Icma.az
close
up
RU
Taxt tacdakı kosmopolit: Roma imperatoru Karakalla tarixə necə düşdü?

Taxt tacdakı kosmopolit: Roma imperatoru Karakalla tarixə necə düşdü?

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər bir imperiyanın tarixində elə bir an gəlir ki, ən böyük ölçüsünə və ən böyük çiçəklənməsinə çatdıqdan sonra dağılmağa başlayır. II əsrin əvvəllərində də Roma imperiyasının ərazi genişlənməsinin son həddinə çatdığı aydın oldu. Romalıların işğal edəcəkləri yer qalmamışdı. Qalib müharibələr dayandı, qul axını azaldı. II əsrin sonlarında qulların sayı, ümumiyyətlə, azaldı və iqtisadi böhran rəvan şəkildə imperiya ideologiyasının böhranına gətirib çıxardı.

Bu dövrdə, 186-cı il aprelin 4-də Qalliyanın Roma şəhəri Luqdunumda (indiki Lion) Severan sülaləsinin gələcək birinci imperatoru Septimiya Sever və onun ikinci arvadı Yuliya Domna ilk övladlarını dünyaya gətirdilər. Bu adam tarixdə soyadı Lusi Septimiy Bassian, hətta filosof imperator Mark Avrelinin şərəfinə atasının qoyduğu kimi Mark Avreliy Antonin adı ilə deyil, Karakalla ləqəbi ilə tanınmışdı. Aşkar bir psixopat olan Karakalla Qədim Roma tarixində demək olar ki, dönüş nöqtəsi oldu. İmperatorluğu Trayan və Avqust dövrlərinin şöhrətinə qaytarmaq istəyən və özünü yeni makedoniyalı İsgəndər kimi görən Lusi Septimiy Bassian tarixdə yalnız Karakalla hamamlarının inşaatçısı kimi qaldı və bir evdə…məişət otaqlarının birincə öldürüldü.

Septimiy Sever ölümü zamanı Roma şəhəri yeddi illik taxıl və bütün İtaliyaya beş il bəs edəcək yağ ehtiyatına malik idi. Britaniya Eborakumunda (müasir York) vəfat edən Sever dedi: “Hər yerdə vətəndaş qarşıdurması ilə parçalanmış bir dövləti ələ keçirdim və hətta Britaniyada da onu sülh şəraitində qoyuram. Ayaqları ağrıyan qoca olaraq mən oğullarıma əgər layiqdirlərsə, güclü, layiq deyillərsə, zəif bir hakimiyyət qoyuram”.

Ölən Sever Bibliya qəhrəmanları Kain və Avel haqqında çətin ki, bilirdi, lakin o, oğullarına bunları vəsiyyət etdi: “Bir-birinizlə mübahisə etməyin və döyüşçüləri sevindirin, hər kəsə məhəl qoymayacaqsınız.” O, Karakalla və ikinci oğlu Getanı şərikli imperator etdi. Elə bütün problemlər də buradan başlandı.

Qədim tarixçilər taxt-tacın bu varislərini belə təsvir edirlər: "Uşaqlıqda Karakalla mülayim xasiyyəti və mehribanlığı ilə seçilirdi. Lakin böyüdükdən sonra özünə qapalı, küt və təkəbbürlü oldu”. Geta “sərt xasiyyətli, lakin həyasız olmayan, xəsis, sözlərin mənasını tapmaqla məşğul olan, ləzzətli və ədviyyatlı şərabı sevən yaraşıqlı bir gənc idi”.

Ataları tərəfindən hüquqlarını zorla bərabərləşdirən qardaşlar uşaqlıqdan düşmən idilər və yaşlandıqca onların rəqabəti həqiqətən patoloji səviyyəyə çatdı. Atalarının ölümündən sonra gənclər onun külü ilə Romaya tələsdilər. “Onlar bir yerdə qalmadılar və eyni masada yemək yemədilər - bir qardaşın digərinin yeməyini ölümcül zəhərlə zəhərləyəcəyinə dair çox güclü bir şübhə var idi”.

Romada imperator Severin təntənəli dəfni və ilahiləşdirilməsindən sonra Geta və Karakalla imperator sarayını böldülər və “hər ikisi görünməyən bütün keçidləri möhürləyərək orada yaşamağa başladılar: “Onlar yalnız küçəyə və həyətə aparan qapılardan sərbəst istifadə edirdilər və hər biri qapı önünə öz mühafizəsini qoydu”.

Nifrət qarşılıqlı və tamamilə açıq idi: hər biri digərindən qurtulmağa çalışırdı. Romalı Herodian yazır ki, “Romalıların çoxu Getanın tərəfinə keçməyə meylli idi, çünki o, layiqli insan təəssüratı yaradırdı: o, təvazökarlıq və mülayimlik nümayiş etdirirdi... Karakalla isə hər şeydə qəddarlıq və əsəbilik nümayiş etdirirdi”.

İmperator qardaşları bu dünyada bir-birlərinə o qədər yaxın hiss edirdilər ki, hətta imperiyanı parçalamağı belə düşünürdülər. Paytaxtı Roma olan Qərb Karakallaya, mərkəzi Antakyada (müasir Türkiyədə Antakya) olan Şərq və ya İsgəndəriyyə Getaya qalacaqdı. Amma ana onları bir-biri ilə barışdırmaqda aciz olsa da, qardaşları imperiyanı parçalamaq fikrindən daşındıra bildi.

Sonra Karakalla birbaşa qətlə qərar verdi: o, Getanı, guya barışmaq üçün anasının otağına dəvət etdi və silahsız qardaşını yüzbaşılarının əlləri ilə öldürdü. Bunun ardınca Karalla yataq otağından qaçaraq “naməlum sui-qəsd cəhdindən” çətinliklə xilas olduğunu qışqırdı. Amma Romada bu fəryadlara kim aldana bilərdi?

Qətlin səbəbi çox güman ki, təkcə əsassız nifrət deyildi. Geta qardaşından daha ağıllı idi, daim yazıçıların və mütəfəkkirlərin əhatəsində idi və senatorlar tərəfindən daha çox sevilirdi. Və daha pisi o idi ki, Geta daha çox atasına bənzəyirdi. Karakallanın 23, Getanın 22 yaşı var idi. 212-ci ilin qışı idi. Karakalla xilası və avtokratiyası üçün hər əsgərə 2500 drahma verəcəyini və onların payını bir yarım dəfə artıracağını vəd edərək düşərgəyə qaçdı. Beləliklə, atasının 18 ildə topladığını bir gündə payladı.

Karakalla Getanı xatirələrdən də silməyə başladı. O, qətlə yetirilən adama rəğbət bəslədiyindən şübhələndiyi şəxslərlə nəinki amansız davrandı, həm də onun portretlərinin ailə şəkillərindən silinməsini əmr etdi. 

Karakalla sevmədiyi arvadı Plautilla ilə də adil davranmadı: 205-ci ildə onu sürgünə göndərdi və 212-ci ildə öldürülməsini əmr etdi. Plautillanın taleyini onun yaxınları da bölüşdülər. “Geta işi”ndə repressiyaya məruz qalanların sayının 20 min nəfər olduğu təxmin edilir - dostlar, senatorlar, cəngavərlər, qulluqçular, əyalət qubernatorları, zabitlər, sıravi əsgərlər, hətta Geta-nın azarkeş etdiyi təkərli “komandanın” arabaçıları. 

İndi, bu qısa, arıq, qıvrım qara saçlı və açıq psixopatiyalı gəncin qarşısında İsgəndəriyyə ilə bərabər möhtəşəm bir imperiya var idi. 

KaraKalla həqiqətən “dünya vətəndaşı” və kosmopolit olan ilk imperator idi, baxmayaraq ki, müasirləri onu yaramaz biri hesab edirdilər. Dion Kassiy yazırdı: “O, bütün almanlara qalib gəldi və onlarla dost oldu”. - Çox vaxt Roma paltarını çıxararaq alman paltarı geyinirdi və o, almanların özlərinin geyindiyi kimi gümüş naxışlı paltarda görünürdü. O, saçlarını sarışın edirdi, alman üslubunda darayırdı. Barbarlar bütün bunlara sevinir və onu hədsiz dərəcədə sevirdilər”. 

Bundan əlavə, Karakalla Misir İsidinə canfəşanlıqla sitayiş edir və onun Romada məbədlərini tikir, Şərqdə isə özünü bütün dünyanı fəth edən və ona universal vətəndaşlıq verən Günəş tanrısı və ya makedoniyalı İskəndərin timsalında təsəvvür edirdi.

Gənc imperator əsgərlərə səxavətlə pul verir, yeməklərini yeyir, onlarla yanaşı gedirdi, bu da təbii olaraq qoşunlar arasında ona populyarlıq qazandırırdı. Atasının arzusunu yerinə yetirərək, əsgərlərin qayğısına qaldı - onların maaşını 675 dinara qaldırdı və veteranlara sədaqətini hər cür nümayiş etdirdi.

Karakallinin dinə “yeni” yanaşması son nəticədə 217-ci il aprelin 8-də onun ölümü ilə nəticələndi. “Hər zaman hər kəsdən sui-qəsdçi olduğundan şübhələnən imperator  tez-tez kahinlərlə məsləhətləşirdi,qurbanlar verirdi... lakin bütün bunlar ona kömək etmədi.

Ay tanrısının məbədini ziyarət etmək üçün Krakalla Edessadan (indiki Urfa, Türkiyə) Karreyə (indiki Haran, Türkiyə) gedərkən yolda dayanır və təbii ehtiyacını ödəmək istəyir. Bu zaman əsgər Marsialiy imperatorun təhlükəsizliyinə cavabdeh olan qvardiya rəisi Makrinin əmrini yerinə yetirir: imperatora xəncərlə zərbələr endirir. Bundan sonra mühafizəçilər həm ölümcül yaralanmış imperatoru, həm də əsgər Marsialiyi qətlə yetirdilər. 

Qəribədir ki, hamı hər şeyi bilirdi. Karakalla çoxdan Makrindən şübhələnirdi, Makrin də imperatorun onun qətlini hazırladığını bilirdi. İş elə gətirdi ki, mühafizə rəisi daha cəld və erkən hərəkətə keçdi. Qətlin təşkilatçısı Makrin, əlbəttə ki, imperator elan edildi və öz oğlunu şərikli hökmdar kimi götürdü. 

Yeni imperator sadə döyüşçülərdən, bəlkə də hətta azad edilmiş hərbçi-qullar biri idi. Əsgərləri narahat etməmək üçün Makrin qoşunlara böyük maaş verdi. Romada “hamı Makrinin hakimiyyətə keçməsinə o qədər də sevinmirdi, çünki hamı Karakalladan qurtuluşu açıq şəkildə qeyd edirdi”. Əlbəttə, Makrin də tezliklə öldürüldü.

İyirmi doqquz yaşlı İmperator Karakallanın külü Romaya göndərildi və Hadrian məqbərəsində (indiki Castel Sant'Angelo) yerləşdirildi. Antonin 218-ci ildə ilahiləşdirildi. O vaxtlar qəbir daşlarına tez-tez yazırdılar: “O, orada deyildi, yaşadı, getdi”. 

Hazırladı:

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Mart 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see325

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see279

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see271

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see262

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see258

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see256

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see256

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see247

Bir həftədə Moskvaya 2 mindən çox PUA ilə hücum cəhdi edilib

20 Sentyabr 2026 06:17see244

Olqa Buzova əməliyyatdan qalan izlərini gizlətdiyini açıqladı

20 Sentyabr 2026 05:14see221

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see215

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

20 Sentyabr 2026 05:14see215

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see213

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see205

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see203

Asfalt örtüyü dəyişdirilən yolların xətlənməsi niyə yubanır? Video

20 Sentyabr 2026 04:07see202

İş dəftərləri alınmalıdır, yoxsa yox? Rəsmi qurumdan cavab VIDEO

20 Sentyabr 2026 03:28see189

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see188

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see188

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri