Icma.az
close
up
RU
Tarixin yeni konsepsiyada təqdimatı: Ramana qəsrinə infotur

Tarixin yeni konsepsiyada təqdimatı: Ramana qəsrinə infotur

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayan Ramana qəsrinə infotur təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Qobustan Milli Tarix-Bədii Qoruğu tərəfindən təşkil olunan infoturda mefdi nümayəndələrinə əvvəlcə Ramana qəsrinin tarixi, memarlıq xüsusiyyətləri və Abşeronun orta əsr müdafiə sistemindəki rolu barədə ümumi məlumat verilib. Daha sonra media nümayəndələri muzeyin ekspozisiyası ilə tanış olublar.

Bildirilib ki, mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirilən layihə çərçivəsində Azərbaycanın tarixi-memarlıq abidələrindən biri olan Ramana qəsrinin memarlıq xüsusiyyətləri və mövcud vəziyyəti araşdırılıb, abidənin autentikliyinin maksimum dərəcədə qorunmasına xüsusi diqqət yetirilib.

Ekspozisiya, ziyarətçi marşrutları və infrastruktur həlləri qəsrin tarixi-memarlıq xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb. Muzey konsepsiyasının əsasını “Tarixə açılan pəncərə” ideyası təşkil edir. Konsepsiya tarixi memarlığın qorunması ilə yanaşı, onun müasir təqdimat vasitələri ilə ziyarətçilərə çatdırılmasını nəzərdə tutur.

Qəsrin daxilində yaradılan yeni memarlıq-dizayn elementləri tarixi memarlıqdan ilhamlanaraq müasir üslubda işlənib. Ekspozisiya avadanlıqları, vitrinlər, podiumlar və elektron informasiya panellərinin tərtibatında Ramana qəsrinin memarlıq xüsusiyyətlərindən istifadə olunub.

Muzeyin ekspozisiyası Ramana qəsrinin tarixi, Abşeronun orta əsr müdafiə sistemi, həmin dövrün hərb sənəti, gündəlik həyatı və mədəniyyəti barədə dolğun təsəvvür yaratmaq prinsipi əsasında qurulub. Tarixi materiallar multimedia və interaktiv həllərlə tamamlanıb. Ekspozisiyanın mühüm hissəsini 2024–2026-cı illərdə qəsrin ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələri təşkil edir.

“Seyri-Tarix” bölməsində Abşeron yarımadasının orta əsr müdafiə sistemi və Ramana qəsrinin bu sistemdəki mövqeyi təqdim olunur. Burada Abşeronun müdafiə tikililərinin yerləşməsini göstərən maket, qəsrin XIV əsrdəki ehtimal olunan görünüşünü və 1935-ci ildə qeydə alınmış vəziyyətini əks etdirən memarlıq maketləri, tarixi fotoşəkillər, arxiv materialları və məlumat panelləri nümayiş etdirilir. İnteraktiv ekran və sensor məlumat paneli vasitəsilə ziyarətçilər əlavə məlumat əldə edə bilirlər.

“Seyri-Silah” bölməsi orta əsr hərb sənəti, silah texnikası və müdafiə mədəniyyətinə həsr olunub. Burada XIV–XVI əsrlərə aid qılınc və qınların rekonstruksiyaları, nizə ucluqları, xəncər tiyəsi, döyüş atının nalı, sferokonik qab (“Qarura ən-Neft”), hərbi geyimlər, oxqabı, oxlar və digər arxeoloji materiallar təqdim edilir. Multimedia vasitələri ilə orta əsr silahlarının hazırlanması və istifadə üsulları nümayiş olunur.

“Seyri-Tərz” bölməsində orta əsrlərin gündəlik həyatı, məişəti və sənətkarlıq ənənələri əksini tapıb. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş keramika və saxsı məmulatlar, şüşə bilərziklər, yağ və neft çıraqları, şirli qablar, kaşı və dekorativ plitələr həmin dövrün yaşayış tərzi və mədəniyyəti barədə təsəvvür yaradır. Sensor məlumat panelində eksponatlar, onların aşkarlandığı yerlər və istifadə xüsusiyyətləri barədə ətraflı məlumat təqdim olunur.

“Seyri-Həyat” bölməsində isə orta əsr feodal-cəngavərinin həyat yolu, cəmiyyətdəki rolu və mənəvi dünyası animasiya əsaslı multimedia vasitələri ilə canlandırılır. Bölmənin əsas elementlərindən biri günbəz formalı tavanda nümayiş etdirilən immersiv videoproyeksiyadır. Azərbaycan miniatürləri əsasında hazırlanmış animasiya kompozisiyaları cəngavərin uşaqlıq və təlim dövründən başlayaraq yetkinlik həyatı, ailə qurması və döyüşlərdə iştirakınadək keçdiyi yolu əks etdirir.

Tarixi mənbələr, arxeoloji tədqiqatlar və memarlıq təhlilləri əsasında hazırlanmış rekonstruksiya maketləri qəsrin müxtəlif dövrlərdəki görünüşü haqqında təsəvvür yaradır. Ekspozisiya tarixi xəritələr, memarlıq sxemləri və illüstrasiyalarla tamamlanır. Məlumatlar Azərbaycan və ingilis dillərində təqdim edilir.

“Tarixə açılan pəncərə” ideyası ekspozisiyanın dizayn həllərində də öz əksini tapıb. Qəsrin dar və hündür mazğal tipli pəncərələrinin formaları müasir dizayn elementlərində yenidən şərh olunub.

Muzeydə ənənəvi ekspozisiya üsulları rəqəmsal texnologiyalarla uzlaşdırılıb. İnteraktiv ekranlar, elektron məlumat panelləri, immersiv instalyasiya, audio-vizual materiallar, animasiyalar, videoproyeksiya və videomapinq ziyarətçilərə tarixi müxtəlif formatlarda öyrənmək imkanı yaradır.

Qəsrin dam terrası panoramik müşahidə meydançası olmaqla yanaşı, ekspozisiyanın davamı kimi nəzərdə tutulub. Burada yerləşdirilən “Alov” heykəltaraşlıq kompozisiyası qəsrin qədim müdafiə sistemindəki rolunu və tarixi-mədəni simvolikasını əks etdirir.

Layihə çərçivəsində qəsrin ətraf ərazisi də vahid memarlıq konsepsiyasına uyğun yenidən təşkil olunub. Giriş meydançası və piyada marşrutları yenilənib, açıq hava ekspozisiyası yaradılıb, ziyarətçilərin rahat və təhlükəsiz hərəkəti üçün müvafiq əlçatanlıq həlləri tətbiq edilib.

Muzeyin vizual kimliyi də ümumi konsepsiyaya uyğun formalaşdırılıb. Tarixi daş hörgünün və memarlıq detallarının daha aydın nümayiş etdirilməsi üçün xüsusi işıqlandırma həllərindən istifadə olunub. Daxili və xarici işıqlandırma sistemi İtaliyanın “Linea Light Group” şirkəti ilə əməkdaşlıq çərçivəsində reallaşdırılıb.

Müxbir - Günel Alıyeva

Fotoqraf - Orxan Kərimov

Operator - Vüsal Taqiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Sentyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri