Icma.az
close
up
RU
TCL, QLED televizorlarında kvant nöqtələrinin olmamasında ittiham olunur FOTO

TCL, QLED televizorlarında kvant nöqtələrinin olmamasında ittiham olunur FOTO

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ayın əvvəlində Amerika Birləşmiş Ştatlarında Hisense ABŞ-a qarşı qrup iddiası qaldırılmışdı. Belə ki, şirkəti öz QLED televizorlarında kvant nöqtə texnologiyasından istifadə edilmiş kimi reklam edərək, istehlakçıları çaşdırmaqda ittiham edirdilər. Hadisənin təfərrüatları hələ məlum olmasa da,  digər istehsalçı da oxşar hadisə ilə üzləşib, bu dəfə yeni ittiham TLC-yə ünvanlanıb.

Təsvir mənbəyi: Racool_studio / Freepik

Kvant nöqtələri, diametri 2-10 nm olan kadmium selenid və ya indium fosfid kimi yarımkeçirici materialların nanohissəcikləridir. Ötürülən işığın uzunluğu məhz bu hissəciklərin ölçüsündən asılıdır, elektromaqnit şüalanmasının təsiri altında davranışları isə kvant mexanikasının qanunlarına tabedir. Bunun sayəsində QLED panellər adi LED ekranlarla müqayisədə daha detallı rəng çalarlarının ötürülməsi ilə yanaşı, həm də daha yüksək parlaqlıq təmin edir.

Bu nöqteyi-nəzərdən, Hisense və TCL öz QLED televizorlarında kvant nöqtələrindən istifadə etməməkdə və ya sözü gedən hissəciklərdən şəkil keyfiyyətinə heç bir təsir göstərməyəcək qədər az miqdarda istifadə etməkdə ittiham olunurlar. Belə ki, bu səbəblə, TCL-nin Şimali Amerika bölməsinə qarşı  kaliforniyalı Stephan Herrick iddia qaldırıb. O, keçən il Amazon-dan 55 düymlük TCL Q651G QLED televizorunu əldə edib və televizorun kvant nöqtə texnologiyasına əsaslanaraq, daha yaxşı görüntü keyfiyyətini və daha zəngin rəngləri təmin edəcəyini hesab edib. 

Təsvir mənbəyi: hometheaterreview.com

Lakin bir müddətdən sonra istədiyi görüntünü əldə edə bilməyən Herrik, cihazın texniki xüsusiyyətlərini araşdırdıqdan sonra belə bir qənaətə gəlib ki, aldığı televizorda ya ümumiyyətlə kvant nöqtələri yoxdur, ya da onların sayı təsvirin ötürülməsi keyfiyyətinə heç bir təsir göstərməyəcək qədər azdır. Ərizədə Herrik qeyd edib ki, əgər o və digər istehlakçıların TCL televizorlarının sözü gedən bu xüsusiyyəti haqqında əvvəlcədən məlumatı olsaydı, belə bir məhsula nə bu qədər pul ödəməzdirlər, nə də ümumiyyətlə satın almazdırlar.
"TCL istehlakçıları aldatmaq üçün saxta məlumatlar paylaşır. Bu səbəbdən də, TCL QLED TV sahibləri əsassız yüksək məbləğ ödəyərək itkilərə məruz qalıblar", - deyərək, Herrik öz açıqlamasında bildirib.

Şərq Sahilində isə Hisense qarşı oxşar iddia Nyu-York sakini Robert Macioce tərəfindən qaldırılıb. Belə ki, o, 2023-cü ilin noyabrında Best Buy-dan 43 düymlük Hisense QLED televizoru alıb. Matsios iddia edir ki, istehsalçı öz televizorlarını kvant nöqtələri əsasında işləyən məhsul kimi qələmə verərək istehlakçıları çaşdırır. İddia müəllifi əmindir ki, televizorlarda ya ümumiyyətlə kvant nöqtələri yoxdur, ya da onların sayı o qədər azdır ki, görüntünün keyfiyyətinə təsir etmir.

Təsvir mənbəyi: hometheaterreview.com

İddialarçılar TCL və Hisense şirkətlərini yanlış məlumat yaymaqda ittiham edir, belə ki, istehlakçılar gözləntilərini doğrultmayan televizorlar üçün külli miqdarda pul vəsaiti ödəmiş olurlar. Onu da qeyd etmək lazımdır ki, Cənubi Koreyada da TCL-ə qarşı oxşar iddia yerli Hansol Chemical şirkəti tərəfindən qaldırılıb.  Belə ki, şirkətin TCL QLED televizor modelinin üzərində keçirdiyi müstəqil sınaqların nəticəsi olaraq, sözü gedən televizorlarda kvant nöqtə texnologiyasının əsas elementlərindən olan indium və kadmiumun olmadığı aşkar olunub. Bu məsələ ilə bağlı Hansol, Cənubi Koreyanın Ədalətli Ticarət Komissiyasına şikayət ərizəsini təqdim etmişdir. Buna cavab olaraq, TCL öz test nəticələrini açıqlayaraq, şirkətin istehsal etdiyi televizorlarda şikayətdə göstərilən materialların, o cümlədən hər kiloqramda 4 mq kadmiumun olduğunu iddia edib. Mütəxəssislərin fikrincə isə, qeyd edilən bu rəqəm o qədər cüzidir ki, onun istifadəsi təsvirin keyfiyyətinə çətin ki, təsir etsin.

İddialara baxılması nəticəsində TCL və Hisense nüfuzuna ciddi ziyan vurula bilər, həm də iddiaların doğulduğu halda hər iki şirkət cərimələrlə üzləşə bilər. İddiaçılar məhkəmədə qalib gələrsə, şirkətlər müştərilərə təzminat ödəməli və məhsulun marketinq strategiyalarına yenidən baxış keçirməli olacaqlar.

Mənbə:
Home Theater Review
3dnews.ru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Aprel 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri