Tataloya hökm oxunub: İranda müğənniyə edam cəzası verilib
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sənətçi Məhəmməd peyğəmbəri söyməkdə təqsirli bilinib və bu, belə sərt hökmün verilməsinə səbəb olub
İran məhkəməsi Tatalo adı ilə tanınan məşhur müğənni Əmir Hüseyn Maqsudlu haqqında ölüm hökmü çıxarıb. AYNA xarici mediaya istinadən bildirir ki, sənətçi söyüşdə təqsirli bilinib və bu, belə sərt hökmün verilməsinə səbəb olub.
İslahatçı “Etemad” qəzeti xəbər verib ki, Ali Məhkəmə prokurorun söyüşə görə daha əvvəl verilən beş il həbs cəzasına etirazını təmin edib.
“İşə yenidən baxılıb və bu dəfə təqsirləndirilən şəxs peyğəmbəri təhqir etdiyinə görə ölüm cəzasına məhkum edilib”, - deyə məlumatda bildirilir.
Söhbət İslam peyğəmbəri Məhəmməddən gedir.
Həmçinin qeyd olunub ki, hökm hələ qanuni qüvvəyə minməyib və ondan apellyasiya şikayəti verilə bilər.
37 yaşlı musiqiçi 2018-ci ildən İstanbulda yaşayırdı. Lakin 2023-cü ilin dekabrında Türkiyə rəsmiləri tərəfindən İrana təhvil verilib. O, ekstradisiya edildiyi gündən İranda həbsdədir.
Tatalo həmçinin "fahişəliyi təbliğ etdiyi üçün” 10 il həbs cəzasına məhkum edilib. O, həmçinin İslam Respublikası əleyhinə "təbliğat" aparmaqda və "ədəbsiz məzmun" dərc etməkdə ittiham olunur.
Qeyri-adi üslubu, geniş döymələri və rep və pop ifaçısı kimi tanınan müğənni İranda uzun müddətdir populyarlığını qoruyub saxlayır. O, əvvəllər hətta onu gənc və liberal iranlıları cəlb etmək üçün bir vasitə kimi görən mühafizəkar siyasətçilərin dəstəyini qazanmışdı.
2017-ci ildə Tatalo İranın mərhum ultra-mühafizəkar Prezidenti İbrahim Rəisi ilə görüşüb. Televiziyada nümayiş olunan görüş tənqidlərə səbəb olmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 20 Yanvar 2025 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















