Icma.az
close
up
RU
Tbilisinin 44 günlük müharibədəki addımı Kavelaşvili Bakıda göstərdi

Tbilisinin 44 günlük müharibədəki addımı Kavelaşvili Bakıda göstərdi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilk xarici səfərini aprelin 15-də Azərbaycana etdi. Aprelin 16-da Prezident İlham Əliyev gürcüstanlı həmkarını qəbul etdi və liderlər arasında təkbətək görüş oldu.

Görüşdən sonra liderlərin mətbuata bəyanatları diqqət çəkib. Əvvəlcə deyim ki, Gürcüstan Azərbaycanın regionda ən etibarlı tərəfdaşıdır. İki ölkə müxtəlif sahələrdə əməkdaşlıq edir, bir-birinin ərazi bütövlüyünə hörmət edir. Kavelaşvili Prezident İlham Əliyevlə mətbuata bəyanatında bu məsələyə toxunaraq “Gürcüstan və Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir və buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim” deyib.

Tbilisi həqiqətən də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Ermənistan-Azərbaycan arasında danışıqlarda konstruktiv mövqe sərgiləyib, yeri gəldikdə, vasitəçilik təklifləri irəli sürüb. 44 günlük müharibə zamanı Gürcüstan Rusiya və Qərbdən gələn yardımların Ermənistana keçidinə də imkan verməyib. Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü tanıyıb, Abxaziya, Osetiya münaqişələrində Tbilisini dəstəkləyib.

Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkədəki ən sabit və sülh tərəfdarı olan etnik azlıqdır. Gürcüstanda abxazlar, osetinlər, hətta ermənilər belə Rusiyanın təhlili ilə vaxtaşırı Gürcüstan dövlətinə qarşı separaçı fəaliyyət içərisində olsa da, yaşayan azərbaycanlılar hökumətə sadiq qalıb. Təbii ki, bu məsələdə Bakının sərgilədiyi mövqe də mühümdür.

Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixail Kavelaşvili ilə mətbuata bəyanatında deyib ki, “Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır”.

Həqiqətən də Gürcüstan və Azərbaycan regionda mühüm meqalayihələri birgə icra edir. Bunlardan ən önəmlisi TANAP layihəsidir. Hansı ki, bu layihə ilə rəsmi Bakı Avropanın enerji təminatında ildən-ilə mühüm oyunçuya çevrilir. Gürcüstan isə ötürücü ölkə olaraq mühüm paya malikdir. Təbii ki, Gürcüstanın Batum və Poti limanları da Azərbaycanın  dünya ticarətinə açılan pəncərələridir. Yəni iki ölkə arasında səmimi dostluqdan əlavə, həm də qarşılıqlı maraqlar çərçivəsində uğurlu əməkdaşlıq var.

Ümumiyyətlə, Gürcüstanın Azərbaycan üçün önəmini ölkə başçısının bu sözləri də gözəl ifadə edir: “Bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”.

Gürcüstanda son bir ildə baş verən daxili, siyasi proseslər də əslində Tbilisi-Bakı dostluğu baxımından mühüm sınaq oldu. Belə ki, 2024-cü idə Gürcüstanda baş verən parlament seçkiləri və sonrasında Qərbin reaksiyaları Tbilisinin daxili işlərinə müdaxilə kimi məsələlərdə Azərbaycan təmkinli mövqe sərgilədi. Azərbaycan Gürcüstanın daxili işlərinə müdaxilənin yolverilməz olduğunu dəfələrlə bəyan etdi, hətta seçkilərdə Azərbaycandan nümayəndələr də iştirak etdi. Mixail Kavelaşvilinin bu baxımdan səsləndirdiyi fikirlər diqqət çəkir:

“Təəssüf ki, son vaxtlar ölkələrimiz dəfələrlə ikili standartların və xarici qüvvələrin daxili işlərə müdaxiləsinin obyektinə çevrilib. Çoxsaylı səylərə baxmayaraq, biz bu təhlükələri qətiyyətlə aradan qaldırırıq, regionun təhlükəsizliyini və sabitliyini təmin edirik.

Heç bir üçüncü ölkə və ya təşkilatın xalqlarımız üçün nəyin yaxşı olduğunu bizdən yaxşı bilməsi mümkün deyil. Şadam ki, Azərbaycanla Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib”.

Yeni dünya düzənin formalaşdığı bir məqamda Bakı-Tbilisi münasibətlərinin daha da güclənməsi həm də regional aspektdən xüsusi əhəmiyyət kəsb edir.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Aprel 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri