əsir və itkin düşdü. Bununla belə, Azərbaycan Ordusunun əzmkarlığı nəticəsində 1994-cü il yanvarın 5-də rayonun 22 yaşayış məntəqəsi azad edildi.
Füzuli uğrunda aparılan döyüşlər Vətən müharibəsinin ən ağır, lakin ən şanlı səhifələrindən biridir. Düşmənin uzun illər ərzində qurduğu istehkam xətləri Azərbaycan Ordusunun qəhrəmanlığı qarşısında tab gətirə bilmədi. 17 oktyabr 2020-ci il tarixində Füzuli şəhəri və bir neçə kəndimiz qəhrəman əsgərlərimizin igidliyi sayəsində işğaldan azad edildi. Bu şanlı Qələbə Qarabağ Zəfərinin əsas mərhələlərindən biri oldu və Azərbaycanın hərbi gücünü dünyaya nümayiş etdirdi.
Şanlı ordumuzun igid hərbi qulluqçularının xidmətləri dövlət səviyyəsində yüksək dəyərləndirildi. 26 noyabr 2020-ci il tarixində təsis olunan “Füzulinin azad olunmasına görə” medalı ilə 25325 hərbi qulluqçu təltif olundu. Bu amillər dövlətimizin qəhrəman oğullara olan dərin minnətdarlığı və ehtiramının təcəssümüdür.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi. Həmin Sərəncama əsasən, 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub. Bu əlamətdar tarix həm Füzulinin azad edilməsini, həm də milli qürur, xalqın birliyi və azadlıq əzminin təntənəsinə çevrilib.
Füzuli azad edilmiş rayonlar arasında ən çox mina ilə çirklənmiş ərazilərdən biridir. İlkin hesablamalara görə, burada 100 mindən çox mina basdırılıb. Ermənistanın törətdiyi bu vandalizm aktları mülki əhaliyə və infrastruktur obyektlərinə ciddi zərər vurub. Hazırda ərazidə zərərin qiymətləndirilməsi və təhlükəsizliyin bərpası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Füzuli rayonunun dirçəlişi ölkədə həyata keçirilən Böyük Qayıdış siyasətinin əsas hissəsidir. 2023-cü il martin 18-də təsdiqlənmiş Füzuli şəhərinin 2040-cı ilədək Baş planı bu məqsədə xidmət edir. Rayonda istifadəyə verilən mühüm infrastruktur obyektləri bölgənin iqtisadi dirçəlişi və əhalinin rahat həyat şəraiti üçün strateji əhəmiyyət daşıyır.
18 avqust 2023-cü ildən etibarən keçmiş məcburi köçkünlərin Füzuliyə qayıdışı başlayıb. İlk mərhələdə 144 ailə doğma torpaqlarına qayıtdı, bu günədək 824 ailə (3141 nəfər) Füzuliyə köçürülüb. 2026-cı ilin sonunadək 22 min insanın bu rayonda yaşayacağı, ümumilikdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insanın məskunlaşacağı planlaşdırılır. Bu proses dövlətin güclü iradəsi və xalqın torpağa bağlılığının göstəricisidir.
Füzuli həm də Türk dünyasının qardaşlıq rəmzinə çevrilib, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Mirzə Uluqbəy adına məktəb inşa olunub. Müasir tədris binası, laboratoriyalar, idman zalı və kitabxanası ilə bu məktəb təkcə təhsil ocağı deyil, həm də dostluğun bir təzahürüdür. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi inşa olunub. 2024-cü il martın 12-də iki dövlət başçısının iştirakı ilə açılan bu mərkəz Qazaxıstanla dostluğun parlaq təcəssümüdür.
Füzuli azadlıqdan quruculuğa, dağıntılardan dirçəlişə doğru inamla irəliləyir. Füzuli şəhəri gününün qeyd edilməsi xalqın yaddaşında tarixi Zəfərin təntənəsi kimi qalacaq. 17 oktyabr tarixi xalqın iradəsi, dövlətin gücü və gələcəyə inamın bariz nümunəsidir.

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:313
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri