Icma.az
close
up
RU
Avrokuboklarda tarixi həftə: şanslar və perspektivlər

Avrokuboklarda tarixi həftə: şanslar və perspektivlər

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan futbolu üçün uğurlu həftə geridə qaldı. Ölkəmizi avrokuboklarda təmsil edən komandalar yaxşı oyun və nəticə ilə futbolsevərləri məmnun etdi, UEFA reytinqinə öz töhfəsini verdi. “Qarabağ” Çempionlar Liqasında, “Araz-Naxçıvan” isə tarixində ilk dəfə iştirak etdiyi Konfrans Liqasına qələbə ilə başladı. Mövsümə Avropa Liqasında başlayan, lakin “Çelye” məğlubiyyəti ilə Konfrans Liqasına yuvarlanan “Sabah” da qələbə qazananlar sırasındadır. Yeganə heç-heçə isə “Zirə”nin adı ilə bağlıdır. Rəşad Sadıqovun yetirmələri “Hayduk”la ev oyununda 1:1 etdi.

ÇL və KL-də cavab görüşləri isə önümüzdəki həftə baş tutacaq. “Qarabağ” və “Sabah” mərhələ adlamağa favoritdir, “Araz-Naxçıvan” və “Zirə”nin işi isə çətin olacaq.

Çempionlar Liqası – “Qarabağ”

Mövsümün ilk rəsmi oyununda İrlandiyada inamlı qələbə qazanan “Qarabağ” cütün taleyini demək olar, həll edib. Qurban Qurbanovun yetirmələrinin Bakıda “Şelburn”a 4 fərqlə uduzması real görünmür. İlk matçda da bəzi anları çıxmaqla rəqibinə böyük üstünlük quran “atlılar”ın cavab görüşündə də qələbə qazanacağı gözlənilir.

“Qarabağ”ın növbəti mərhələdəki rəqibi “Şkendiya” (Şimali Makedoniya) – FCBS (Rumıniya) cütünün qalibi olacaq. Favorit rumınlardır. Komanda ilk oyunda minimal hesabla məğlub olmasına baxmayaraq, azarkeşləri önündə geridönüş etmək üçün böyük şansı var. FCSB həm heyət, həm təcrübə baxımından makedonları üstələyir. “Şelburn”la cavab görüşü həm də növbəti mərhələyə hazırlıq xarakteri daşıyacaq. Komanda ilk matçda inamlı qələbə qazansa da, müdafiədə çatışmazlıqlar hiss olunur.

Konfrans Liqası – “Sabah”

Avropa Liqasında Sloveniyada “Çelye”yə qarşı yaxşı oynamasına baxmayaraq, əlavə vaxtda turu əldən verən “Sabah” Konfrans Liqasına inamlı başladı. Moldovada yerli “Petrokub”a iki cavabsız qolla qalib gələn “bayquşlar”ın da cütün taleyini həll etdiyini bilərik. Düzdür, “Petrokub” ilk matçda pis təsir bağışlamadı və cavab görüşündə də Azərbaycan təmsilçisinə ciddi müqavimət göstərə biləcəyini nümayiş etdirdi. Komanda xüsusilə sürətli uzun toplarla rəqib cərimə meydançasına daxil olmağı bacarır. Cavab matçında “Sabah”ın müdafiə və yarımmüdafiə xəttinə böyük yük düşəcək. Valdas Dambrauskasın “Sabah”ı da rəqib kimi uzun ötürmələrə üstünlük verir və Moldovadakı iki qolda da bunun şahidi olduq.

“Sabah” mərhələ adlayacağı halda, Avropa Liqasında “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) cütünün məğlubu ilə qarşılacaq. Komandaların ilk oyunu qolsuz başa çatıb. Favorit “Braqa”dır və portuqalların cavab görüşündə rahat qələbəsi proqnozlaşdırılır. “Levski” “Sabah”ın dişinə görə rəqibdir. Avrokuboklarda azı pley-off oynamaq istəyən komanda belə rəqibləri mübarizədən kənarlaşdırmağı bacarmalıdır. “Sabah”ın bununçün kifayət qədər potensialı var.

Konfrans Liqası – “Zirə”

“Zirə” ilk matçda Bakıda Xorvatiyanın köklü klublarından “Hayduk”la heç-heçə etdi (1:1). Rəqib cütün favoriti olmasına baxmayaraq, ilk oyunda Azərbaycan təmsilçisi üstün oynadı. İlk hissədə xüsusilə yaxşı şansları olan “Zirə” cavab oyunu öncəsi ümid verir. Buna baxmayaraq, “Hayduk” da kifayət qədər təcrübəli və keyfiyyətli heyətə sahibdir. Split təmsilçisinin azarkeşləri önündə dominant oynamağa çalışacağı gözlənilir. Kompakt müdafiəsi ilə seçilən “Zirə” erkən qol buraxmayacağı halda, mərhələ adlamaq şanslarını artıra bilər. Keçən dəqiqələr meydan sahiblərinin əleyhinə olacaq və “qartallar” yaxşı əks-hücumlarla qol fürsətləri yarada bilər. Eyni zamanda rəqibi təzyiqdə saxlamaq mühümdür. İlk matçda kifayət qədər çox fərdi səhvlərə yol verən “Hayduk” müdafiəsində problemlər hiss olunur və “Zirə” bunu fürsətə çevirə bilər.

Cütün qalibi növbəti turda “Atletik Klub Eskaldes” (Andorra) – “Dinamo Siti” (Albaniya) duelinin güclüsü ilə qarşılaşacaq. İlk matçda albanlar qələbə qazanıb. Hər iki kollektiv “Hayduk”la müqayisədə daha münasibdir və “Zirə” mərhələni keçsə, pley-offa yüksəlmək şansları çoxdur.

Konfrans Liqası – “Araz-Naxçıvan”

Tarixində ilk dəfə avrokuboklarda yarışan “Araz-Naxçıvan” uğurlu startla tərif qazandı. Elmar Baxşıyevin yetirmələri özündən daha güclü “Aris”i (Yunanıstan) yaxşı futbolla məğlub etməyi bacardı. İkinci hissədə hesabda geri düşən naxçıvanlılar buraxılan qola erkən reaksiya verdi və ardıcıl qollarla qələbə qazanan tərəf oldu. Fərq minimumdur və “Aris” azarkeşləri önündə bunu qapatmağa çalışacaq. “Araz-Naxçıvan”ın erkən qol buraxmaması mühümdür. “Aris” azarkeşləri qarşısında daha dinamik futbol oynayır. İlk oyunlardan sonra “Araz-Naxçıvan”ın qələbə qazanmasına baxmayaraq, favorit hələ də “Aris”dir. Təmsilçimizin ilk qolu vurması isə vəziyyəti dəyişəcək.

Bu cütün qalibi növbəti turda “Omoniya” (Kipr) – “Torpedo” (Kutaisi, Gürcüstan) duelinin güclüsü ilə qarşılaşacaq. İlk matçda kiprlilər qələbə qazanıb – 1:0. “Omoniya” demək olar, “Aris”lə eyni səviyyədədir. Yunanların keçilməsi növbəti tur öncəsi komandaya əlavə motivasiya və psixoloji güc verəcək.

Komandalarımızın ilk həftəsi uğurlu alındı və Azərbaycan futbolunda belə hadisələr nadir hallarda olur. Qələbələr UEFA reytinqinə də töhfəsini verib və ölkəmizin aktivində 18 125 xal var. Ən yaxın izləyicimiz Bolqarıstanı demək olar, 1300-ə yaxın xalla üstələyən Azəraycanın daha da irəliləmək, 18299 xalı olan Rusiyanı və 18745 xalı olan Ukraynanı keçmək şansları var.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 28 İyul 2025 01:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri