tasionar telefon dövrü başa çatdı
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Finlandiya naqilli telefon rabitəsi dövrü ilə rəsmən vidalaşır.
"Yeni Sabah" xəbər verir ki, iyulun 1-dən ölkənin ən böyük telekommunikasiya operatoru "Elisa" stasionar telefon xətlərinə xidmət göstərməyi dayandıracaq.
Beləliklə, Finlandiyanın digər aparıcı telekommunikasiya şirkətləri olan "Telia" və "DNA" da daha əvvəl analoji qərar qəbul etdiklərindən, ölkədə artıq stasionar telefon rabitəsi xidməti göstərən heç bir iri operator qalmayacaq. pizza sifarişi
Telekanalın məlumatına görə, Finlandiyada naqilli telefon şəbəkəsi XIX əsrin sonlarından fəaliyyət göstərirdi. Lakin son onilliklərdə mobil rabitənin geniş yayılması nəticəsində stasionar telefon istifadəçilərinin sayı kəskin şəkildə azalıb.
2026-cı ilin əvvəlinə "Elisa" şirkətinin cəmi bir neçə min aktiv naqilli telefon bağlantısı qalmışdı. Şirkət artıq bir neçə ildir ki, bu xidmət üzrə yeni qoşulmalar da həyata keçirmirdi.
Son illərdə stasionar telefon şəbəkəsindən əsasən ev telefonları, faks rabitəsi və liftlərdə quraşdırılmış fövqəladə əlaqə qurğuları üçün istifadə olunurdu./Oxu.az
Baxış sayı:44
Bu xəbər 30 İyun 2026 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















