Icma.az
close
up
RU
Tarixi zəfərlər: regional təhlükəsizlik və geostrateji perspektivlər

Tarixi zəfərlər: regional təhlükəsizlik və geostrateji perspektivlər

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Sentyabrın 25-də Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək Azərbaycanın regional və qlobal miqyasda mövqeyi, beynəlxalq hüquqa sadiqliyi və sülhün təmin olunması istiqamətində həyata keçirdiyi strateji addımlar barədə ətraflı danışıb. Dövlət başçısı ölkəmizin 30 ilə yaxın davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququndan istifadə etməyə məcbur olduğunu diqqətə çatdırıb.

44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan işğal altındakı ərazilərini azad edərək BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli bəyanat ölkəmizin zəfər tarixində dönüş nöqtəsi kimi əbədi yadda qaldı. Zəfər müharibəsindən dərhal sonra dövlətimiz ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürüldü və sülh müqaviləsi layihəsi təqdim edildi. 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi ölkəmizin təşəbbüsü ilə başladı və yalnız ikitərəfli əsasda aparıldığı üçün müsbət nəticələrlə yekunlaşdı.
Azərbaycan uzun illər davam edən sülh danışıqlarında konstruktiv mövqe nümayiş etdirib və regionda davamlı sülhün təmin olunmasına töhfə vermək üçün bir sıra təşəbbüslər irəli sürüb. Ölkəmiz davamlı diplomatik səylər göstərərək, həm tərəfdaşlarla əməkdaşlıq, həm də beynəlxalq hüququn prinsiplərinə sadiqlik istiqamətində önəmli addımlar atıb. Nəticədə, regionda sabitliyin bərpası üçün əsaslı zəmin yaradılıb. Dövlətimizin strateji təşəbbüsləri yalnız hərbi və siyasi sahələrlə məhdudlaşmayıb, həm də iqtisadi, humanitar və infrastruktur sahələrində inkişaf proqramları ilə dəstəklənib. Eyni zamanda ölkəmiz, regionda və beynəlxalq səviyyədə sülh və tərəfdaşlıq mühitinin gücləndirilməsinə davamlı töhfə verən aparıcı aktor kimi tanınıb. BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyev çıxışında qeyd edib ki, bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar: “Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi”.
Zəfər müharibəsindən sonra Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start vermişdir. Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etmiş, 65 məscidi məqsədli şəkildə dağıtmışdır. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır. Bu proqram həm də regionun sosial-iqtisadi inkişafına töhfə verir, infrastrukturu bərpa edir və dayanıqlı inkişaf üçün zəmin yaradır.
Enerji təhlükəsizliyi Azərbaycan üçün strateji prioritetdir. Dövlətimiz enerji resurslarının əvəzolunmaz rolunu nəzərə alaraq, enerji təhlükəsizliyini, regional əməkdaşlığı və iqtisadi inkişafı əlaqəli şəkildə təmin edir. Hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasına görə dünyada birinci yerdədir. Bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində Azərbaycanın strateji rolunu göstərir.
Bərpaolunan enerji mənbələrinə investisiyalar da diqqət mərkəzindədir. Günəş, külək və su elektrik enerjisi layihələri çərçivəsində 2030-cu ilə qədər enerji istehsalının təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək. Bu təşəbbüslər Azərbaycanın qlobal enerji keçidinə sadiqliyini və ekoloji davamlılığa verdiyi önəmi nümayiş etdirir.
Azərbaycan, həmçinin nəqliyyat və rəqəmsal infrastruktur sahəsində strateji layihələr həyata keçirir. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizdən keçir, Orta Dəhlizlə yükdaşımalarda əhəmiyyətli artım müşahidə olunur. Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Beynəlxalq Ticarət Limanı, 9 beynəlxalq hava limanı və regionun ən böyük yükdaşıma aviaşirkəti ölkəni beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib. Rəqəmsal transformasiya sahəsində “Rəqəmsal İpək Yolu” layihəsi Azərbaycanı regional rəqəmsal mərkəzə çevirməyi nəzərdə tutur və Xəzər dənizinin dibi ilə qabaqcıl fiber-optik kabel şəbəkəsinin qurulmasını ehtiva edir.
Bütün bu addımlar Azərbaycanı həm regional, həm də qlobal səviyyədə etibarlı, sülhpərvər və inkişaf yönümlü dövlət kimi mövqeyini möhkəmləndirir. Eyni zamanda ölkəmizin beynəlxalq hüquqa sadiqliyi, diplomatik təşəbbüsləri, enerji və nəqliyyat infrastrukturunda strateji rolu, həmçinin bərpaolunan enerji sahəsindəki investisiyaları Azərbaycanın qlobal arenada nüfuzunu artırır və dost ölkələr tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin edir. Bu yanaşma həm regional sabitliyin qorunmasına, həm də qlobal inkişaf və təhlükəsizlik məsələlərinə konstruktiv töhfələr verməyə imkan yaradır.

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see249

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see193

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see185

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see183

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see149

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see145

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see135

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see133

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri