Icma.az
close
up
RU
Tbilisinin əsas hədəfi...

Tbilisinin əsas hədəfi...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gürcüstan ərazi bütövlüyünə hansı yolla nail olmaq istəyir?

Qonşu və dost Gürcüstan müstəqillik və suverenlik yolunda çətin sınaqlardan keçir. Hazırda bu ölkənin ən əsas problemlərindən biri ərazi bütövlüyünün bərpası ilə bağlıdır. Bir sıra qlobal güc mərkəzləri Gürcüstanın ərazi bütövlüyü məsələsini arxa plana keçirməyə və yaxud ondan qonşu ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışsalar da, rəsmi Tbilisi torpaqlarının geri qaytarılmasında prinsipiallıq nümayiş etdirir. Son olaraq bu mövzuda Baş nazir İrakli Kobaxidze danışıb. O, “İmedi” telekanalına verdiyi müsahibəsində ölkənin ərazi bütövlüyünün bərpasının real hədəf olduğunu və bu məqsədə ardıcıl siyasət və səbr yolu ilə nail olmağın mümkünlüyünü bildirib.

“Qızılgül” inqilabının tikanlı meyvələri

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində məlum geosiyasi proseslərin fonunda öz müstəqilliklərini bəyan edən keçmiş ittifaq respublikaları üçün suverenlik yolu asan olmayıb. Xüsusilə də Qərbi təmsil edən mərkəzlər “yumşaq güc” vasitəsilə bu respublikalara nüfuz etməklə, cəmiyyətləri şirin vədlərlə ələ almaqla onları öz təsir dairəsinə salmağa çalışıblar. Bu məqsədlə milli hakimiyyətlərin devirilməsini hədəfləyən rəngli inqilablar ssenariləri hazırlanıb və həmin ssenarilər müxtəlif fondlar vasitəsi ilə idarə olunub.

Cənubi Qafqazda belə məkrli ssenarilərin “uğurla” həyata keçirildiyi ölkələrdən biri də Gürcüstandır.  2003-cü ilin oktyabrında Gürcüstanda hazırda həbsdə olan sabiq prezident M.Saakaşvilinin liderliyi ilə Qərb tərəfindən dəstəklənən “Qızılgül inqilabı” baş verdi. O, 15 yanvar 2004-cü ildə keçirilən  prezident seçkilərinin nəticələrinə əsasən dövlət başçısı seçildi. M.Saakaşvili 5 yanvar 2008-ci ildə baş tutan növbədənkənar seçkilərdə yenidən qələbə çaldı.  Gürcüstanda M.Saakaşvilinin prezidentlik erası 2013-cü ildə başa çatdı.

Gürcü xalqının bugünkü nəslinə miras qalan ərazi itkiləri məhz bəhs etdiyimiz “Qızılgül inqilabı”nın tikanlı meyvələridir. Rəngli inqilab dalğasında hakimiyyətə gələn komanda regional amilləri nəzərə almadan birmənalı olaraq Qərbyönümlü siyasət həyata keçirir və Rusiyaya qarşı açıq bəyanatlar səsləndirirdi. Bu, əslində diletant bir yanaşma idi və fəsadları da gözlənildiyi kimi ağır oldu. Belə ki, 2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arasında qısamüddətli müharibə baş verdi və qonşu ölkə ağır məğlubiyyət acısı yaşadı - torpaq itkilərinə məruz qaldı. Artıq həmin vaxtdan etibarən rəsmi Tbilisinin zamanında Gürcüstanın muxtar qurumları olan Cənubi Osetiya və Abxaziya ilə əlaqələri tam kəsilib.

Bununla belə, Gürcüstanın hazırkı iqtidarı ərazi bütövlüyünə nail olacağına əminliyini ifadə edir və müxtəlif beynəlxalq platformalarda bu məsələni gündəmə gətirir.  “Gürcü arzusu” partiyasını təmsil edən hakim komanda ölkənin indiki imkanları fonunda müharibə ssenarisinin təkrarlanmasını istisna edir. Bunu İrakli Kobaxidzenin son açıqlamasından da görmək mümkündür. Baş nazirin sözlərinə görə, Gürcüstan çox çətin siyasi və iqtisadi vəziyyətlərlə üzləşsə də, ölkə müharibədən qaçaraq, sabitlik və sürətli iqtisadi inkişafı təmin edə bilib. İ.Kobaxidze bildirib ki, siyasətlə məşğul olan hər şəxs fəaliyyətinin ölkənin inkişafına uzunmüddətli təsir göstərməsini təmin etməlidir. “Hesab edirəm ki, siyasətdə olan istənilən şəxs ölkənin inkişafında iz qoymağa çalışmalıdır. Hadisələr dinamik inkişaf edir və bu prosesin hara gedəcəyi indidən məlum deyil. Amma inanıram ki, istənilən məqsədə, o cümlədən əsas arzumuz olan ərazi bütövlüyünün bərpasına da ardıcıl siyasət və səbr yolu ilə çatmaq mümkündür”, - deyə Kobaxidze bildirib. O əlavə edib ki, bu məsələ bir sıra amillərdən asılı olacaq, lakin düzgün siyasət və səbr nəticəsində istənilən hədəfə nail olmaq mümkündür. Fikirlərinə davam edən Baş nazir vurğulayıb: “Əgər mən bu işdə kiçik də olsa bir töhfə verə bilsəm, çox xoşbəxt olaram. Ümid edirəm ki, fəaliyyətimlə bu istiqamətdə müəyyən iz buraxacağam”.

Qərblə rəsmi Tbilisi arasında yaranan çatlar

Analitiklər çox doğru olaraq vurğulayırlar ki, Gürcüstan əslində Qərb dairələrinin təhriki ilə ərazi itkilərinə məruz qalıb. Bu, müzakirələrə ehtiyac duyulmayan reallıqdır. Məsələ burasındadır ki, bəlli mərkəzlər regional planlarında yenə də rəsmi Tbilisini bir alətə çevirməyə çalışırlar, hətta bu məqsədlə açıq şantaja, Gürcüstanın milli maraqlarının təhdid altına alınması taktikasına keçiblər. Qərb Rusiyaya qarşı cəbhəni genişləndirmək üçün Gürcüstanda möhkəmlənmək və bu ölkədən platforma kimi yararlanmaq istəyir. Bunun əvəzində qonşu ölkəyə Avropa İttifaqına üzvlük vədi gündəmə gətirilmişdi.

Ancaq rəsmi Tbilisi keçmiş hakimiyyətin səhvlərini təkrarlamaq istəmir və buna görə də Qərb tərəfindən ardıcıl şəkildə təhdidlərə məruz qalır. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, ölkəsi Rusiya ilə eskalasiyaya getməkdən və qarşılıqlı sanksiyalar tətbiq etməkdən imtinaya görə Avropada bəzi dairələr ölkəsinə qarşı narazılıq nümayiş etdirirlər. Bu barədə Ş.Papuaşvili Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Ş.Papuaşvilinin sözlərinə görə, Gürcüstan nümayəndə heyəti Belçikanın hər iki palatasının sədri ilə keçirilən görüşdə Avropa ilə münasibətlərdə yaranan gərginliklərin səbəblərini izah edib: “Son illər bəzi Avropa siyasi dairələrinin Gürcüstandan gözləntiləri olub. Onlar istəyirdilər ki, Gürcüstan Rusiya-Ukrayna müharibəsi fonunda eskalasiyaya getsin, sərhədlərini və hava məkanını bağlasın, Rusiyaya qarşı sanksiyalar tətbiq etsin. Amma biz bu addımların ölkəmizin ziyanına olacağını bildiyimiz üçün imtina etdik. Nəticədə Avropada bəzi dairələr bizə qarşı küskün, narazı və ya qəzəblidirlər”.

Papuaşvili həmçinin bəzi Avropa siyasətçilərinin Gürcüstandakı seçki prosesinə müdaxilə etdiklərini də diqqətə çatdırıb: “Əvvəllər də görmüşük ki, müharibələrdən sonra beynəlxalq münasibətlər dəyişir və tərəfdaş kimi təqdim olunanlar müəyyən vaxtdan sonra fərqli mövqe tuturlar. Ona görə də yalnız öz gücümüzə arxalanmalıyıq”, - deyə parlamentin spikeri əlavə edib.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Aprel 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see397

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see259

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see242

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see232

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see226

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see215

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see207

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see204

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see204

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see203

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see203

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see201

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see200

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see197

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see195

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see194

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see192

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see187

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see185

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri