Icma.az
close
up
RU
Tariximizin iyun səhifəsi: 32 il əvvəl başlayan epoxa TƏHLİL

Tariximizin iyun səhifəsi: 32 il əvvəl başlayan epoxa TƏHLİL

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Elçin Bayramlı

1993-cü ilin iyun hadisələri Azərbaycan tarixinə ən qalmaqallı proses kimi düşüb. Məhz həmin hadisələrin məntiqi nəticəsi olaraq ölkəmiz xaosdan, xalqımız vətəndaş müharibəsindən qurtuldu.

Bəs 32 il əvvəl Gəncədən başlayan proseslər nədən qaynaqlanmışdı? Bu haqda çoxlu yazı yazılıb, rəylər verilib. Biz də bu hadisələrin şahidi olduğumuzdan öz prizmamızdan bir baxış ortaya qoymağa çalışacağıq.

Əslində, 1993-cü ilin iyun hadisələrinə 3 istiqamətdə yanaşmaq lazımdır. Burada siyasi, sosial-iqtisadi və hərbi istiqamətlərdə mülahizə yürütmək vacibdir. Bu faktorların təsirini bir-bir nəzərdən keçirək.

Sosial-iqtisadi faktorların rolu.

AXC hakimiyyətə gəldikdən sonra ölkədə sosial-iqtisadi vəziyyət xeyli pisləşmişdi. Artıq 1993-cü ilin başlanğıcında Azərbaycanda büdcə kəsiri 10%-ə çatmışdı. Bu o demək idi ki, ölkəmizdə büdcə kəsiri 100 dəfə artmışdı. Bu isə, olduqca təhlükəli bir hal idi, çünki onsuz da cüzi məbləğdə olan büdcə sürətlə boşalırdı.

Emissiya ümumi gəlirlərin 50%-nə gəlib çatdı. Bankların kredit faizi birdən-birə 250 faizə yüksəldi. İnflyasiya faizi 1800-ə çatdı və hiperinflyasiyaya çevrildi. Ən təhlükəlisi isə o oldu ki, bütün kreditləri bank faizlərilə qapatmağa başladılar.

Keçmiş SSRİ respublikaları ilə iqtisadi və ticari ələqlərin kəsilməsi nəticəsində minlərlə zavod, fabrik və müəssisənin işi pozuldu. Bir çox fəaliyyətini dayandırdı. Ölkədə xarici ticarət dövriyyəsi 60 faiz aşağı düşdü və iqtisadi cəhətdən dövlət çökdü.

Bunun nəticəsi olaraq sosial problemlər şiddətlənirdi. İşsizlik və yoxsulluq sürətlə artmış, ölkədən xaricə kütləvi axın başlamışdı. Çünki, yüzlərlə fabrik, zavod dayanmış, təsərrüfatlar başsız və özbaşına qalmışdı. Bahalaşmalar sürətlə davam edir, əhalinin gəlirləri isə inflyasiya səbəbindən dəyərdən düşürdü.

Bütün bunlar göstərir ki, burada sosial-iqtisadi böhranın rolu danılmazdır. Bu ağır problemlər qiyam zamanı xalqın hakimiyyəti müdafiə etməməsinə səbəb oldu. Xalqın böyük hissəsi dünya şöhrətli siyasətçi Heydər Əliyevə ümid edir, onun ölkəni və xalqı bu bəladan qurtaracağına inanırdı.

Siyasi faktorların rolu.

Siyasi aspektdən yanaşdıqda isə, hakimiyyətin daxilində qruplaşmalar və qarşıdurmaların yaranması anarxiyanı gücləndirmişdi. Hakimiyyət daxilində həmin parçalanmış qüvvələrin liderlərini hakimiyyətə gətirmək uğrunda mübarizə gedirdi. Ölkə faktiki olaraq idarəolunmaz vəziyyətə düşmüşdü.

Həmin vaxt Cümşüd Nuriyevin ifadə etdiyi kimi desək, ölkənin dörd “prezidenti" var idi. Birmənalı şəkildə vaxt daxili işlər naziri kimi İsgəndər Həmidov rəhmətlik Əbülfəz Elçibəyi heç eşitmirdi. Hətta, Rəhim Qazıyev müdafiə naziri, İsa Qəmbər isə Ali Sovetin sədri kimi ona qulaq asmırdı.

Elçibəy tərəfində olan qüvvələr olduqca zəif idi. Prezident özü isə komandanı idarə etmək iqtidarında deyildi. Hakimiyyətin monolit olmaması öz təsirini göstərdi. İsa Qəmbər hakimiyyəti bütövlükdə ələ keçirməyə cəhd edirdi. Bu istiqamətdə o ilk növbədə, prezidentin səlahiyyətlərinin bölüşdürülməsi, konstitusiyanın 121-ci maddəsinin 7-ci bəndinin dəyişdirilməsi məsələsi gündəmə gətirmişdi.

Bu maddəni dəyişdirdilər. Məqsəd o idi ki, prezidentə hər hansı bir şey olarsa, onun səlahiyyətləri spikerə keçsin. Lakin İsa Qəmbərin hazırladığı plan özünə qismət olmadı. Proseslər nəzarətdən çıxmış və hakimiyyət iflic olmuşdu.

Beləliklə, hakimiyyət daxilində özbaşınalıq yarandı və sonda bütün komanda məşlubiyyətə uğradı.

Daxili gərginlik azmış kimi, xarici siyasətdə də rüsvayçı və diletant xətt götürüldü və hələlik kağız üzərində olan dövlətin yaxın qonşularla əlaqələri korlandı. İranı və Rusiyanı qıcıqlandıracaq bəyanatlar yağdırılırdı. Bu da özünü Qarabağ məsələsində və sair məsələlərdə aydın göstərdi. Nəticədə Azərbaycana təsir rıçaqları son dərəcə güclü olan hər iki dövlət Azərbaycana qarşı Ermənistanı müdafiə etməyə məcbur oldu.

Hərbi faktorların rolu.

Hərbi cəhətdən, olduqca özbaşına bir vəziyyət yaranmışdı. Çox sayda özünümüdaifə batalyonları yaradılmışdı, kimin kimə tabe olduğu məlum deyildi. Müdafiə Nazirliyi kağız üzərində idi. Hər silahlı dəstə bir siyasi klanın mənafeyini qoruyur, özbaşına əməliyyatlar aparır, mənsub olduğu qruplaşmanın paytaxtda vəziyyəti pisləşəndə cəbhəni buraxıb Bakıya üz tuturdular.

AXC-nin ən böyük səhvlərindən biri də o oldu ki, Soçi danışıqlarında qərara alındı ki, Kəlbəcər ermənilərə verilsin və Dağlıq Qarabağ məsələsi beynəlmiləşdirilsin. Kəlbəcər ermənilərə təhvil veriləndən sonra yeni hökumət müəyyənləşdirildi. Hakimiyyət daxilində 3 yerə bölünmüş qüvvələr arasında mübarizə başlandı.

Gəncədə 1993-cü il iyun hadisələri vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan Surət Hüseynovun rəhbərlik etdiyi bir qrup zabit “hərbi birlik” yaratmışdı. 709 nömrəli hərbi hissə Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidar hərbi müxalifətin öhdəsindən gələ bilmirdi.

İyunun 4-də səhər hərbi qiyamı yatırmaq üçün hökümət Gəncəyə 3 minədək canlı qüvvə, güclü hərbi texnika yeritdi. 709 nömrəli hərbi hissənin kazarmaları dağıdıldı, hərbi təyyarələr havaya qalxıb hava limanını darmadağın etdi. Lakin qiyamçılar təslim olmadılar. Onlar prezident qvardiyaçılarını şəhərdən çıxarmaq adı altında avtobusa doldurub güllələdilər.

Hökumət qüvvələri məğlub edildi. Qiyamçı hərbi hissələr Bakıya doğru yeriməyə, prezidentin və hökumətin istefaya getməsini tələb etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta yaxlınlaşdılar.

İyunun 14-də Nəvahi yaxınlığında hökumət qoşunları ilə hərbi qiyamçı qüvvələr üz-üzə dayandı. Yaranmış vəziyyətlə əlaqədar parlamentin sədri, baş nazir, üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular.

Xilas üçün yeganə yol qalmışdı

Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. Azərbaycan xalqı da nə qədər böyük təhlükənin astanasına gəlib çıxdığını anlamağa başlamışdı.

Bu elə bir dövr idi ki, daşnaklarin “Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik əlamətə görə parçalanmaq təhlükəsi qarşısında qalmışdı.

1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı Naxçıvan MR Ali Sovetinin sədri Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə “Səs” qəzeti vasitəsilə rəsmi müraciət etdi. Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təşkil edildi. Ölkənin nüfuzlu ziyalıları Heydər Əliyevin ətrafında birləşdi.

AXC-Musavat iqtidarı uzun müddət öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırmışdı. Vətəndaş müharibəsi üçün zəmin yaranmışdı. Cəbhədə döyüşən özünümüdafiə batalyonlarının paytaxta siaysi proseslərə dəstək vermək üçün çağırılması mövqelərimizin zəifləməsinə və Ermənistan ordusunun üstünlük qazanmağa başlamasına səbəb oldu.

Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi və 1993-cü il iyun ayının 6-da onu Bakıya dəvət etdilər.

Heydər Əliyev xalqın bu ağır günündə dəvəti qəbul edib iyunun 9-da Bakıya gəldi. Ümumilli lider həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz sözünü dedi. Onun Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı.

Azərbaycan dövlətçiliyinin yeni mərhələsi

Ümumilli lider 4 iyun hadisələrinə belə qiymət vermişdi: “4 İyun hadisələri hakimiyyətdəkilərin fərasətsizliyindən və öz işlərini görə bilməməyindən başlayıb”. Həqiqətən də belə idi…

Heydər Əliyevin Ali Sovetə sədr seçilməsindən sonra prezident Elçibəy Bakını tərk edərək Naxçıvana qaçdı. Dövlət başçısı ölkəni uzaq və kiçik Kələki kəndindən idarə edəcəyinə qərar verdi. Lakin ölkədə siyasi proseslərin qaynar vaxtında, hökumət böhranının gərgin məqamında, iğtişaş və qarşıdurmaların vətəndaş müharibəsinə gətirub çıxarmaq üzrə inkişaf etməsi dövlətin idarəsini qüdrətli bir siyasətçinin əlinə almasını şərtləndirirdi.

Heydər Əliyev parlamentin sədri seçiləndən sonra ilk növbədə vətəndaş qarşıdurmasının qarşısını almağa, respublikada sabitlik yaratmağa, iqtisadi sferada stabilliyi təmin etməyə, cəbhədə real vəziyyəti qiymətləndirib, dövlətin hərbi qüvvələrini və müstəqil özünümudafiə dəstələrini birləşdirib vahid mütəşəkkil ordu yaratmağa başladı. Və 30 il sonra artıq qüdrətli iqtisadi, hərbi, siyasi mövqelələrə malik Azərbaycan öz ərazilərini Ermənistan işğalından azad etdi.

…1997-ci ilin iyununda Milli Məclis Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi gününü- 15 iyunu bayram elan etdi. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 İyun 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see317

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see300

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see298

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see247

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see214

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see212

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see210

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see208

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see208

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see206

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see204

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see202

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see188

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see184

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see180

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see180

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see171

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see164

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri