Icma.az
close
up
RU
Tariximizin qızıl səhifəsi

Tariximizin qızıl səhifəsi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Dünən Mingəçevir Şəhər İcra Hakimiyyəti və YAP şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Zəfər Günü – Tariximizin qızıl səhifəsi” mövzusunda tədbir keçirilib.

Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə ilə çıxış edib. O, 30 illik işğal dövrü ermənilərin Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə saldığını, infrastrukturu məhv etdiyini, əhalini qaçqın və köçkün halına salması konkret faktlarla diqqətə çatdırıb. Qeyd edib ki, ordu quruculuğu sahəsində uğurlar əldə edilməsi, bu məsələnin hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olması sayəsində torpaqlarımızın azad edilməsi 44 günlük “Zəfər Yürüşü” ilə reallaşdırdı. Sentyabrın 27-də başlanan Vətən müharibəsi xalq–dövlət–ordu birliyinin əsl təcəssümünə çevrildi. Hər bir Azərbaycan vətəndaşı cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarı ilə səfərbər olmağı bacardı və 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız azad edildi.

İ.İsmayılov bildirib ki, 8 noyabr tarixində Şuşa şəhərinin geri alınması, daha sonra məlum üçtərəfli Bəyanatın imzalanması ilə Ermənistan tam məğlubiyyətlə barışdı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2023-cü ilin sentyabrında isə lokal xarakterli antiterror tədbirlərinin dayandırılması ilə Qarabağda dövlət suverenliyimiz tam bərpa olundu. 15 oktyabr 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı.

Qeyd olunub ki, Zəfər tariximizdə Mingəçevirin də özünəməxsus payı var. Vətən müharibəsində Mingəçevir gəncləri könüllü olaraq səfərbər olunub, qəhrəmanlıqları ilə müharibədə iz qoyublar. Şəhid ailələrinin və qazilərin sosial qayğılarına hərtərəfli kömək göstərilir.

Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev, şəhid atası Adil Abbasəliyev, Vətən müharibəsi əlili, ehtiyatda olan mayor Pərviz Məmmədov, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan kapitan, “III dərəcə Vətənə xidmətə görə” ordenli Arif Yusubov çıxış edərək Zəfər Günü münasibəti ilə təbriklərini çatdırıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunduqdan sonra orada genişmiqyaslı quruculuq və bərpa işlərinə start verilməsindən iftixarla danışıblar. İnam ifadə edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün bu işlərin də öhdəsindən layiqincə gəlinəcək və ölkəmizin daha uğurlu inkişafına nail olunacaqdır.

Sonda Uşaq Gənclər İnkişaf Mərkəzinin hazırladığı “Zəfər” kompozisiyası təqdim edilib.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri
Mingəçevir

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Noyabr 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see557

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see209

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see204

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see190

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see179

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see177

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see177

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see175

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see172

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see172

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see168

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see167

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see166

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see166

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see166

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see165

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see165

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see165

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see162

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri