Icma.az
close
up
RU
Yaddaşlarda əbədi qalacaq Zəfər

Yaddaşlarda əbədi qalacaq Zəfər

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Mehman Ballayev,

YAP Qazax rayon təşkilatının əməkdaşı

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı. Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı.  Cənab İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək demişdir: “Nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də oldu...Ermənistan və onun havadarları bu işğalı əbədi etmək istəyirdilər. Onlar hesab edirdilər ki, əgər bizim torpağımızı 30 ilə yaxın işğal altında saxlaya biliblərsə, bundan sonra da torpaqları əbədi olaraq işğal altında saxlayacaqlar. Amma səhv etdilər”.

Azərbaycan xalqının tarixinə ən parlaq Qələbəni məhz Müzəffər Ali Baş Komandan olaraq cənab  İlham Əliyev yazdı, torpaqlarımızı işğaldan azad edərək xalqın 30 illik həsrətinə son qoydu. Onun prezidentlik dövrünün zirvəsində işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və 20 sentyabr 2023-cü il tarixdə lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük qayıdışa açmış, 8 Noyabr-Zəfər Gününü xalqımızın qürur mənbəyinə çevirmişdir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan, onun formalaşdırdığı yenilməz ordu və "dəmir yumruğ"a çevrilmiş xalq Ulu Öndərin ən ümdə arzusunu 17 ildən sonra gerçəkləşdirdi.

44 günlük Vətən müharibəsi  xalqımızın tarixi yaddaşına qızıl hərflərlə yazıldı. Savaşın hər gününü, hər anını xalqımız yüksək əhvalla yaşadı. Cəbhədən alınan qələbə xəbərləri ruhumuzu yerindən oynatdı. Bir xalq və millət olaraq son əsrlərdə qələbə üzünə həsrət qalmış Azərbaycan  düşmən üzərində zəfər çalmaqla millətin tarixi kimlik ləyaqətini bütün dünyaya sübut etdi.

Dünya hərb tarixində xüsusi yer tutan bu müharibə Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin daha bir keyfiyyətini - sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlət başçısı cənab  İlham Əliyev xarici KİV-ə 30-dan çox müsahibə verdi ki, bu da münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.

Əlbəttə, Vətən müharibəsində qazanılmış Qələbə həm də son 30 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Möhtərəm Prezidentimiz cənab  İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb.

44 gündə qazanılan tarixi  Qələbə Azərbaycan övladlarının vətənsevərlik, qorxmazlıq obrazını yaratdı. Azərbaycan əsgərinin və zabitinin  mətanətini, cəsurluğunu, döyüşkənliyini əfsanələşdirdi. Azərbaycan Ordusunun nüfuzunu bütün dünyada möhkəmlətdi.  Bu Zəfər bizim üçün hər zaman müqəddəs olacaq və bənzəri olmayan  Zəfərimiz milli yaddaşımızda və tarixin səhifələrində əbədi qalacaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Noyabr 2024 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see583

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see249

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see233

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see229

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see223

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see210

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see209

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see204

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see198

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see192

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see182

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see179

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see179

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see178

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see176

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see174

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see173

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see172

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see170

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri