Icma.az
close
up
RU
Tarixin əks sədası

Tarixin əks sədası

525.az saytına istinadən Icma.az xəbər verir.

Esmira İSMAYILOVA
Filologiya üzrə fəlsəfə doktoru

Tarixi əsərlər, xüsusən də yazılı ədəbiyyatın daha geniş həcmli janrı olan tarixi romanlar haqqında yazmaq, təhlil etmək bu əsərləri yazmaq qədər çətindir, məsuliyyət tələb edir. Tarixi mövzuda qələmə alınmış hər hansı əsər - fərq etməz, hekayədir, povestdir, romandır, onlar haqqında söz demək üçün təkcə həmin əsəri mütaliə etmək, həmin dövrün tarixini araşdırmaq kifayət etmir, digər dövrlərlə, ayrı-ayrı müəlliflərin tarixi mövzuda yazdıqları əsərlərlə paralellər aparmaq lazım gəlir. Bizdə həm tarixi gerçəkliyin araşdırılması, həm də bədiiləşdirilməsi cəhətdən vəziyyət o qədər də ürəkaçan deyil, kasadlıqdır. Tariximizin elə dövrləri var ki, arxivlərimizdə onlarla bağlı  etibarlı, tutarlı mənbə ya yoxdur, ya da çox azdır, elə həmin dövrləri əks etdirən bədii əsərlər də azlıq təşkil edir.

Fikrimə aydınlıq gətirmək üçün o qədər də uzaq tarix olmayan Qarabağ xanlığı, bu tarixin İbrahim xanla, şah Qacarla bağlı yazılan  romanlara diqqət edək.  Əksəriyyətində natamamlıq hiss olunur. Səməd Vurğunun "Vaqif" əsərində şeiriyyət, bədiyyət nə qədər güclüdürsə, tarixi həqiqət bir o qədər təhrif olunub. Ə.B.Haqverdiyevin "Qacar" pyesində tarixi həqiqətə sayğı var, amma bu həqiqətin bədii təsvirində natamamlıq, xüsusən də əsərin baş qəhrəmanları olan Şah Qacar və İbrahim xanın obrazlarının təsvirində özünü göstərir. Y.V.Çəmənzəminlinin "İki od arasında" romanında da tarixi həqiqətdən sapınma huşyar oxucunun diqqətindən yayınmır. Fikrimcə, bu dövrü az-çox tamlığı ilə əks etdirən ən uğurlu əsər Jan Geverin "Xacə şah" romanıdır.

Niyə uzaqdan başladım? Səbəbini açıqlayım. Tarixi mövzuda əsərlər yazmağa meyilli az sayda yazarlarımızdan biri olan yazıçı-dramaturq, publisist Elçin Hüseynbəylinin "Gültəkin xaqan" romanından söz açmaq istəyirəm. Elçin Hüseynbəylinin bundan əvvəl qələmə aldığı "Şah Abbas", "Pərixan", "Yenə iki od arasında" və ya "Qarabağnamə", "Azıx" romanlarını oxuyanlar yaxşı bilir ki, yazıçı Azərbaycan tarixinin qaranlıq, yazılmamış səhifələrinin ədəbiyyata gətirilməsində maraqlıdır (Əslinə qalanda yazıçının "Vida" əsəri də sənədli tarix roman kimi dəyərləndirilə bilər və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında, ədəbi yaddaşımıza çevrilməsində rolu danılmazdır).

Xatırladım ki, yazıçının bu yeni romanı təkcə Azərbaycanın yox, həm də ümumtürk tarixinin tam açılmamış, tədqiq edilməmiş dövrünün bədii təcəssümünə həsr olunub. Elçin Hüseynbəyli kifayət qədər tarixi mənbə olmadığı halda buna necə ürək edib, bu boyda məsuliyyətin, ağırlığın altına necə girib, bilmirəm. Amma yəqin özü yaxşı bilir və bəlkə elə buna görə də qəhrəmanlarının doğulduğu, yaşadığı, döyüşdüyü yerləri gəzmək qərarına gəlib, məzarlarını ziyarət etməklə bu boşluğu doldurmaq istəyib: "...Romanı başlamazdan öncə adətimə uyğun olaraq, qəhrəmanlarımın gəzdiyi, döyüşdüyü, yaşadığı yerləri görmək istəyirdim. Çünki onda tarix daha əlçatan olur. Babalarının ruhu sənin ruhunla birləşir, gözlərin onların gözlərinə, qulaqların qulaqlarına çevrilir. Ayağın onların addım izlərini duyur, ciyərlərin aldıqları nəfəslə dolur..."

Həmişə bu fikirdə olmuşam ki, tarixi tarix kitablarından çox ədəbiyyatdan, həmin dövrü əks etdirən bədii əsərlərdən öyrənmək daha effektli olur. Niyəsi də budur ki, bütün dövrlərin tarixi hakim zümrəyə necə sərf edirsə, o cür də yazıya alınır. Ədəbiyyat isə həyatın obrazlı təsviri olduğundan yazıçı istəməsə belə, həmin dövrün bədii təsvirində həyat həqiqətini əks etdirməyə məcbur olur, tamlığı ilə olmasa da, həmin dövrdən nəsə sızdırır...

Tarixi romanlar təkcə həmin dövrün araşdırıcıları, təhlilçiləri üçün deyil, oxucuları üçün də həmişə maraq kəsb edir. Məs. Fransa Burjua İnqilabının tarixini Viktor Hüqo tarixçilərdən daha gözəl əks etdirə bilib. Yazıçının "1793-cü il", "Paris-Notrdam kilsəsi", "Səfillər" romanı, Ştefan Svayqın "Jozef Fuşe: Siyasi xadimin portreti"  sənədli romanı təlatümlü Fransa inqilabının əsas mahiyyətini tarixi əsərlərdən daha yaxşı izah edir. Azərbaycan ədəbiyyatına nəzər yetirəndə say sarıdan vəziyyət qənaətbəxş olsa da, dövrün, zamanın sınağından çıxan əsərlər barmaqla sayılacaq qədərdir. Həmin yazarların və əsərlərin adını sadalayıb polemika açmaq fikrim olmadığından bu mövzudan yan keçirəm.

XX əsr tarixi romançılığında dünənlə bu günün sintezi, hadisələrin zaman konteksindən çıxarılaraq bu günümüzlə əlaqələndirilməsi, zaman səddinin qaldırılması, mifopoetik metodda yazılması ədəbiyyatımız üçün nisbətən yenidir. Y.V.Çəmənzəminlinin "Qızlar bulağı" bu istiqamətdə yazılmış ilk tarixi romanlardan sayıla bilər. Elçin Hüseynbəylinin "Gültəkin xaqan" romanı XXI əsr Azərbaycan ədəbiyyatında mifopoetik metodda,  tarixi mövzuda yazılmış uğurlu əsərlərdən sayıla bilər. Elçinin bu yeni romanını oxuyandan sonra həmin dövrü tarix baxımından araşdırmaq qaçılmaz olduğundan bu istiqamətdə elektron resurslarda axtarışlar verdim. Amma çox təəssüf ki, karlı, tutarlı bir mənbə tapa bilmədim. Vikipediyada qısa tanıtım yazısı istisna olmaqla, Azərbaycan dilində tariximizin bu dövrü ilə bağlı tarixi mənbə demək olar ki, yox dərəcəsindədir. Belə şəraitdə tarixi roman yazmaq cəhdinə görə sözsüz ki, Elçin Hüseynbəyliyə təşəkkür düşür. Ən azından ona görə ki, tariximizin bu dövrünün əksi baxımından bir ilkə imza atıb, xələfləri üçün yol açıb.

Romanda ilk diqqətçəkən məqam yazıçının seçdiyi epiqraf oldu: Bir el, bir xaqan, bir tanrı... (Göytürklər belə demiş...)". Bu epiqraf müəllifin məqsədini, romanın yazılma səbəbini ortaya qoyur - türk ellərinin birliyi ideyasını! Və bu ideyanın əsrlər boyunca reallaşmamasının səbəbini yazıçı ilk səhifədəcə verir: "Satqınlar həmişə oyaqdırlar!" Elçinin bəhs etdiyi tarix geridə qalsa da, tarixi həqiqət bu gün üçün də aktuallığını saxlayır. Nədir o həqiqət? "Ey mənim türk millətim, babalarımızın ruhu dolaşan ilk damğamız yadellilərin əlindədir. Qarı düşmənlər onu bizdən aldılar. Ona görə də yenildik. Onu geri almasaq, millət kimi yaşaya bilmərik. Damğamızı, baydağımızı (bayrağımızı) geri almaq üçün türk boylarını bir yerə yığmalıyıq. Bax, onda xaqanlığımız güclü olar!" Yazıçının "Unutduqlarını yadlarına sal!" deyimini tez-tez təkrarlaması romanda türk xaqanının dili ilə sonrakı nəsillərə ötürdüyü əsas mesajdır, milli yaddaşa sadiqliyin vacibliyidir. 

Yazarlar, tarixçilər yaxşı bilir, uzaq tarixi dövrə qayıtmaq, həmin dövrün adət-ənənələrini, məişət tərzini olduğu kimi əks etdirmək necə çətin prosesdir. Ən çətini isə həmin dövr insanlarının psixi davranış tərzini ruhən duymaq, yaşamaq, oxucuya təbii şəkildə ötürə bilmək, inandırmaq bacarığıdır, çünki bunsuz alınmır, əsər oxunmur, söz yığnağından başqa bir şey olmur! Nəzərə alanda ki, "Gültəkin xaqan" əsərində hadisələr VIII əsrin ilk onilliklərində, hazırkı Monqulustan, Çin, Sibir, Orta Asiya çöllüklərində cərəyan edib, məsələnin ağırlığı göz önünə gəlir. Fikrimcə, bu zorluğu Elçin Hüseynbəyli də hiss edib, yaşayıb və yazıçını Gültəkin xaqanın doğulduğu, gəzdiyi, məzarının olduğu həmin ellərə aparan təkcə arxivlərə baş vurmaq arzusu olmayıb, həmin insanların uyuduğu yerləri ziyarət etməklə ruhi yaxınlıq hiss etmək istəyib. Hiss edib ki, qəhrəmanlarının doğulduğu torpaqda, gəzdikləri çöllərdə onlarla həmsöhbət olmadan bu əsəri yazmaq qeyri-mümkündür. Bir oxucu kimi bu qənaətdəyəm ki, Elçin Hüseynbəyli bu istəyinə nail ola bilib. Hər şeydən əvvəl, müəlifin tarixin mərhələlərindən adlamaq, onları bir-birinə bədii həqiqət gücünə bağlamaq, bəndləmək, hörmək sarıdan bəxti gətirib və əsəri oxunaqlı edən də elə bu uğurlu keçidlərdir - dünənlə bu günün mifopoetik sintezi.

Elçin Hüseynbəylinin təsvirində türk əsgərləri bir-birinə düşmən boylardan olanda belə, mərdliklərini, xaqanlarına sədaqətlərini saxlayırlar. Xəyanət etmədiklərinə, mənsub olduqları boyu satmadıqlarına, hərbi düşərgələrinin yolunu göstərmədiklərinə görə düşmən olsalar belə, onlara istər-istəməz rəğbət duyursan.

Romanda Qutluqla Aysunun sevgi hekayəti yaxşı düşünülüb. Bu maraqlı hekayət təkcə əsərin lirizmini artırmır, türk qızının öz sevgisinə sonacan sadiq olduğunu sübut edir. Bu sadiqliyi biz Gültəkin xaqanın həyat yoldaşının ərinin ölümünü necə mərdanəliklə qarşılaması səhnəsində də görürük.

"Eşidin və bilin, bu gündən biz hamımız, bir nəfər kimi Ötükəni qutsal (müqəddəs) torpaq bilməliyik. Orda hər şey var, çatışmayanları isə özümüz əldə etməliyik. Zəngin, amma yava qonşularımız var. Onlar daim bizimlə düşmənçilik edirlər. İndi də önümüzə böyük sədlər çəkirlər. Amma türk budunun qarşısında heç bir sədd dayana bilməz! - dedi və atını döyüşçülərin qarşısında səyirtdi. Sonra bunları da əlavə elədi: - Yağılar yağlı dilərini işə salıb, qızlarını sizə verib. Onların qızılları və ipəkləri bəylərinizin gözlərini qamaşdırıb. Türk törəsi, milləti bu torpağın üstündə bərk dayanmalıdır". Gültəkin xaqanın bu çağırışı əsərin ana xəttini, əsas leytmotivini təşkil edir və mənfur qonşularımızı bizə xatırladır.

"İndi ölsək, dünya durduqca qəhrəmanlıq bəxtimiz (şansımız) yaşayacaq, oğullarımız və nəvələrimiz başqa millətlərin baş buğları olacaqlar! Yenilsək, babalarımızın ruhları qarşısında xəcalət çəkməyəcəyik" deyən Gültəkin xaqan özündən sonrakı nəsillərə də aşılayır ki, mərd olun, mübariz olun, son ana kimi döyüşün, ehtiyatı heç vaxt əldən verməyin, öləndə də kişi kimi ölün!

Torpaq uğrunda döyüşdə canından keçmək ölümlərin ən şərəflisidir - yazıçının gəldiyi qənaət belədir: "Bilgə xaqan oğlunun ölümünə üzülsə də, onu büruzə vermədi. Çünki oğul torpağı qorumaq üçündür və döyüşə gedənlərin hamısı sağ-salamat qayıtmır".

Gültəkin xaqanın ölümü romanın ən təsirli səhnələrindəndir. "Gültəkin xaqan yaralandıqdan 17 gün sonra, 47 yaşında öldü. Doqquzuncu ayın iyirmi yeddinci günü dəfn edildi. Sərkərdənin qara atını, yaraq-yasağını, dəbilqəsini yanına qoydular. Şübhəsiz, o, qara atına minib Göy Tanrının yanına uçacaqdı. Gültəkini də, o biri xaqanlar kimi, Tanrı Dağında dəfn elədilər. Şaman əllərini göyə qaldırıb bunları dedi: "Öz oğlunu qəbul elə, Tanrım! O, Eltəriş xaqana, Elbikə xatuna layiqli övlad oldu, törəmizə sadiq qaldı, torpağımızı yadellilərdən qorudu..."

Yazıçının əsərin sonunda türk birliyi ideyasından danışması, sənədli mənbələrə istinadı Gültəkin xaqanın ölümündən doğan ağrını  azaldır, nikbinlik yaradır. Romana sözardı kimi yazılmış əlavə bu nikbinliyi bir az da artırır: "Ulu babalarımız Mətə, Bumın, İstəmi, Qutluq, Qapağan, Bilgə, Gültəkin. Onlar böyük Turan Birliyi yaratmağa nail olmuş xaqanlardır. İndi növbə bizimdir. İnanıram ki, çox keçməz istəyimizə çatarıq. Çünki bu, həyatımız qədər vacibdir. Türk budunumuz, elimiz, xaqanımız var olsun!",

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Aprel 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see335

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see143

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see137

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see135

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see129

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see128

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see128

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see127

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see122

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see122

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see121

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see120

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see120

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see118

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see118

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see116

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see116

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see114

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri