Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Tbilisi olayları: Ocağın altı hələ yanır ANALİZ

Tbilisi olayları: Ocağın altı hələ yanır ANALİZ

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gürcüstan hakimiyyəti yaxın 2-3 gündə etirazları yatıra bilsə, vəziyyət sabitləşəcək


Tbilisidə yenidən hökumətə qarşı etiraz aksiyaları başlayıb. Yüzlərlə insan parlament binası qarşısına toplaşmağa başlayıb. Polis qüvvələri ərazini nəzarətdə saxlayır. Gürcüstan Daxili İşlər Nazirliyinin müavini Aleksandr Darahvelidze deyib ki, Tbilisidəki etiraz aksiyalarında Daxili İşlər Nazirliyinin 143 əməkdaşı xəsarət alıb:

 "Nazirlik hər bir polis əməkdaşının həyatının qorunması üçün bütün tədbirləri görür. Pirotexnikanın istifadəsi xüsusilə təhlükəlidir, çünki bu, çox ağır xəsarətlərə səbəb olur". O, etirazçılara zorakı hərəkətləri dayandırmağa və qanunu pozmamağa çağırıb. Qeyd edək ki, 28 noyabrda Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlüklə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığı barədə açıqlamasından sonra Tbilisidə müxalifətin genişmiqyaslı aksiyaları sistemli hal alıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze etirazlarla bağlı deyib ki, "Maydan" cəhdi iflasa uğrayıb. Onun sözlərinə görə, bu cəhdlər uğursuzluğa məhkumdur: "Bu, həmin insanların yerinə yetirdiyi son tapşırıqdır, hər şey nəzarət altındadır, "Maydan" iflasa uğrayıb, ölkənin maraqları əvvəldən axıra kimi qorunacaq". Avropa Şurasının Baş katibi Alen Berset Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Prezidenti Salome Zurabişvili ilə telefon danışığı aparıb. Baş katib danışıqlar zamanı Gürcüstanda baş verənlərlə bağlı narahatlığını ifadə edib. Berset bütün tərəfləri eskalasiyadan çəkinməyə çağırıb. O, həmçinin nümayişlər zamanı hüquq-mühafizə orqanlarının həddən artıq güc tətbiq etmələri ilə bağlı yayılmış məlumatların araşdırılmasının vacibliyini vurğulayıb. Avropa Şurasının Gürcüstan nümayəndəliyindən bildirilib ki, baş katibin tezliklə Tbilisiyə səfəri gözlənilir. Gürcüstan Patriarxlığı Prezident Salome Zurabişvilini və digər şəxsləri ölkədə genişmiqyaslı etirazların keçirildiyi günlərdə dedikləri hər sözə görə daha çox məsuliyyət daşımağa çağırıb. Bildirilir ki, məsuliyyətsiz bəyanatlar və sözlər hamı üçün faciəvi nəticələrə səbəb ola bilər: “Gürcüstan prezidentinin X sosial şəbəkəsində “kədərli və həyəcanlı” bəyanatı yayılıb. Prezidentin bəyanatında deyilir ki, universitetlərdən sonra aksiyalara həmrəylik bildirmək növbəsi məktəblərə çatır. Belə bir şəraitdə məktəblilərin və ümumiyyətlə, yetkinlik yaşına çatmayanların bu işə cəlb edilməsinə çağıran hər hansı bəyanat verilməməli, xüsusən də bir ölkə prezidenti tərəfindən nəzəri olaraq cəmiyyətdə qütbləşmə və nifrətin azaldılmasına çalışılmalıdır. Gələcək nəsillərin sağlamlığına zərər verilməsi son dərəcə narahatedicidir”.


Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov Sherg.az-a  deyib ki, gürcü cəmiyyəti siyasi partiyalarla bağlı mövqedə qəti olmasa da, Avropa İttifaqının üzvü olmaqda qətidir. Hakimiyyət isə etirazçılara qarşı sona qədər mübarizə aparmaqda israrlıdır: 

"Gürcüstandakı siyasi parçalanma iki düşərgənin ölkənin xarici siyasətinə fərqli baxışları ilə bağlıdır. Parlament seçkilərindən sonra etirazlar olsa da, müxalifətin tərəfdarları onların istədikləri sayda deyildi. Lakin bugünlərdə Baş nazir Kobaxidzenin "Gürcüstan 2028-ci ilə qədər Aİ-yə üzvlük məsələsini dondurur" bəyanatı əvvəlki mitinqlərdən fərqli olaraq daha çox insanı meydanlara yönəltdi. Maraqlısı budur ki, Kobaxidze Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin 2013-cü ilin noyabrında “Aİ ilə assosiativ sazişə hazırlığın dayandırılması” ilə bağlı bəyanatını demək olar ki, sözbəsöz təkrarladı. Bundan sonra insanlar küçələrə axışdı. Nəticə göz qabağındadır. Gürcüstanın iri şəhərlərində minlərlə insan küçələrdə polislərlə üz-üzədir. Parlament seçkilərindən sonra bu kütlənin yarısı belə küçələrdə yox idi. Deməli, mitinqçilərin arxasında kimin olmasından asılı olmayaraq, bir həqiqəti demək lazımdır. Bu gün dünyada ən cəlbedici sayılan Aİ tərzində yaşam gürcülərin arzusudur. Lakin məlumdur ki, Aİ və Qərbin cəlbedici dəyərləri Avrasiyanın ortasında yerləşən qeyri-avropalılar üçün bəzən cənnət deyil, cəhənnəm gətirir. İndi hamının sualı budur, küçədəki insanlar təbii, yoxsa planlaşdırılmış ssenari üzrə iğtişaşlarda iştirak edir? Fakt odur ki, bu etirazların "rəngli inqilab"ın ilkin şərtlərinə bənzəməsi ssenarisini nəzərdən qaçıra bilmərik. Qərb QHT-ləri və siyasi təşkilatları tərəfindən dəstəklənən müxalif qüvvələr əhalinin narazılığından fəal şəkildə istifadə edirlər. Müxalifət, Ukraynada olduğu kimi siyasi hakimiyyəti satqınlıqda və Rusiyanın maraqlarına xidmət etməkdə günahlandırır". 

Z.Məmmədova görə, hadisələr doğrudan da, Ukraynada 10 il əvvəl baş verənləri xatırladır: 

"Kobaxidze öz bəyanatında vurğulayıb ki, Ukrayna “Maydan” ssenarisi Gürcüstanda təkrarlana bilməz. Gürcüstan hakimiyyəti yaxın 2-3 gündə etirazları yatıra bilsə, vəziyyət sabitləşəcək. Lakin bir fakt göz qabağındadır. Ocağın altı yanır və onun alovlanması bu gün olmasa da, bir neçə il sonra baş tuta bilər. Deməli, ocağın özü ilə haqq-hesabı aparmaq lazımdır. Bu hadisələr, bir daha onu göstərir ki, hələ 2003-cü ildə Prezident İlham Əliyevin başladığı ideoloji daxili və xarici siyasət bizi hansı bəlalardan qurtardı". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Dekabr 2024 01:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see567

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see416

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see388

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see321

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see307

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see283

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see259

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see258

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see253

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see237

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see237

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see232

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see231

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see225

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see204

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see204

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see193

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see191

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see189

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri