Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
Icma.az bildirir, Milli.az portalına istinadən.
Tbilisidəki uşaq bağçalarında baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə əlaqədar araşdırma başladılıb.
Milli.Az xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, Tbilisidəki 20 uşaq bağçasından 55 uşaq və bir əməkdaşda zəhərlənmə əlamətləri müşahidə olunub.
Onlar paytaxtdakı altı tibb müəssisəsinə müraciət ediblər.
İstintaq çərçivəsində artıq valideynlər və həkimlər dindirilib. Gecə saatlarında dörd uşaq bağçasında və bu müəssisələri ərzaqla təmin edən şirkətlərdə axtarışlar aparılıb.
"Zəhərlənmə, ehtimal ki, bağçalarda qəbul edilən qidadan qaynaqlanan bakterial infeksiya ilə əlaqəli ola bilər. Zəhərlənməyə səbəb olan konkret məhsul müvafiq analizlərin nəticələri əsasında müəyyən ediləcək, - nazirliyin məlumatında qeyd olunub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Baxış sayı:93
Bu xəbər 18 Sentyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















