Icma.az
close
up
RU
Tariximizin öyrənilməsi: hazırkı vəziyyət, müasir çağırışlar və vəzifələr

Tariximizin öyrənilməsi: hazırkı vəziyyət, müasir çağırışlar və vəzifələr

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 noyabr, AZƏRTAC

Dünyada Azərbaycan tarixi qədər mürəkkəb inkişaf yolu keçmiş ikinci bir ölkə yoxdur. Azərbaycan ərazisində mövcud olmuş 20 xanlığı tədqiq etmək üçün 40-a yaxın dövlətin tarixini öyrənmək lazımdır. Qədim dövrümüz də fundamental tədqiqata cəlb edilməlidir və bunun üçün mixi yazılarını bilən gənc kadrlara ehtiyac vardır. Tarix və Etnologiya İnstitutunun 2026-2030-cu illərdə fəaliyyətinə dair yeni planda prioritet istiqamətlər müəyyənləşdirilib. Tarix və Etnologiya İnstitutu Azərbaycan tarixinin tədqiqi istiqamətində əlindən gələni edir. Prezident İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin, çağırışların icrası istiqamətində var gücümüzlə çalışacağıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri AMEA-nın Rəyasət Heyətində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan tarixi ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda keçirilən yığıncaqda AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov deyib.

“Tariximizin öyrənilməsi: hazırkı vəziyyət, müasir çağırışlar və vəzifələr” mövzusunda məruzəsində professor Kərim Şükürov dövlətimizin başçısının 2005, 2011 və 2015-ci illərdə Azərbaycan alimləri qarşısında çıxış edərək onların gələcək fəaliyyət istiqamətlərinə dair tapşırıqlar verdiyini, AMEA-nın 80 illik yubileyindəki çıxışının isə ictimai-siyasi, elmi həyatımızın əsas hadisəsinə çevrildiyini, tarix elmi qarşısında ciddi vəzifələr qoyduğunu söyləyib. Qeyd edib ki, dövlətimizin başçısının tapşırığından irəli gələrək və müasir texnologiyalardan istifadə etməklə Azərbaycan tarixi, eləcə də Azərbaycanın dövlətçilik tarixi yenidən dərindən araşdırılacaq, nəticələr dünya miqyasına çıxarılacaq.

Prezident İlham Əliyevin kartoqrafiya məsələlərinə xüsusi diqqət yetirdiyini deyən alim bu gün dünyada kartoqrafiya müharibəsinin getdiyini, hazırda Tarix və Etnologiya İnstitutunda “Azərbaycan Tarixi Atlası”nın hazırlandığını bildirib. Qeyd edib ki, atlasda 50-yə yaxın xəritəyə yer verilib və tədqiqat işi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi ilə birgə aparılıb, ilk dəfə xəritələrin coğrafi koordinatları əksini tapıb.

Son illərdə Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən birinin də Qərbi Azərbaycanla bağlı olduğunu deyən professor Kərim Şükürov akademik İsa Həbibbəylinin təklifi əsasında Tarix və Etnologiya İnstitutunda Qərbi Azərbaycan şöbəsinin yaradıldığını və tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun həmin şöbənin müdiri təyin edildiyini söyləyib. Vurğulayıb ki, qısa müddət ərzində şöbədə bir sıra tədqiqatlar aparılıb və həmçinin cəmiyyətdə, beynəlxalq elmi müstəvidə bu istiqamətdə Azərbaycan həqiqətlərindən çıxış edərək təbliğat işləri həyata keçirilir.

Xalqımızın tarixi torpaqlarından deportasiyası ilə bağlı sənədlər toplusunun da çapa hazırlandığını diqqətə çatdıran professor Kərim Şükürov bununla bağlı Rusiya və Gürcüstan arxivlərindən müvafiq sənədlərin əldə edilməsi üçün yazışmaların davam etdirildiyini söyləyib. Bundan əlavə, ikicildlik “Zəngərur tarixi” kitabının hazırlandığını və tezliklə birinci cildinin çap ediləcəyini bildirib. Eyni zamanda, yeni müəyyən edilmiş “Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri” əsasında 15 cildlik “Azərbaycan tarixi”nin çapa hazırlandığını deyib.

Professor, həmçinin Azərbaycanın dövlətçilik tarixi, Atropatena və Qafqaz Albaniyası istiqamətində, eləcə də Şərqşünaslıq İnstitutu ilə birgə Cənubi Azərbaycana dair aparılan tədqiqatlar haqqında məlumat verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Noyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri