Tokayev: Orta Dəhliz Avrasiya logistikasının strateji elementinə çevrilir
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Astana, 18 may, AZƏRTAC
Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Avrasiya logistikasının strateji elementinə çevrilir.
AZƏRTAC “Akorda”ya istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Mərkəzi Asiya-Çin” formatı ölkələrinin daxili işlər və ictimai təhlükəsizlik nazirləri ilə görüşdə bildirib.
“Onun əhəmiyyəti qlobal ticarət zəncirlərinin transformasiyası və geosiyasi gərginliyin artması kontekstində dəfələrlə artır. Bununla yanaşı, yük axınlarının artması müəyyən risklərlə əlaqələndirilir. Söhbət transmilli cinayətkarlıqdan gedir: qaçaqmalçılıq, narkotik və silah daşınması”, - deyə Qazaxıstan Prezidenti vurğulayıb.
Kasım-Jomart Tokayev diqqətə çatdırıb ki, region ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, birgə infrastruktur layihələrinin həyata keçirilməsi təhlükəsizlik məsələləri ilə sıx bağlıdır.
O, effektiv regional təhlükəsizlik sistemi qurmaq üçün “Mərkəzi Asiya-Çin” formatının potensialından istifadənin zəruriliyini qeyd edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 18 May 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















