Icma.az
close
up
RU
Tarzan Həşimov Vətəni canından əziz bildi FOTO

Tarzan Həşimov Vətəni canından əziz bildi FOTO

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

13 aprel Şəhid Tarzan Həşimovun doğum günüdür

4 gün çəkən, tarixi zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda vuruşub canlarını fəda edən igidlər sırasında Tarzan Qəhrəman oğlu Həşimovun adı da böyük iftixarla çəkilir. 1989-cu ildə dağlar diyarı Lerik rayonunun Bibihoni kəndində dünyaya göz açan elin bu, qəhrəman oğlu ürəyində neçə-neçə saf arzular yetkinlik yaşına çatır. Tarzan namuslu, ləyaqətli ailədə böyüdüyü üçün müstəqil həyatda ağlın qanadına arxalanır, yalnız yaxşı əməllərə üz tutur. Və yaşadığı cəmiyyətin içində qısa müddətdə etibardan, düz ilqardan hörmət də qazana bilir. Mənəviyyat fəlsəfəni Vətənə, torpağa sevgi, insana məhəbbət, böyüyə hörmət, halallığa tapınıb ömür sürmək kimi ali dəyərlər təşkili edən Tarzan yolunu azmış azğın erməni dığaların hərəkətlərini heç cür qüruruna sığışdıra bilmir. Elə 2007-ci ildə ordu sıralarına da onlardan qisas almaq istəyi ilə gedir.

Tarzan Həşimov Gəncə şəhərində xidmət edir. Vətənin namusunu, qeyrətini, şərəfini uca tutmaqla ona dayaq, sipər olmağı bacarır. Verilən tapşırıqları can-başla yerinə yetirir, əla xidmətə görə komandirlərin ən çox inandığı, hörmət bəslədiyi əsgər olur. Əsgər yoldaşlarına da həmişə bildirir ki, Vətəni sevmək, məqamında onun yolunda canından keçmək hamımızın müqəddəs borcudur.

Bəli, Tarzan əsgəri borcunu yüksək səviyyədə, nümunəvi qaydada başa çatdırıb doğma kəndə qayıdır. 2 il ailənin dolanışığı üçün halal zəhmətdən yapışır. Özünə gün-güzəran qurmaqla bərabər, nəcib istəyini, niyyətini sevdiyi el-obanın inkişafına yönəldir. Qaldı ki, cəbhə xəttindən gələn xəbərlər, quduz düşmənin ədalətsiz hərəkətləri onu yenidən hərbiyə bağlayır. Gizirlərin hazırlıq kursunu bitirir, Xüsusi Təyinatlı Qüvvələrin təlimlərində yüksək döyüşçü keyfiyyətləri göstərir. 2011-ci ildə gizir rütbəsində Xüsusi Təyinatlı Qüvvələr Qrupunun kəşfiyyatçısı təyin olunur. Yüksək vətənpərvərlik, insanpərvərlik dəyərləri Tarzanın fəaliyyətində əsas şərt sayılır. Onun kəşfiyyatda qorxmazlığı, çevikliyi, müşahidələrin düzgün analizi həmişə uğurlu alınır. Cəsur kəşfiyyatçı dəfələrlə hissəyə “əli dolu” qayıdır. Bütün bunlar nəzərə alınır və Tarzana Xüsusi Əməliyyat Taborunun Xüsusi Əməliyyat Qrupunun kəşfiyyatçısı vəzifəsi etibar edilir. Aprel döyüşlərində necə lazımdır dığalara gücünü göstərə bilir. Vətənini canından əziz bilən igid kəşfiyyatçı xidmət dövründə üçüncü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 iliyi” medallarına layiq görülür.

27 sentyabrda İkinci Qarabağ müharibəsi başlananda Tarzan Vətənin haqq çağırışına canla-başla gedir. Füzuli, Cəbrayıl rayonlarında hərbi kəşfiyyat işlərinə başlayır. Dığalarına gücünü göstərməklə hər gün yeni uğurlar qazanır. Torpağı qani ilə Vətən edən Tarzan kimi igidlərin hesabına tezliklə hər iki rayon düşmən tapdağından azad olunur. Tarzanın qalxdığı şəhidlik zirvəsi isə ona ölməzlik gətirir. Xalqın qürur yeri olmaqla, adı şanlı zərər tariximizə yazılır. Vətən torpaqları, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Tarzan Həşimov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medallarla təltif olunur.

Şəhidin həyat yoldaşı Mətanət xanım deyir:- Tarzan öz ailəsinə qarşı çox sədaqətli dolanırdı. Qızları Məsməyə, Höküməyə dediyi sözlərdən bal damırdı. Vətənin, xalqını bizdən də artıq sevirdi. 30 il ömür sürsə də, Vətən sevgisi Tarzana əbədi, solmaz bir həyat bəxş etdi. Mən onunla fəxr edirəm. Çalışacağam ki, qızları da Tarzan kimi Vətəni sevsinlər...

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 Aprel 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri