Icma.az
close
up
RU
Cənubi Qafqazın yaraları

Cənubi Qafqazın yaraları

Icma.az bildirir, 525.az portalına istinadən.

Sosial bərabərlik və insan hüquqları bütün dövrlərdə filosof, tarixçi və hüquqşünasların əsas araşdırma mövzusu olub. Müasir dövrümüzə gəlib çatmış elmi traktatlarda bu məsələ ilə bağlı təsvir olunan yeni baxışlar cəmiyyətdə hər zaman rezonans doğurub, lakin əksər hallarda hakim elitanın strategiyasına uyğun gəlmədiyi üçün qarşısı alınıb.
Yeni ideyaları reallığa çevirmək və mövcud qaydaları dəyişdirmək məqsədilə kütlə zaman-zaman müxtəlif hərəkatlar təşkil edib, nəticədə cəmiyyət özü üçün yeni liderlər seçib. Hakimiyyətə və mülkiyyətə münasibətləri dəyişdirməyə də  məhz həmin liderlər müvəffəq olublar. Məsələn, tarixdə hər şeyin iki dəfə baş verməsi ilə bağlı ilk fikrin müəllifi Hegel olsa da, “Dünyanın bütün böyük tarixi hadisələri və şəxsiyyətləri təkrarlanır – birinci dəfə faciə, ikinci dəfə fars kimi” söyləyən Karl Marks bu nəzəriyyəni daha da aydın izah edərək adını tarixə yazıb. Hegel hesab edirdi ki, tarixi təkrarlar təsadüfi deyil, əvvəllər sadəcə ehtimal kimi görünən hadisə sonradan əsl reallığa çevrilir və cəmiyyət tərəfindən qəbul olunur. Marks isə söyləyirdi ki, birinci baş vermiş hadisə gerçək idealları və böyük dəyişiklikləri təmsil etdiyi üçün bir faciədir. Tarixi öyrənməyib bu hadisələri təqlid etməyə çalışanlar isə gülünc təqlidçi olduqları üçün fars (komediya) yaratmış olurlar.

Bundan əlavə, yeni ideya və konsepsiyaların banisi, kapitalizmin mahiyyətini anlamaq üçün hələ də həlledici əhəmiyyət kəsb edən nüfuzlu "Kapital" əsərinin müəllifi olan Karl Marks təkcə Avropanın deyil, həm də bir çox xalqların, o cümlədən bir qədər modernləşdirilmiş formada SSRİ-nin inkişafında əsas rol oynamış ideyaları geridə qoydu. Lakin obyektiv amillərə görə, 1990-cı illərin əvvəllərində imperiya dağıldı, nəticədə beynəlxalq hüquq subyektlərinin təsiri və ayrı-ayrı xalqların güclü iradəsi altında yeni müstəqil dövlətlər meydana çıxdı. Əslində bu prosesin özü də ilkin kapitalist reallığı şəraitində hakimiyyətə gələn yeni elitanın fəlsəfi düşüncə tərzində həmişə xoş qarşılanmırdı, yəni cəmiyyətin əmlak bölgüsündə mütləq nəzarətinin olmaması, dəyərin mənfəət əldə etmək məqsədi ilə yeni dəyər əldə etmək üçün istifadə edilməsi, təbii ki, bu dövlətlər arasındakı münasibətlərə təsir göstərmiş və həm iqtisadi, həm də sosial toqquşmalara, daha sonra isə birbaşa hərbi müdaxiləyə səbəb olmuşdu.

Karl Marksın dünya mentalitetində iz buraxan fikirlər ifadə etdiyi bir vaxtda, Xaçatur Abovyan "Ermənistanın yaraları" adlı tarixi romanını qeydə alaraq öz xalqının yalanlarını ifşa edir. “Bizim dil ən azə əlli faiz türk sözlərindən ibarətdir” deyən erməni tarixçisi öz xalqının əsrlər boyu uydurduğu bir çox yalanları bu əsərdə etiraf edir. Təbii ki, Cənubi Qafqaz xalqlarını bir-birinə qarşı çıxarmaq, tarixi həqiqətlərdən uzaq yalan hekayələr uydurmaq "parçala və hökmranlıq et" prinsipinin memarlarına yaraşırdı. Bu ideyalar müasir Ermənistanın siyasi reallıqlarına o qədər hopub ki, hətta Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da onları gizlədə bilməyib. O, Qarabağda kütləvi qətl, soyqırım törədən canilərlə görüşü zamanı Ermənistanı azərbaycanlılardan təmizləmək ideyasının 600 illik yaşı olduğunu etiraf edib. Təsadüfi deyil ki, böyük Zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin bitməsindən beş ildən çox vaxt keçsə də, hələ də sülh müqaviləsi imzalanmayıb. Bu işdə Brüssel, Moskva, Vaşinqton və digər qlobal oyunçuların əvəzsiz rolu var. Yalançı Minsk Qrupu qalıqlarının təxribatçı manevrlərinə baxmayaraq, Azərbaycan sülh danışıqları potensialını inamla nümayiş etdirərək 8 avqust 2025-ci ildə Vaşinqtonda saziş imzaladı. Beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan bu saziş Azərbaycanın ideyası idi. Prezident İlham Əliyev Cənubi Qafqazda həqiqətən yeni bir geosiyasi vəziyyət yaratdı. Beynəlxalq hüquq prinsiplərinə sadiq qalaraq, o, yenidən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen ilə görüşündə Cənubi Qafqazda sülhün bərqərar olması əzmini ifadə etdi. Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyənlər, müharibələrin alovunu yenidən alovlandırmaq üçün hər cür təxribata əl atmağa hazır olan qüvvələr isə hələ də xam xəyallarla yaşayırlar. Azərbaycan hərbi cinayətlər törətmiş şəxslərin məhkum edilməsi üçün sivil, yüksək standartlara uyğun prosedur həyata keçirməklə beynəlxalq hüququn tələblərinə riayət etdiyini açıq-aşkar nümayiş etdirdi. Təbii ki, müharibə carçıları və başqa xalqlara köləliyi rəva görənlər bizim bu saf niyyətimizi, sivil jestimizi dərk etməzlər. Son bir neçə ildə Cənubi Qafqazda sülh və əmin-amanlığın bərqərar olması üçün bütün yaddaqalan və nəzərəçarpan addımlar məhz bizim tərəfimizdn atılıb. Bu gün Ermənistana neft məhsulları tədarük edən və tranzit yük daşınmasına icazə verən məhz Azərbaycandır.

İstintaq qrupunun rəhbəri kimi mən 1994-97-ci illərdə Azərbaycan vasitəsilə Ermənistana neft məhsullarının qaçaqmalçılığı ilə bağlı çoxsaylı cinayətləri araşdırmışam. O dövrdə həm Rusiyadan, həm də Azərbaycandan neft məhsulları daşınırdı. Prokurorluğun statistikasına 1700-dən çox qatar vaqonu daxil idi. Geniş çeşiddə cinayət sxemlərindən istifadə olunub, bu cinayətlərdə iştirak edənlərin bəziləri məhkum edilib, digərləri isə digər cinayətlərə görə cəza çəkir. Bu neft məhsulları Ermənistanın hərbi sənayesini qidalandırırdı. Lakin Karl Marksın dediyi kimi, əmtəə-pul-əmtəə sxeminin mövcud olmaq hüququ var idi. İndi xalqlarımızın qanuni ticarət etmək imkanı var. Və bu, həqiqətən də doğru və arzuolunandır.

Görünür, baş nazir Nikol Paşinyanın mifik “Böyük Ermənistan" ideyasını ifşa etməsi cəmiyyət tərəfindən də dəstəklənir.  Əks halda  Ermənistanda keçirilən 7 iyun parlament seçkilərində baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyası səslərin mütləq əksəriyyətini qazanaraq lider olmazdı. Bu o deməkdir ki, erməni xalqı pulsuz naharla özünü "qəyyumluqdan" azad etmək istəyir. Beynəlxalq Cinayət Məhkəməsinin Qəzzadakı müharibə zamanı törədilməsi iddia edilən "hərbi cinayətlər" və "insanlığa qarşı cinayətlərə" görə həbsinə order verdiyi  İsrailin Baş naziri Benyamin Netanyahunun “erməni soyqırımını” tanımasına Paşinyanın verdiyi cavab onun əsl niyyətini bir daha ortaya çıxarmış oldu.  Ermənistanın baş naziri Nikol Paşinyana Netanyahu hökumətinin qondarma "erməni genosidini" tanıması barədə verilən sualla bağlı bildirib ki, buna cavab vermək rəsmi İrəvanın mənafeyinə uyğun deyil. N.Paşinyan İsrailin qondarma "erməni soyqırımı"nı tanıması təşəbbüsünə rəsmi İrəvanın reaksiya verməyəcəyini və bunu ehtiyac görmədiklərini bildirib. O, bu məsələnin siyasi alətə çevrilməsindən uzaq durmağın Ermənistanın maraqlarına və regional barış vizyonuna uyğun olduğunu vurğulayıb. Nikol Paşinyanın bu "etiraf"a verdiyi cavab onun regionda sülhün tərəfdarı olduğunu, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı isə Azərbaycanın Cənubi Qafqazda sülhü bərpa etmək öhdəliyini bir daha nümayiş etdirmiş oldu.


İlham MƏMMƏDOV
Təqaüddə olan ədliyyə polkovniki 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://525.az
archiveBu xəbər 07 İyul 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri