Icma.az
close
up
RU
Gəncənin daş yaddaşı: Tarixin səssiz şahidləri FOTO

Gəncənin daş yaddaşı: Tarixin səssiz şahidləri FOTO

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə tarixən zəngin maddi-mədəni irsi ilə seçilən, əsrlərin sınağından çıxaraq bu günümüzədək gəlib çatan nadir abidələri ilə özünəməxsus yer tutub. Bu qədim diyarın ərazisində yerləşən tarixi nümunələr – qədim yaşayış məskənləri, qala divarları, türbələr, körpülər və xüsusilə daş heykəllər xalqımızın keçmişinə açılan canlı bir pəncərədir.
Bizim.Media xəbər verir ki, daş abidələr, xüsusilə qəbirüstü fiqurlar, yalnız bir xatirə nişanı deyil, həm də əcdadlarımızın dünyagörüşünü, inanclarını və həyat tərzini əks etdirən qiymətli tarixi mənbələrdir.
Azərbaycanın müxtəlif bölgələrində – Naxçıvan, Qarabağ, Lənkəran və Aran zonasında geniş yayılan bu abidələr Gəncədə də xüsusi zənginlik təşkil edir.
Bu gün Gəncədə fəaliyyət göstərən Urban Mərkəzin bağında açıq səma altında nümayiş olunan daş abidələr sanki “canlı muzey” təsiri bağışlayır. Burada sərgilənən daş qoçlar, qoyunlar, at və dəvə fiqurları qədim insanların həyat tərzini və məşğuliyyətlərini əyani şəkildə təqdim edir. Bu heykəllərdən aydın olur ki, bölgə əhalisi tarixən heyvandarlıqla məşğul olmuş, at isə qədim türk xalqları üçün güc və qəhrəmanlıq rəmzi kimi xüsusi məna daşımışdır.
Qoç və qoyun isə həm bolluq, həm də əsas ərzaq mənbəyi kimi bu mədəniyyətdə mühüm yer tutub. Dəvə fiqurlu daş abidələr isə Gəncənin qədim karvan yolları üzərində yerləşdiyini, bu ərazilərin ticarət və mədəniyyətlərarası əlaqələrin mühüm mərkəzi olduğunu sübut edir. Beləliklə, daş heykəllər təkcə estetik deyil, həm də tarixi-coğrafi məlumat daşıyıcısı rolunu oynayır.

Arxeoloji materiallar göstərir ki, bu tip daş heykəllərin ilkin nümunələri erkən orta əsrlərə, bəzi hallarda isə daha qədim dövrlərə gedib çıxır. Lakin onların üzərində müşahidə olunan ərəb qrafikalı kitabələr əsasən IX–XIV əsrlərə aid edilir. Bu fakt abidələrin uzun müddət istifadədə olduğunu və müxtəlif tarixi mərhələlərdə yenidən işlənərək funksional məzmun qazandığını göstərir. Kitabələrdə əsasən dini məzmunlu ifadələr, Qurandan ayələr, mərhumun adı və sosial statusu qeyd olunur.
Gəncə ərazisində mövcud olan daş abidələr yalnız islam dövrünün deyil, həm də daha qədim dini-mədəni mərhələlərin izlərini qoruyub saxlayır. Xüsusilə Qafqaz Albaniyası dövrünə aid bəzi abidələr üzərində xaç motivlərinin mövcudluğu regionda xristianlığın yayılmasını təsdiq edən mühüm faktorlardandır. Bu baxımdan daş abidələr sinxretik mədəniyyətin – yəni müxtəlif dini və etnik təsirlərin vəhdətinin – real nümunəsi kimi çıxış edir.
Bizim.Media-nın yerli bürosuna danışan tarixçi Samirə Qasımova orta əsrlərdə islamın yayılması ilə birlikdə zoomorf qəbirüstü abidələrin hazırlanması tədricən azaldığını, onların yerini daha çox epiqrafik başdaşları və memarlıq formaları aldığını deyir. Tarixçinin sözlərinə görə, bununla belə, bir sıra regionlarda, o cümlədən Gəncədə bu ənənə müəyyən transformasiyaya uğrayaraq davam edib.

Bu isə yerli əhalinin qədim inancları ilə yeni dini sistem arasında müəyyən davamlılığın mövcudluğunu göstərir:

“Bu daşlar vasitəsilə biz yalnız sənətkarlıq ənənələrini deyil, həm də qədim və orta əsrlərdə baş verən ictimai, siyasi və sosial prosesləri öyrənə bilirik. Bu abidələr xalqın yaddaşı, tariximizin daşlaşmış salnaməsidir”.
Azərbaycan ərazisində qoç, qoyun və at fiqurlu qəbirüstü abidələrin qoyulması qədim türk tayfalarının dəfn adətləri ilə bağlıdır. Lakin zaman keçdikcə bölgədə əvvəl xristianlıq, daha sonra isə islam dini yayıldıqdan sonra bu cür fiqurların istifadəsi azalmağa başlamışdır. Buna baxmayaraq, daş abidələr bu gün də hər iki dini-mədəni mərhələnin izlərini özündə qoruyub saxlayır.

Məsələn, bəzi abidələr qədim Alban xristian irsinə məxsus olub üzərində xaç motivləri ilə seçilir. Digərləri isə islam dövrünə aid olub ərəb qrafikası ilə yazılmış kitabələrlə zəngindir. Bu kitabələrdə dini kəlamlar, mərhumun adı və bəzən onun həyatı haqqında məlumatlar yer alır. Tədqiqatçılar hesab edir ki, bu yazılar bir çox hallarda daha qədim heykəllərin üzərinə sonradan əlavə olunmuşdur.
Hazırda Gəncədə nümayiş etdirilən 20-dən artıq daş abidə təkcə bir şəhərin deyil, bütövlükdə Azərbaycan xalqının qədim tarixini, mədəniyyətini və mənəvi dünyasını əks etdirir. Bu abidələr minilliklərdən süzülüb gələn bir həqiqəti təsdiqləyir: bu torpaqlarda yaşayan xalqlar zəngin mədəni irs yaratmış və onu nəsildən-nəslə ötürməyi bacarmışdır.
Gəncənin daş abidələri bu gün də səssiz şəkildə keçmişdən danışır. Onları dinləməyi bacaranlar üçün isə bu daşlar sadəcə abidə deyil – tarixdir, yaddaşdır, kimliyimizdir.








Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Mart 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri