Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

DAĞLAR QOYNUNDA GÖZƏL BİR MƏKAN

DAĞLAR QOYNUNDA GÖZƏL BİR MƏKAN

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın bir-birindən gözəl, yaraşıqlı və füsünkar rayonları, məkanları çoxdur. Və bunların da hər birinin heç birinə bənzəməyən gözəllikləri mövcuddur. Allah sanki bu yerlərə, bu torpaqlara öz əli ilə qeyri-adi möcüzəli bir görüntü verib. Heç şübhəsiz, bu dağlara, bu yamaclara, bu meşələrə, bu çaylara, bu göllərə  baxanda sevinirsən ki, nə yaxşı ki  sənin Vətənində ilahi tərəfindən belə gözəllik bəxş edilmiş rayonlar, kəndlər, qəsəbələr, məkanlar var. Bəlkə də dünyanın ən gözəl yeri Azərbaycandır. Ən azından ona görə ki, on iki  iqlimdən doqquzu bizim ölkədə var. Ona görə də biz Yaradana şükür etməliyik. Çünki İlahiyə   şükür edəndə o, həmişə insanlara daha səxavətli, daha mərhəmətli olur.

Ölkəmizin belə gözəl yerlərindən, məkanlarından, rayonlarından biri də  Lerikdir. Dağlar qoynunda, meşələr içində, güllər-çiçəklər arasından boylanan Lerik. Bilmirəm, siz Lerikdə olmusunuz, yoxsa yox?! Amma mən bir neçə dəfə olmuşam, oranın gözəlliyinə və insanların səmimiyyətinə heyran qalmışam. Düzdür, sovet dövründə də  Lerik elə varlı rayon olmayıb. Ancaq insanları çox halal, çox zəhmətkeş və çox dürüst adamlar olublar. Onların çörəyi  əsasən heyvandarlıqdan çıxıb və buna görə də bu zəhmətkeş insanlar həmişə çalışıblar, vuruşublar və istəklərinə qovuşublar. 

Son on ildə Lerik rayonu sözün həqiqi mənasında çox möhtəşəm qurulub və gözəl bir məkana çevrilib. Bu da heç də təsadüfi deyil. Çünki   Ümummilli Lider Heydər Əliyevin vaxtında və prezident İlham Əliyevin hakimiyyəti dövründə bütün rayonlar kimi Lerikə də çox böyük diqqət və qayğı göstərilib. Onu heç kim bilməsə də leriklilər çox yaxşı bilirlər və bu münasibəti heç vaxt yaddan  çıxarmırlar. 

Bu yaxınlarda yenidən  yolum bu gözəl, yaraşıqlı və insanı heyran edən Lerikə düşmüşdü.  Sözün düzü, rayonun mərkəzinə çatmamış dağların qoynunda olan gözəl bir çayxanada səhər saatlarında pürrəngi çay içdik, bir tikə çörək kəsdik. Lerikin balının, pendirinin dadını hiss etdik. Hiss etdik ki, buranın havası, suyu, hətta ağacları belə başqa cürdür. Heç şübhəsiz belə bir gözəlliyin içində adam özünü daha rahat və daha xoşbəxt hiss edir. O təmiz havanı udduq, gözəl meşəliyə, ağaclığa baxdıq, hər tərəfdə sanki cənnəti gördük. Təbii ki, biz yolumuza davam etdik. Rayon mərkəzinə çatanda burdakı möhtəşəm quruculuq, abadlıq işlərini görüb daha da sevindik. Çünki Lerikin mərkəzində bir-birindən gözəl parklar, xiyabanlar və küçələr salınıb. Və həmin parklar və xiyabanlar ən müasir üslubda inşa edilib. Demək olar ki, son on ildə Lerikdə gedən tikinti işləri nəticəsində bura tanınmaz dərəcədə  dəyişib və gözəlləşib. Səliqəli küçələr, yolun kənarındakı ağac, bəzək kolları  adamın diqqətini özünə çəkir. Hələ bunlar heç də hamısı deyil, bu abadlıq və quruculuq işləri Lerikin kəndlərinə qədər davam edir. Əvvəllər Lerikin bir çox kəndlərinə, xüsusilə də dağ kəndlərinə getmək mümkün deyildi. Amma son illər həmin yaşayış yerlərinə də yeni yollar çəkilib, infrastruktur qurulub, insanların rifahı və yaxşı yaşaması üçün hər cür şərait yaradlıb.

Lerikin mərkəzindəki Heydər Əliyev parkı öz gözəlliyi ilə diqqəti cəlb edir. Xüsusən də  yaz və yay aylarında burda çox sayda insanlar istirahət edir, orda yaradılmış şəraitdən bəhrələnirlər. Əlbəttə, hər şey gözəl olanda daha yaxşıdır. Bu gözəlliyi rayonun Mənzil Kommunal  Təsərrüfatının əməkdaşları çox gözəl saxlayırlar. Daha doğrusu, onlar yeni əkilmiş ağacları, yaşıllıqları, gülləri-çiçəklərı isti yay günlərində davamlı olaraq suvarırlar. Heç şübhəsiz, isti yay günlərində həmin yaşıllıqlara qulluq edilməsə o ağaclar quruya bilər. Bütün  bunları kommunal təsərrüfatın əməkdaşları çox gözəl bilirlər və öz vəzifələrinin öhdəsindən bacarıqla gəlirlər.  

Son illər Lerikdə neçə-neçə xəstəxana, məktəblər, uşaq bağçası, sosial obyektlər tikilərək əhalinin istifadəsinə verilib. Bütün bunlar onu deməyə əsas verir ki, Lerik camaalı rayonda gedən abadlıq və quruculuq işlərindən çox razıdırlar. Ən azından ona görə ki,  yeni binalarda insanlara hər cür şərait yaradılıb, mövcud olan  imkanlardan istifadə olunur. Həm xəstəxanalarda, həm də məktəblərdə birmənalı demək olar ki, müasir texnika və texnologiyalar quraşdırılıb. 

İstedadlı şair-publisist Ağacəfər Həsənli deyir ki, Lerik bizim and yerimizdir. Çünki bu yurdda dünyaya gəlmiş və burda da böyümüşük. Baxmayaraq ki, Bakıda yaşayıb-işləyirəm, amma tez-tez öz doğma elimə-obama gəlirəm. Burda son vaxtlar çox möhtəşəm  abadlıq və quruculuq işləri görülüb, mədəniyyət sahəsində də bir çox addımlar atılıb. Yəni ziyalıya,  yazıçıya, şairə, yaradıcı adama çox böyük hörmət var. Bu mühiti də rayonun icra başçısı yaradıb. Gənc olmasına baxmayaraq, çox istedadlı, zəhmətkeş və vətənpərvər bir insandır. 

Cənab başçı tez-tez rayonda Lerikdən kənarda yaşayan tanınmış ziyalıların, yazıçıların, şairlərin görüşünü  təşkil edir və özü də bu görüşdə iştirak edir. Mən də dəfələrlə o görüşlərdə olmuşam, rayonumuzda belə bir xoş mühit yaratdığına görə Cənab başçıya öz təşəkkürümü bildirmişəm. Sözün həqiqi mənasında bu icra başçısı xalqına, vətəninə çox namusla və şərəflə xidmət edir. 

Kulturologiya elmləri doktoru, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru İlqar Hüseynov da tez-tez doğma vətəninə baş çəkir. İlqar müəllim deyir ki, Lerik mənim üçün dünyanın ən gözəl yeridir. Üstəlik də burda ziyalıya, alimə, şairə, yazıçıya çox böyük hörmət var. Mən dəfələrlə kitabım çap ediləndə rayona gəlmişəm, insanlarla görüşmüşəm və o kitablarımı həmyerlilərimə bağışlamışam. Görüşlərdə icra başçısının xüsusi zəhmətini qeyd etməliyəm. Çünki cənab başçı həmişə lerikli ziyalılara çox böyük sevgi və hörmətlə yanaşıb, rayonda onların  yüksək səviyyədə görüşünü təşkil edib. Təbii ki, prezident İlham Əliyevin gənc kadrlara etimad göstərməsi bizi çox sevindirir. Onların timsalında Lerikin icra başçısının fəaliyyəti bizim camaatın ürəyincədir. Ona görə də bütün leriklilər qollarını çırmayıb rayonda gedən abadlıq və quruculuq işlərində iştirak edirlər. Çünki Lerikin gələcəyi  bu gündən də gözəl olacaq!

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 İyun 2026 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri