Tbilisidə etiraz aksiyalarında saxlanılanların 30 faizi xarici ölkə vətəndaşlarıdır AZƏRTAC
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Tbilisi, 3 dekabr, AZƏRTAC
Tbilisidə keçirilən etiraz aksiyalarında saxlanılanların 30 faizi xarici ölkələrin vətəndaşlarıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının icraçı katibi Mamuka Mdinaradze bu gün keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, təkcə bir gecədə saxlanılan 10 nəfərdən 8-i xarici ölkə vətəndaşlarıdır. Saxlanılanlar arasında Rusiya, ABŞ, Böyük Britaniya və Niderland vətəndaşları var. M.Mdinaradze deyib: “Ən radikal etirazçılar arasında xarici vətəndaşlardan əlavə, keçmiş Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan üçün” və “Birləşmiş Milli Hərəkat” partiyasının fəalları da olub”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Baxış sayı:61
Bu xəbər 03 Dekabr 2024 20:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















