Icma.az
close
up
RU
Vətəni yaşadan Vətən oğlu FOTO

Vətəni yaşadan Vətən oğlu FOTO

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

28 yaşını yola salan ölümsüzlüyə qovuşan qəhrəman

İkinci Qarabağ müharibəsində xalqımızın mərd övladları Vətən torpaqlarının yağı tapdağından azadlığı naminə misilsiz fədakarlıq göstərdilər. Lənkəran rayonunun Şıxəkəran kəndində anadan olan Murad Vasif oğlu Abbasov da doğma Azərbaycanın müqəddəsliyini canından əziz tutmaqla şəhidlik zirvəsinə ucaldı. Beləcə, Vətən üçün doğulan Lənkəran elinin igid oğlu 22 yaşında yeni tarix yazmaqla bizlərə örnək oldu. İndi olduğu kimi, qərinələr keçəcək, gələcək nəsillər də Muradın adını qürurla çəkəcək...

2015-ci ildə qohum-qonşu öz vətənpərvər, ürəyi sevdalı oğlunu ordu sıralarına yola salanda o, deyir: “Darıxmayın, başınızı uca edib, sağ-salamat evə dönərəm.” Belə də olur. Vətənə böyük sevgisi, düşdüyü cəbhə bölgəsində nümunəvi xidməti əsgər Murada başucalığı gətirir. Bütün hərbi təlimlərdə fəal olur ki, məqamı gələndə döyüş meydanında düşməndən qisasını ala bilsin. 1il 6 aylıq əsgərlik həyatı başa çatanda: ”Dığaların ömrünə az qalır. Onlardan alacağım qisas gününü gözləyirəm. Yağının ilan başını əzəndə mən sizin yanınızda olaram”,-deyib hərbi hissədən çıxır.

Vətənini, xalqını ürəkdən sevən Murad bir müddət el-obası üçün çalışır. Gördüyü işə görə təmənna ummur. Xeyirxah əməlləri, ülvi, humanist keyfiyyətləri cəmiyyətdə ona yalnız hörmət qazandırır. Vətən torpaqlarını azad görmək istəyi, yağıya nifrət hissi bir qayda olaraq Muradı mübarizə meydanına səsləyir. Odur ki, 2020-ci il sentyabr ayın 27-də İkinci Qarabağ müharibəsi başlayanda ürəyi Vətənə sevdalanan gənc tərəddüd etmədən cəbhəyə yollanır.

Bəli, silaha sarılan Murad bir başa səngərə girib erməni dığalarla haqq savaşımıza başlayır. Müharibə meydanını hər dəfədə qələbə ilə tərk edir. Cəbrayılın, Qubadlının azadlığı naminə sözün əsl mənasında tarix yazır. İgid, cəsur döyüşçü yağılara endirdiyi sarsıdıcı zərbələrlə onların kabusuna çevrilir. Oktyabrın 23-ü də daxil olmaqla neçə-neçə erməni əsgərinin, erməni tankının axırına çıxır. Ağır döyüşlərin birində şəhid olsa da, Vətən naminə tökdüyü qan, 30 il əsarətdə qaldığı torpağın sinəsində qeyrətinə tapındığı doğma Azərbaycanımızın üç rəngli qələbə bayrağına dönür. Bu, igidlik Murad Abbasova isə əbədi bir ömür qazandırır.

İndi adı xalqın dilində qəhrəmanlıq simvoluna dönən Murad Abbasovun müharibədə göstərdiyi şücaəti nəzərə alaraq dövlət də öz növbəsində onu “Vətən uğrunda”, Cəbrayılın və Qubadlının azadlığına görə medallarına layiq görübdür.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Aprel 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri