Icma.az
close
up
RU
Tarixin devrilən prezidentləri: Siyasi süqutların xronikası FOTO

Tarixin devrilən prezidentləri: Siyasi süqutların xronikası FOTO

Icma.az, Milli.az saytına istinadən bildirir.

Tarix sübut edir ki, heç bir hakimiyyət əbədi deyil. Xalq etirazları, hərbi çevrilişlər, iqtisadi böhranlar və xarici müdaxilələr nəticəsində bir çox prezident və liderlər vəzifəsindən devrilib. Bu hadisələr bəzən demokratiyaya keçid, bəzən isə uzunmüddətli xaos və münaqişələrlə nəticələnib.

Son hadisələrlə diqqət mərkəzinə gələn Venesuela prezidenti Nikolas Maduro Moros bu siyahıya daxil olub. Maduro 2013-cü ildən bəri Venesuelaya rəhbərlik etmişdi və 2025-ci ildə üçüncü dəfə prezidentlik andı içmişdi. Lakin 2026-cı il yanvarın 3-də keçirilən ABŞ xüsusi təyinatlıları əməliyyatı nəticəsində o və həyat yoldaşı Cilia Flores ələ keçirilib və ölkədən çıxarılıb.

 

Maduro ABŞ məhkəməsində cinayət ittihamları ilə üzləşir. Bu hadisə ölkənin tarixində devrilmiş prezidentlər kateqoriyasına daxil edilir və beynəlxalq münasibətlərdə geniş rezonans doğurur.

Bəs, tarix boyu hansı ölkə prezidentləri vəzifəsindən devrilib?

Zinəl Abidin Ben Əli (Tunis)
2011-ci ildə "Ərəb Baharı" dalğası ilə başlayan kütləvi etirazlar nəticəsində 23 illik hakimiyyət sona çatdı. Ben Əli ölkəni tərk etdi və Tunis regionda nisbətən uğurlu siyasi keçid yaşayan nadir ölkələrdən biri oldu.

Hüsnü Mübarək (Misir)
30 ilə yaxın hakimiyyətdə olan Mübarək 2011-ci ildə milyonlarla insanın qatıldığı etirazlardan sonra istefa verdi. Onun devrilməsi Misirdə siyasi sistemin köklü dəyişməsinə yol açdı.

Muəmmər Qəddafi (Liviya)
2011-ci ildə vətəndaş müharibəsi və NATO-nun müdaxiləsi nəticəsində devrildi və öldürüldü. Qəddafinin süqutu Liviyada dövlət institutlarının dağılmasına və uzunmüddətli qeyri-sabitliyə səbəb oldu.

Bəşər Əsəd (Suriya)
Suriya prezidenti Bəşər Əsəd 2011-ci ildə başlayan xalq etirazları fonunda hakimiyyətini qorumaq üçün sərt hərbi tədbirlərə əl atdı. Etirazların vətəndaş müharibəsinə çevrilməsinə baxmayaraq, Əsəd rejimi Rusiya və İranın dəstəyi ilə uzun müddət hakimiyyətdə qaldı. 2024-cü il noyabrın 27-də "Heyət Təhrir əş-Şam" müxalifət birliyi genişmiqyaslı və sürətli hücuma keçib. "Heyəti Təhrir əl-Şam" silahlıları, onların müttəfiqləri olan Azad Suriya ordusu ilk günlərdə Suriyanın ən böyük şəhərləri Hələb və İdlibi, daha sonra Həma və Xümsü ələ keçirib. Dekabrın 8-də isə silahlı müxalifət Dəməşqə daxil olub və Əsəd rejiminə son qoyub. Bəşər Əsəd ailəsi ilə Moskvaya qaçıb və Rusiyadan sığınacaq alıb.

Viktor Yanukoviç (Ukrayna)
2014-cü ildə Avropa İttifaqı ilə yaxınlaşmadan imtina etməsi "Meydan" etirazlarına səbəb oldu. Yanukoviç ölkəni tərk etdi və parlament tərəfindən vəzifəsindən kənarlaşdırıldı.

Slobodan Miloşeviç (Serbiya/Yuqoslaviya)
2000-ci ildə seçkilərin saxtalaşdırılmasına qarşı etirazlar nəticəsində devrildi və sonradan Haaqa tribunalına təhvil verildi.

Alberto Fucimori (Peru)
Korrupsiya qalmaqalları səbəbilə 2000-ci ildə istefa verdi və sonradan məhkum edildi.

Fidan
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 Yanvar 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri