Icma.az
close
up
RU
Tariximizin 20 noyabr günü

Tariximizin 20 noyabr günü

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kökü tarixin dərinliklərinə söykənən Azərbaycan füsunkarlığı, maddi və mənəvi zənginliyi ilə zaman -zaman yağı fitnəkarlığının hədəfinə çevrilərək tarixən amansız sınaqlarla üz-üzə qalmış, döyüş meydanına çevrilmişdir. Bu yurdun cəsur xalqı bütün sınaqlara sinə gərərək öz əzmini, vüqarını qoruyaraq əsrlərdən-əsrlərə rəşadətlilik, vətənpərvərlik kimi dəyərləri ötürmüş, tarixin daş yaddaşında əbədi qəhrəmanlıq örnəyi kimi mənəvi abidə ucaltmağı bacarmışdır.

XX əsrdə Ana yurdumuzun dilbər guşəsi Qarabağ qonşu Ermənistan seperatçılarının yeni bir fitnəkarlığı ilə üzləşərək tarixin ən acı faciələrinə məruz qaldı. Hələ Pənahəli xan dönəmindən yurdumuzun bu füsunkar guşəsinə göz dikən yağı min bir hiylə ilə onun dağında, daşında saxta imzalar həkk etməklə mənfur niyyətinə nail olmağa çalışsa da, bu əlçatmaz arzularını reallaşdıra bilməmişdi. Hər an məqam gözləyən erməni təcavüzkarları hələ XIX əsrin sonu, XX əsrin əvvəllərindən öz çirkin niyyətlərini həyata keçirmək üçün dəfələrlə münaqişələr, müharibələr törətməyə nail olmuşdurlar. Nəhayət, XX əsrin sonlarında keçmiş SSRİ-nin süqutundan istifadə edən ermənilər xarici havadarlarının köməyi ilə yurdumuzun ayrılmaz hissəsi olan Qarabağı mənimsəmə iddiası ilə müharibəyə başladılar. 30 il davam edən bu müharibədə tərəfindən işğal olunmuş torpaqlarımızda nəinki insanlar, həmçinin maddi-mədəni sərvətlər məhv edilərək amansızcasına talanmışdır.

Azərbaycanın tarixən əzəli-əbədi torpaqlarındam biri olan Ağdam da belə vandallığa məruz qalmış ərazilərimizdəndir. Qədim türk dilində mənası "kiçik qala"anlamını verən Ağdam türk tayfalarının müdafiə məqsədilə tikdiyi kiçik qalalardan biri idi. Sonralar Qarabağlı Pənahəli xan tərəfindən ağ daşdan tikilən bir imarət kimi günəşdən nurlanmış ağ ev adlandırılmışdır.

Arxeoloji qazıntılar zamanı müəyyən olunmuşdur ki, ilk qədim insanlar rayon ərazisində 6-8 min il bindan əvvəl, yəni enolit dövründə yaşamış, məşğuliyyətləri əkinçilik və maldarlıq olmuşdur. Üzərliktəpədəki tədqiqatlar Ağdamın Zaqafqaziyada zəngin abidələri olan ilk şəhər tipli yaşayış məskənlərindən olduğunu sübut edir.

Erməni qəsbkarları 1993-cu il 23 iyul tarixində Ağdamın 73 faiz ərazisini işğal altına almağa nail olmuşdular. Ağdamın 882 kvadrat kilometri rayon mərkəzi ilə birlikdə 90 kəndi işğal olunmuş, 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdur. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmışdır.
 

İşğalçı Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq Ağdam rayonunda coğrafi adların dəyişdirilməsi, oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törədib. 

Bu tarixi ərazinin maddi-mənəvi abidələrlə yanaşı təbiətinə də amansız zərbə vuran düşmən meşələri kütləvi şəkildə istismar edir, flora və fauna aləmini məhv edərək kütləvi yanğınlar vasitəsilə ekoloji mühit üçün ciddi təhlükə yaratmaqdan belə çəkinməmişdir. 

Tarixin sərt sınaqlarından əzmkarlıqla çıxan cəsur Azərbaycan əsgərinin rəşadəti  və tarixin daş yaddaşında “Dəmir Yumruq”imzası ilə əbədiyyət səhifəsi açan Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin şanlı zəfəri kimi həkk olunan 44 günlük müharibənin nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal altında olan ərazisi Azərbaycana təhvil verildi. Bu isə böyük insan təlafatının qarşısını alan uğurlu siyasətin nəticəsi idi.

Ağdamın düşməndən azad edilməsilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 5790 hərbi qulluqçu “Ağdamın azad edilməsinə görə”medalı ilə təltif olundu.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.

Hazırda işğaldan azad olunmuş hər bir ərazimizdə olduğu kimi Ağdamda da bərpa-quruculuq işləri aparılmaqdadır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olunub.

Azərbaycan tarixinin möhtəşəm səhifəsi olan 44 günlük Zəfər 30 illik həsrətə, 30 illik acılara son qoyaraq düşmənə bir daha öz zəifliyini, ədalətsizliyini sübut edən tarixi dərs oldu. Bu böyük qələbənin şahidi olan Azərbaycan xalqı Bütöv Azərbaycan üzərində qürurla dalğalanan üçrəngli bayrağımızın kölgəsində İlhamlı gələcəyin sülh nəfəsli, xoş taleli günlərinə doğru irəliləməkdədir. 

Bikə Allahverdiyeva
Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 Noyabr 2024 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri