Icma.az
close
up
RU
“Tariximizin ən böyük büdcəsini Qurban Qurbanova vermişik”

“Tariximizin ən böyük büdcəsini Qurban Qurbanova vermişik”

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Qarabağ”ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının III təsnifat mərhələsinin “Şkendiya” ilə cavab oyunundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, “CBC Sport”a danışan funksioner komandanın Liqa mərhələsinə vəsiqə şanslarını dəyərləndirib:

“Çox gözəl axşam idi. Gözəl, sürətli oyun keçirdik. Xaricdə oynadığımız oyunlarla burdakı arasındakı fərq görünür. Bu gün tək “Qarabağ” yox, Azərbaycan qazandı. Azarkeşlərimizin iradəsi ruhumuza təsir edir. Bu, bizə göstərir ki, “Qarabağ”a inanmaq lazımdır. Gələcəyi pozitiv görürük.

Rəqiblərimizə baxaq, “Ferentsvaroş” ciddi komandadır. Yaxşı büdcəsi, dəstəyi var. Hesab edirəm ki, pley-off oyunlarına hazırıq. “Qarabağ”da stabillik var və hər oyun bizə təcrübə qazandırır. Bu il tarixi fürsətimiz var. Növbəti oyunumuz pley-offdur və qazansaq, “Liverpul”u burda görə bilərik. İstəyimiz xalqımıza futbol bayramını yaşadaq. “Qarabağ”ın cəsur, döyüşkən ruhunu xalqa ötürmək istəyirik”.

Tahir Gözəl klubun transfer çalışmalarından bəhs edib:

“Azarkeşlərə onu deyə bilərəm ki, tarixdə vermədiyimiz büdcəni bu il Qurban Qurbanova vermişik. Azarkeşlərlə rəhbərlik arasında fərqli nüans var. Qurbanovun səbirli, ehtiyatlı seçimini çox bəyənirəm. “Bavariya”nın uğurlarına baxın, səbirli transferlərlə bunları bacarırlar. Qurbanovu dəstəkləyirəm, tələsmir və doğru oyunçunu görməyincə qəbul etmir. Azarkeşlərə müjdə olaraq onu deyə bilərəm ki, tariximizin ən böyük büdcəsini Qurban Qurbanova vermişik. Azarkeşlərdən istəyim odur ki, “Qarabağ”a dəstək olun, stadionları doldurun. Onların sevgisinə, dəstəyinə, səbrinə ehtiyacımız var”.

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 13 Avqust 2025 01:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri