Icma.az
close
up
RU
Tariximizin qəhrəmanlıq səhifəsi 20 Yanvar

Tariximizin qəhrəmanlıq səhifəsi 20 Yanvar

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

AMEA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının əziz xatirəsi yad edilib.

Akademiyanın prezidenti İsa Həbibbəyli 20 Yanvar faciəsinin müasir Azərbaycan Respublikasını müstəqilliyə aparan yolunda dönüş nöqtələrindən biri olduğunu, xalqımızın qəhrəmanlığı və Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində SSRİ rəhbərliyinin öz məkrli məqsədlərinə nail ola bilmədiklərini söyləyib. Akademik 20 Yanvar hadisələri zamanı xalqımızın qəhrəman oğul və qızlarının ağır silahlanmış sovet ordusuna qarşı əliyalın mübarizə apararaq azadlıq və dövlət müstəqilliyimiz uğrunda canlarından keçmiş, müqəddəs şəhidlik zirvəsinə ucaldıqlarını qeyd edib. 

Akademiyanın prezidenti 1994-cü ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən xüsusi qərarın qəbul edilməsilə xalqımızın məruz qaldığı dəhşətli faciəyə rəsmi olaraq siyasi-hüquqi qiymətin verildiyini vurğulayıb.

Daha sonra AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva 20 Yanvar faciəsinə aparan yol, xalqımızın qəhrəman oğul və qızlarının şücaəti, Ulu öndər Heydər Əliyevin hadisəyə verdiyi hüquqi-siyasi qiymət, Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya həsr olunmuş geniş məruzə ilə çıxış edib.

FHN

Fövqəladə Hallar Nazirliyinin (FHN) strukturlarında 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım mərasimləri keçirilib. Mərasimlərdə əvvəlcə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 1990-cı ilin 20 Yanvar hadisəsini Azərbaycan xalqının böyük faciəsi adlandırmaqla yanaşı, tariximizin qəhrəmanlıq səhifəsi olduğunu da diqqətə çatdırıblar. 

Bildirilib ki, 1990-cı il yanvarın 
19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə sovet ordusunun və xüsusi təyinatlı birləşmələrinin, habelə daxili qoşunların kontingentinin Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarına yeridilməsi nəticəsində dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı amansız qırğınlar törədilib.  

Qeyd olunub ki, xalqımızın o ağır günlərində faciədən dərhal sonra – yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev burada beynəlxalq media nümayəndələri üçün mətbuat konfransı keçirərək dünya ictimaiyyətini baş vermiş bəşəri cinayət barədə məlumatlandırıb, törədilmiş amansız qırğını kəskin şəkildə pisləyərək, faciəyə siyasi-hüquqi qiymət verilməsini tələb edib. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi

Qanlı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasov və agentliyin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edərək şəhidlərin məzarları üzərinə gül dəstələri qoyub, ölkənin azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad ediblər.

Daha sonra agentliyin inzibati binasında davam edən anım tədbirində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirin sonunda sənədli film nümayiş etdirilib.

“AzerGold” QSC

“AzerGold”da müstəqil Azərbaycan tarixinin qəhrəmanlıq səhifələrindən biri olan 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə adıçəkilən QSC və onun törəmə cəmiyyəti “Daşkəsən Dəmir Filiz” MMC-nin rəhbərliyi və kollektivi, həmçinin 20 Yanvar şəhidlərinin və əlillərinin Vətən müharibəsində iştirak etmiş övladları iştirak ediblər.

Qeyd edilib ki, Prezident İlham Əliyevin liderliyi ilə 44 günlük Vətən müharibəsi zamanı düşmən üzərində parlaq Zəfərin əldə edilməsində Silahlı Qüvvələrimizin sıralarında döyüşən qanlı Yanvar faciəsinin qurbanlarının övladlarının da payı var. Bildirilib ki, onların talelərinə ataları kimi düşmənlə mübarizədə qəhrəmanlıq göstərmək, öz atalarının qisasını torpaqlarımıza göz dikənlərdən almaq yazılıb.

Daha sonra çıxış edən 20 Yanvar şəhidlərinin Vətən müharibəsində iştirak etmiş övladları qanlı faciə barədə təəssüratlarını və Vətən müharibəsində keçdikləri döyüş yolu haqqında xatirələrini bölüşüblər. 

Veteranlar Təşkilatı

20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının üzvləri Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarları üzərinə gül dəstələri düzüblər.

Veteranlar və məktəblilər qarşısında çıxış edən təşkilat sədri polkovnik Cəlil Xəlilov 20 Yanvar hadisələrindən bəhs edib, xalqımızın çətin zamanda sərgilədiyi qəhrəmanlıqlardan danışıb. O, daha sonra bildirib ki, həmin gün azadlığı və müstəqilliyi naminə ölümə meydan oxuyan Azərbaycan xalqı məhz öz cəsarəti sayəsində yeni bir dönəmin başlanğıcını qoyub.

Mərasimdə çıxış edən digər veteranlar da xalqımızın 20 Yanvar faciəsi zamanı nümayiş etdirdiyi qəhrəmanlıqlardan bəhs edib.

Milli Azərbaycan Tarixi Muzeyi

Muzeydə 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasimdə əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 20 Yanvarın tariximizə təkcə faciə kimi yox, həm də mübarizlik, qəhrəmanlıq günü kimi daxil olduğunu vurğulayıblar, bu  hadisələr zamanı xalqımızın başına gətirilən müsibətlərdən və xalqın azadlıq mübarizəsindən danışıblar.

Sonra Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilmiş Azərbaycan Rəssamlar İttifaqının üzvü Esmeralda İslamova – Tağızadənin 20 Yanvar faciəsini əks etdirən rəsm əsəri triptixinin təqdimatı keçirilib.

Mərasimdə “Esmeralda” uşaq və yeniyetmə yaradıcılıq studiyasının üzvlərinin rəsm əsərləri də sərgilənib.

Bakı Kitab Mərkəzi     

Mərkəzdə 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar – Azadlığın Zirvə Günü” adlı mərasim keçirilib. Mərasimin əvvəlində ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının və Aktau şəhərinin yaxınlığında təyyarə qəzasında həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bildirilib ki, 20 Yanvar faciəsi xalqımızın yaddaşında qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. Azadlığımıza, müstəqilliyimizə gedən yol məhz bu gündən başlayır. İndi fəxrlə deyə bilərik ki, 20 Yanvar şəhidlərinin qanı yerdə qalmadı. Ümummilli lider Heydər Əliyev öz uzaqgörən siyasəti ilə Azərbaycanı alınmaz qala kimi bütün yad təcavüzlərdən qorudu. 

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyevin səyi və rəşadətli Ordumuzun şücaəti nəticəsində ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan xalqı düşmən üzərində tarixi Zəfər çaldı. Bu Zəfər sevincinə görə Vətən uğrunda canlarından keçən şəhidlərin ruhu qarşısında baş əyirik!

Sonra Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Teatr sənəti”, “Milli rəqs”, “Vokal” dərnəklərinin və “Çiçəyim” uşaq teatrının üzvləri mövzuya aid səhnəciklər, rəqslər nümayiş etdirib, şeirlər və mahnılar ifa ediblər.

İqtisadi mərkəz

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

Mərkəzin icraçı direktoru Vüsal Qasımlı tarixi hadisələrə nəzər salaraq xalqın qəhrəman övladlarının apardığı azadlıq mübarizəsini, müstəqillik salnaməsini bir daha xatırladıb. O bildirib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 20 Yanvar hadisələrinə hüquqi və siyasi qiymət verilib. Bununla da tariximizə milli iradənin simvolu kimi daxil olan 20 Yanvar hər il dövlət səviyyəsində anılır, gənc nəslə ötürülərək əbədiləşdirilir.

V.Binyatoğlu 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Yanvar 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see404

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see261

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see256

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see253

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see240

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see230

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see227

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see224

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see219

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see214

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see212

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see212

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see211

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see207

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see205

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see204

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see203

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see203

​YENİ TƏDRİS İLİ, KÖHNƏ PROBLEM... Bakını nə gözləyir?

14 Sentyabr 2026 10:43see198

Şəbnəm Tovuzlu 50 minlik qızıllarını nümayiş edirdi (Video)

14 Sentyabr 2026 14:11see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri