Icma.az
close
up
RU
TDT gücün, sülhün və əməkdaşlığın qlobal mərkəzinə çevrilir ŞƏRH

TDT gücün, sülhün və əməkdaşlığın qlobal mərkəzinə çevrilir ŞƏRH

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 oktyabr, AZƏRTAC

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün devizi, ana mövzusu gözlənildiyi kimi “Regional sülh və təhlükəsizlik" oldu. Doğrudur, TDT üçün nəqliyyat və kommunikasiya əlaqələrinin, ticarət və enerji əməkdaşlığının inkişaf etdirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi hər zaman prioritet təşkil edir. 2021-ci il noyabrın 12-də qəbul olunan “Türk Vision 2040” sənədində türk dövlətlərinin əlaqələrin inkişaf etdirilməsi üçün konkret istiqamətlər - iqtisadi, mədəni, rəqəmsal, logistik, təhlükəsizlik, humanitar və sair sahələrlə bağlı birgə planlar əksini tapıb. Bu gün türk dövlətləri 2,11 trilyon dollar ÜDM ilə qlobal iqtisadiyyatda 1,8 faizlik paya malikdir. 2024-cü ildə türk dövlətlərinin ümumi ticarət dövriyyəsi 1,17 trilyon dollar təşkil edib. Bu rəqəmlər kiçik ölçüləri ifadə etməsə də qarşısına yeni qlobal gücə çevrilmək məqsədi qoyan Türk Dövlətləri Təşkilatı iqtisadi cəhətdən daha da böyüməyi və əməkdaşlığı dərinləşdirməklə potensialını daha effektiv şəkildə realizə etməyi zəruri sayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi təhlilçi Elməddin Behbud söyləyib.

O qeyd edib ki, qlobal trendin tələblərinə uyğun olaraq TDT-nin Qəbələdə keçirilən Zirvə Görüşünün gündəliyində dayanan əsas məsələ regional sülhün və təhlükəsizliyin təmin olunması üçün güclərin birləşdirilməsidir. Budəfəki Zirvə Görüşünün həsr olunduğu mövzudan da göründüyü kimi TDT beynəlxalq təhlükəsizlik arxitekturasının titrədiyi və gücün üstünlüyünün artdığı bir zamanda qlobal güc mərkəzinə çevrilmək üçün daha qətiyyətli və çevik yol xəritəsinə üstünlük verdi. Prezident İlham Əliyevin hadisələri qabaqlayan strateji düşüncəsinin nəticəsi olaraq Azərbaycan Türk dünyasının lokomotivi kimi qəbul edilməkdədir.

“Dövlətimizin başçısının TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışında quruma üzv ölkələrin Azərbaycanda birgə hərbi təlimlərinin keçirilməsi təşəbbüsü ilə çıxış etməsi bir daha onun uzaqgörən siyasi baxışlarını özündə ehtiva edir. Bu, Qəbələ şəhərində qlobal miqyaslı qələbələrə doğru gedən yolda yeni və daha həlledici mərhələnin əsasını qoyacaq mahiyyətli təklifdir”, - deyə Elməddin Behbud vurğulayıb.

TDT-nin gücün, eyni zamanda, sülhün və əməkdaşlığın qlobal mərkəzinə çevrilməsinin sevindirici hal olduğunu diqqətə çatdıran siyasi təhlilçi əlavə edib: “Əminəm ki, ortaq milli dəyərlər və qarşılıqlı birgə maraqlar üzərində inşa edilən Türk Dövlətləri Təşkilatının qlobal güc mərkəzi olan geosiyasi platformaya çevrilməsi ilə Sibirdən Balkanlaradək uzanan böyük Turan yenidən dünyanın siyasi və iqtisadi meydanında layiqli şəkildə yer alacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri