Icma.az
close
up
RU
Tbilisidə hökumət əleyhinə növbəti mitinq keçirilir

Tbilisidə hökumət əleyhinə növbəti mitinq keçirilir

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə mitinq üçün bir neçə min insan toplaşıb.

Bizimyol.info xəbər verir ki, bu barədə hadisə yerindən mətbuat məlumat verib.

Nümayişçilər Rustaveli prospektində parlamentin qarşısındakı meydanda toplaşıblar. Artıq prospekt də bağlanıb. Etirazçıların əsas tələbi hökumətin istefasıdır. Bəzi etirazçılar parlamentin əsas girişindəki dəmir hasara daş və digər əşyalar vurublar.

Parlament binası yaxınlığında ağır polis dəstələri növbə çəkir. Polislə toqquşma yoxdur.

Gürcüstanda son iki gündə kütləvi etiraz aksiyaları keçirilib. Noyabrın 29-dan 30-na keçən gecə Tbilisidə Gürcüstan parlamentinin binasında keçirilən aksiyalar su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edən etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaya çevrilib. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin qeyd etdiyi kimi, bu, “etirazçıların sistemli zorakılığına” cavab idi.

Hər iki tərəfdən xəsarət alanlar var. İki gün ərzində polis təxminən 150 nəfər etiraz aksiyası iştirakçısını saxlayıb.

Etirazın səbəbi Kobaxidzenin noyabrın 28-də verdiyi açıqlama olub. O bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək və birliyin bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib. Hökumət başçısının sözlərinə görə, buna səbəb Aİ-nin ona qoşulmaq üzrə dialoqun başlanması ilə bağlı davamlı şantajı, parlamentin qəbul etdiyi bir sıra qanunların ləğv edilməsi tələbləri və Gürcüstan hakimiyyətinə qarşı sanksiyaların tətbiqinə çağırışlar olub.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 30 Noyabr 2024 20:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri