Icma.az
close
up
RU
TCL, QLED televizorlarında kvant nöqtələrinin olmamasında ittiham olunur

TCL, QLED televizorlarında kvant nöqtələrinin olmamasında ittiham olunur

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ayın əvvəlində Amerika Birləşmiş Ştatlarında Hisense ABŞ-a qarşı qrup iddiası qaldırılmışdı. Belə ki, şirkəti öz QLED televizorlarında kvant nöqtə texnologiyasından istifadə edilmiş kimi reklam edərək, istehlakçıları çaşdırmaqda ittiham edirdilər. Hadisənin təfərrüatları hələ məlum olmasa da,  digər istehsalçı da oxşar hadisə ilə üzləşib, bu dəfə yeni ittiham TLC-yə  ünvanlanıb.

Təsvir mənbəyi: Racool_studio / Freepik

Kvant nöqtələri, diametri 2-10 nm olan kadmium selenid və ya indium fosfid kimi yarımkeçirici materialların nanohissəcikləridir. Ötürülən işığın uzunluğu məhz bu hissəciklərin ölçüsündən asılıdır, elektromaqnit şüalanmasının təsiri altında davranışları isə kvant mexanikasının qanunlarına tabedir. Bunun sayəsində QLED panellər adi LED ekranlarla müqayisədə daha detallı rəng çalarlarının ötürülməsi ilə yanaşı, həm də daha yüksək parlaqlıq təmin edir.

Bu nöqteyi-nəzərdən, Hisense və TCL öz QLED televizorlarında kvant nöqtələrindən istifadə etməməkdə və ya sözü gedən hissəciklərdən şəkil keyfiyyətinə heç bir təsir göstərməyəcək qədər az miqdarda istifadə etməkdə ittiham olunurlar. Belə ki, bu səbəblə, TCL-nin Şimali Amerika bölməsinə qarşı  kaliforniyalı Stephan Herrick iddia qaldırıb. O, keçən il Amazon-dan 55 düymlük TCL Q651G QLED televizorunu əldə edib və televizorun kvant nöqtə texnologiyasına əsaslanaraq, daha yaxşı görüntü keyfiyyətini və daha zəngin rəngləri təmin edəcəyini hesab edib. 

Təsvir mənbəyi: hometheaterreview.com

Lakin bir müddətdən sonra istədiyi görüntünü əldə edə bilməyən Herrik, cihazın texniki xüsusiyyətlərini araşdırdıqdan sonra belə bir qənaətə gəlib ki, aldığı televizorda ya ümumiyyətlə kvant nöqtələri yoxdur, ya da onların sayı təsvirin ötürülməsi keyfiyyətinə heç bir təsir göstərməyəcək qədər azdır. Ərizədə Herrik qeyd edib ki, əgər o və digər istehlakçıların TCL televizorlarının sözü gedən bu xüsusiyyəti haqqında əvvəlcədən məlumatı olsaydı, belə bir məhsula nə bu qədər pul ödəməzdirlər, nə də ümumiyyətlə satın almazdırlar.

"TCL istehlakçıları aldatmaq üçün saxta məlumatlar paylaşır. Bu səbəbdən də, TCL QLED TV sahibləri əsassız yüksək məbləğ ödəyərək itkilərə məruz qalıblar", - deyərək, Herrik öz açıqlamasında bildirib.

Şərq Sahilində isə Hisense qarşı oxşar iddia Nyu-York sakini Robert Macioce tərəfindən qaldırılıb. Belə ki, o, 2023-cü ilin noyabrında Best Buy-dan 43 düymlük Hisense QLED televizoru alıb. Matsios iddia edir ki, istehsalçı öz televizorlarını kvant nöqtələri əsasında işləyən məhsul kimi qələmə verərək istehlakçıları çaşdırır. İddia müəllifi əmindir ki, televizorlarda ya ümumiyyətlə kvant nöqtələri yoxdur, ya da onların sayı o qədər azdır ki, görüntünün keyfiyyətinə təsir etmir.

Təsvir mənbəyi: hometheaterreview.com

İddialarçılar TCL və Hisense şirkətlərini yanlış məlumat yaymaqda ittiham edir, belə ki, istehlakçılar gözləntilərini doğrultmayan televizorlar üçün külli miqdarda pul vəsaiti ödəmiş olurlar. Onu da qeyd etmək lazımdır ki, Cənubi Koreyada da TCL-ə qarşı oxşar iddia yerli Hansol Chemical şirkəti tərəfindən qaldırılıb.  Belə ki, şirkətin TCL QLED televizor modelinin üzərində keçirdiyi müstəqil sınaqların nəticəsi olaraq, sözü gedən televizorlarda kvant nöqtə texnologiyasının əsas elementlərindən olan indium və kadmiumun olmadığı aşkar olunub. Bu məsələ ilə bağlı Hansol, Cənubi Koreyanın Ədalətli Ticarət Komissiyasına şikayət ərizəsini təqdim etmişdir. Buna cavab olaraq, TCL öz test nəticələrini açıqlayaraq, şirkətin istehsal etdiyi televizorlarda şikayətdə göstərilən materialların, o cümlədən hər kiloqramda 4 mq kadmiumun olduğunu iddia edib. Mütəxəssislərin fikrincə isə, qeyd edilən bu rəqəm o qədər cüzidir ki, onun istifadəsi təsvirin keyfiyyətinə çətin ki, təsir etsin.

İddialara baxılması nəticəsində TCL və Hisense nüfuzuna ciddi ziyan vurula bilər, həm də iddiaların doğulduğu halda hər iki şirkət cərimələrlə üzləşə bilər. İddiaçılar məhkəmədə qalib gələrsə, şirkətlər müştərilərə təzminat ödəməli və məhsulun marketinq strategiyalarına yenidən baxış keçirməli olacaqlar.

Mənbə:

Home Theater Review

3dnews.ru 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://baku.ws
archiveBu xəbər 21 Mart 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see236

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see159

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see146

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see143

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see139

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see134

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see131

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri